Страницы

29.07.2011

Bütün heykəllərin sonu


Bir zamanlar bu heykəl,
kəndimizin ən uca zirvəsiydi
bu heykəlin başına
böyüklər and içirdi
ama bizdən savayı
bu heykəlin başına
göyərçinlər qusurdu
(və yaxud da sıçırdı)
sonra da qanad açıb
heç nə olmamış kimi
hara gəldi uçurdu
bu heykəlin gövdəsi
hər bayram rənglənirdi
körpə-körpə uşaqlar
bayram vaxtı yanında
doyunca əylənirdi
yaşasın lenin baba
hər zaman qışqıraraq
indi isə yaşayır
bir məktəbin tinində
için-için yanaraq
alovlu gün altında
alovlu cıxışlardan
gülümsəyən üzlərdən
nəvazişli əllərdən
indi o uzaq düşüb
deyirəm taleyə bax
qismətə bax ilahi
bəlkə də heykəl olmaq
deyilmiş onun məqsədi



   Mir Bağır

Комментариев нет:

Отправить комментарий