Страницы

29.06.2011

"Əvvəllər uğursuz bir sevgi hekayəsi yaşadım"

..abdulhey resimleri
"Hər etdiyim işi sevirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram, verilən hər vəzifəni yerinə yetitirəm və heç bir işim natamam qalmır."

Kənan Çoban (Abdülhey) 22 Yanvar 1975-ci ildə Elazığda doğulub. İlk, orta və lisey təhsilini Elazığda tamamlayıb. Elazığ Ticarət və Peşə Liseyi məzunu olan Çoban, Antaliya və Ankarada idman administratorluğu edib. Kurtlar Vadisi, Kənan Çobanın ilk serial təcrübəsi olub. 
Atletizm, futbol, ​​tekvando idmanlarını və ata minməyi sevir. Boş vaxtlarında idman edir və kinoya gedir. Ən çox aksiyon filmlərini sevir. Ən bəyəndiyi xarici aktyorlar Mel Gibson, Tom Cruise və Al Pacinodur.
Özünü intizamlı və vasvası biri kimi təqdim edən Kənan Çoban: "Hər etdiyim işi sevirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram, verilən hər vəzifəni yerinə yetitirəm və heç bir işim natamam qalmır." - deyir.

-Bir az özünüzdən bəhs edərsiniz? Abdülhey kimdir?
-30 yaşım var, subayam. Üç qardaşıq. Bir böyük qardaşım var, bir məndən kiçik qardaşım... Atam Elazığda dövlət məmurudur, anam isə ev xanımıdır... 1996-cı ildə Elazığdan çıxdım. Üç  il Antalyada administratorluq  etdim. Əsgərliyi  bitirdikdən sonar Ankarada bir idman kompleksini idarə etdim. Kurtlar Vadisi serialına çəkilmək üçün  Nəcati bəylə birlikdə İstanbula gəldik. Əslində seriala prodakşında çalışaraq başladım. Filmin qurluşçu işlərini,  işıq, kamera hər şeyi birlikdə  edirdim. Sonra ssenaridəki yoldaşlar Abdülhey xarakterini yazdılar. Tamaşaçı məni ilk 10 hissədə zibilyığan olaraq izlədi. Sonra Polad məni yanına aldı.
-Kamera arxasına  keçmək sizi həyəcanlandırdı?
-Mənim bir aktyorluq istedadım yox idi. İlk dəfə kamera qarşısına keçdim. Təbii bir az həyəcan oldu... Amma indi öyrəşmişəm. Yenə də filmin quruluşçu işləri ilə məşğulam. Çünki hər şeyin yaxşı alınması üçün bütün oyunçular birlikdə  mübarizə aparırıq. Bütün yoldaşlar əlindən gələn edirlər.
-Həyatınız necə dəyişdi? Məşhur olduğunuzu nə vaxt hiss etdiniz?
-Tez hiss etdim. Mən filmin ilk 10 bölümü sakallı idim, çölə çıxdığım zaman insanlar dərhal tanıyırdılar... Şöhrət fərqli bir şeydir...
-Reaksiyalar necə olur?
-Çox imza istəyən olur. O insanları da incitməmək lazımdır. Mümkün olduğu qədəriylə imza verirəm. Şəkil çəkdirmək istəyirlər. "Növbəti həftə nə olacaq?" -deyə soruşan olur. İmza günlərimiz  olur. Xalqın bizi səmimi şəkildə qarşılaması, maraqlanması insanın xoşuna gəlir.
-Şöhrəti sevdiniz?
-Təbii fərqli bir şeydir... İmza günündə bir çox insan toplanır, imza veririk. O insanların səni qəbul etməsi tamam ayrı bir şeydir... Çox xoşbəxt oluram.
-Gəliriniz  dəyişdi? Yəni aktyorluğa keçmənin bir faydası  oldu? Məsələn, avtomobil ala bildiniz?
-Mən maddi tərəfinə baxmıram amma təbii fərqli gəlir oldu. Onsuz da bu film sayəsində həyatımda bir çox dəyişiklik oldu... Avtomobil almağı düşünmürəm çünki yoldaşlara davamlı kömək etdiyimiz üçün avtomobil problemimiz olmur.
-Bundan sonra başqa seriallarda rol almaq kimi bir düşüncəniz var? Aktyorluğu peşə kimi öyrənməyi istəyirsiniz?
-Qərar verdim. Boş qaldığım vaxtlarda Osman abi ilə işləyirik. Yalnız ssenari gəldiyi zaman deyil, nə zaman boş vaxtımız olsa işləyirik... Artıq yaxşı mənimsəmişəm...
-Heç gözləmədikləri halda oğulları televiziyaya çıxdı. Ailəniz bu vəziyyətə necə reaksiya verdi?
-Telefonla danışdıq. O zaman mənim saqqal saxladığımı bilmirdilər. O paltarla ekrana çıxdığım zaman şok oldular. Tez-tez  telefonla danışırıq amma ekranda gördükləri vaxt heyecanlanırlar.
-Elazığa getdiyiniz zaman nələrlə qarşılaşırsınız?
-Bir ay əvvəl getdim. Evə  girdiyim zaman çölə çıxa bilmirdim, çölə çıxdığım zaman da evə girə bilmirdim. Çox böyük maraq var idi. Gözlədiyim kimi yəni. İnsanların evimizə gəlib məndən şəkil istəmələri xoşuma gəlir. Anamı yolda gördükləri zaman "Abdülheyin anası keçir" deyirlər. Xoş bir duyğudur...
-Bu qədər şöhrətiniz olduqdan sonra qız yoldaşlarınızın sayı artdı?
-Sevgilim yoxdur. Heç aşiq olmadım...
-Bir az içinə özünüzə qapalı birisiniz...
-Bəli. Özümə qapalı biriyəm. 
-Qarşınızdakı insana etiraf edə bilmirsiz?
-Yox, o dövrlər keçdi də... Qadın yoldaşlarım var amma sevgi yoxdur.
-Necə yəni heç olmadı?
-Əvvəllər olmuşdu. Uğursuz bir sevgi  hekayəsi yaşadım.(gülür)
-İndi harada yaşayırsınız?
-Göztəpədə... Böyük qardaşım var bir dənə onunla birlikdə qalırıq...
-Ev işləri çətin olmurmu?
-Yoo, mən xoşlayıram. Boş olduğum zaman ev işlərini edirəm, yemək bişirirəm.
-Təşəkkür edirik Kənan müəllim səmimi söhbətiniz üçün...
-Mən təşəkkür edirəm.

Hazırladı: Nərgiz Bayramlı           reportyor.com
        

Комментариев нет:

Отправить комментарий