Страницы

26.07.2011

Любопытная варвара…


Bu post artıq bir qrup şəklində cəmləşən insanlara aid deyil…Bu bir personal individual və tək insana aiddir…Bəlkədə həyatınızda bu cür insanlarla çox rastlaşmısınız…Amma mənim həyatımda bu insan “редкий экземпляр”dı…
Söhbət nənəmin “подруга”sından gedir.Adın deməyəcəm.Sadəcə mən ona Varvara xala deyirəm :D
Mən bilmirəm bu qadının işi-gücü yoxdur? Ya işidə varsa belə azdır? Bu qadında da qeyri adi xüsusiyyətlər var:
1.Bu qadın dəhşət çox danışır… Təsəvvür edin ki Varvara xala həftədə bir dəfə zəng etsə də bu 1 dəfəyə həftənin hesabını 1 gündən çıxır..Deməli zəng edəndə ən azı 44 dəqiqə(özüm şəxsən saymışam) ən çoxu isə 73 dəqiqə.Bu rəqəmlər qeybətlərin sayı və marağlı olmağlarından asılıdır.
2.Vavara xala nənəmin həyatının ən vacib və vacib işlə məşqul olan vaxtlarında zəng edir.Nənəmində vacib işi odur ki səhər saat 10:00-dan gecə saat 22:00-dək ANS və ATV kanallarındakı proqramlara baxmaq.Bunların arasında, respublikamızın ən qeyrətli verilişi- “Onun yarısı” verilişi, xüsusi yer tutur :D Varvara xala zəng edəndə isə nənəm bilirki boyun qaçırmaq olmaz, və qəmli-qəmli “Onun yarısına baxa bilməyəcəm” deyib telefona tərəf gedir.Hər ehtimala qarşı özü ilə stulda götürür ki bu 44-73 dəqiqəni ayaq üstə durmasın.
3.Bu Varvara xala dəhşət çox qeybət qırır. Mən başa düşə bilmirəm bu qədər informasiyanı bunlar necə yadda saxlaya bilirlər… Hər nə isə.. Bunlar Nostradamusdan, 2012-dən başlayıb qurtarırlar nəsildəki kötükcələrində.Ay bunun toyu necə keçdi.Ay bunun uşağı oldu.Ay bunlar ayrıldılar.Ay belə, ay helə…Eeeeehhh.. Nə deyim Vallah…
Mənə sadəcə yola vermək düşür ona görədə…Hər şeyi sadəcə yola verirəm :D

Комментариев нет:

Отправить комментарий