Страницы

20.07.2011

Astaranın icra başçısı kasıbların pullarına göz dikib

Neftçaladan Astaraya icra başçısı göndərilən Taleh Qaraşov pul qazanmağın yeni yolunu tapıb. İcra başçısı rayona yeni rəhbər təyin ediləndən dərhal sonra ilk olaraq ünvanlı sosial yardım alanların pullarına göz dikib. Bu barədə məlumatı rayon sakinləri veriblər.

Onların verdiyi məlumata görə, yeni icra başçısı gəldikdən bir müddət sonra göstəriş verib ki, rayonda bir sıra işlərin görülməsi üçün maliyyə vəsaiti tapılmalıdır. Halbuki bunun üçün büdcədən pul ayrıldığını deyən sakinlər bildirirlər ki, Qaraşovun bu tapşırığından sonra əvvəlcə yerli idarə və müəssisələrdən pul yığılıb. Ancaq bu da yetməyib və icra başçısı Astarada ünvanlı sosial yardım alanların siyahısını istəyib. Ardından da göstəriş verib ki, onlara ayrılmış maliyyə aybay birbaşa icra başçısına çatdırılsın. Elə bu səbəbdəndir ki, iki aydır astaralı kasıb ailələr ünvanlı sosial yardımlarını ala bilmirlər.

Astaradakı bir başqa mənbə isə bildirir ki, Taleh Qaraşovun belə bir addım atması onun şəxsən pul yığmaq istəyi ilə bağlıdır. Mənbənin sözlərinə görə, icra başçısı hətta bir neçə yerdə ağzından qaçırıb ki, Astaraya icra başçısı gəlmək üçün yuxarılara pul verib və onu çıxarmaq üçün başqa çıxış yolu yoxdur.



http://www.talish.org/

Комментариев нет:

Отправить комментарий