Страницы

30.07.2011

ARALIQ DƏNİZİNDƏ 30 CƏSƏD TAPILIB


Yəhudi zülmünün yeni qurbanları

Misir təhlükəsizlik qüvvələri İskəndəriyə şəhərinin şimal sahili yaxınlığında Aralıq dənizində batmış balıqçı gəmisində 30 cəsəd tapdıqlarını bildirib

FaktXeber.com-un verdiyi məlumata görə, Misirdə nümayiş olunan müstəqil "Əl Masri Əl Yovm" qəzetinin xəbərində, təhlükəsizlik qüvvələrinin tapdığı cəsədlərin, İtaliyaya qaçaq immiqrant olaraq getmək istəyən misirlilər olduğu qeyd olunub.
Misir təhlükəsizlik qüvvələri, sözügedən balıqçı gəmisinin bir həftə əvvəl İskəndəriyə şəhərindən Aralıq dəniziyə getdiyini qeyd etmişdi.
Hadisə, gəmidə ölənlərdən birinin qardaşı Məhəmməd Səbri Abdul Əl Alimin, İskəndəriyədə polisə xəbər verərək, "Qardaşım və yanındakı onlarla insan, bir həftə əvvəl Aralıq dənizinə yola çıxıb. Gəmi İskəndəriyədən hərəkət etdikdən 3 gün sonra qəza baş verib. O vaxtdan qardaşımla ünsiyyət qura bilmirəm",- deyə bildirib.
Misir Sahil Təhlükəsizlik orqanları, Aralıq dənizində apardıqları araşdırmada 30 nəfərin cəsədini, qəzada batdığı təxmin edilən gəminin ətrafında tapıb.
Qeyd edək ki, polisin hadisə ilə əlaqədar olaraq nəzarətə götürdüyü və adı açıqlanmayan insan qaçaqçısı, təhlükəsizlik qüvvələrinə verdiyi ilk ifadədə, "Hər bir qaçaq immiqrant üçün 50 min Misir funtu almışam. Gəmidə qəza baş verdikdə mənə "SOS!" çağırışı gəldi. Qorxduğum üçün çağırışı hakimiyyət orqanlarından gizlətdim", -deyə açıqlama verib.

Комментариев нет:

Отправить комментарий