Страницы

01.07.2011

Cənub bölgəsində bütün rəhbər işçilər gəlmə-gəlintilərdir!

Bu bölgədə gəlir gətirən bütün iri və orta biznes şəbəkəsi tamamilə bölgəyə aidiyyəti olmayan adamların əlinə keçib

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Masallı rayonunda baş verən hadisələrə münasibət bildirib. O deyib ki, Azərbaycanın cənub bölgəsindəki rayonların əhalisi artıq çoxdandır ki, səhv kadr siyasətindən əziyyət çəkir. Masallıda baş verənlər vətəndaşın əlində olan hər şeyi qamarlayan, insanları şəxsi mülkiyyətindən məhrum edən və ya qazancının bir hissəsinə qeyri-qanuni şərik olan kiçik padşahların- icra 
başçılarının acgözlüyünün və tamahkarlığının nəticəsi kimi meydana çıxıb: “Masallıda, Lənkəranda və bölgənin digər rayonlarında icra başçılarının, polis rəislərinin heç birinin əslən bu bölgədən olmaması, müəyyən xüsusiyyətlərinə görə spesifik və həssas olan bu regionun əhalisini, onların adət-ənənələrini bilməməsi də bu cür konfliktlərin meydana gəlməsinin əsas səbəblərindən biridir. Yerli iş adamı Cingiz Həşimov və onun oglu Yavər Həşimovun xuliqanlıqda ittiham olunaraq həbs edilməsi ilə başlayan Masallı böhranı məhz bölgəni yaxşı tanımayan, kənardan gətirilən icra başçısı Qəzənfər Ağayevin səbatsız və səriştəsizliyinin, idarəetməni bacarmadığının təzahürüdür. Bu konfliktin kökündə duran amil isə kənardan gələnlərin yerli müəssisələri zorla özününküləşdirməsi, işlək obyektlərin yerli iş adamlarının əlindən alınmasıdır”. 

H.Rüstəmovun sözlərinə görə, araşdırma aparılsa, görüləcək ki, bu bölgədə gəlir gətirən bütün iri və orta biznes şəbəkəsi tamamilə bölgəyə aidiyyəti olmayan adamların əlinə keçib. Bu isə gələcəkdə indi qarşılaşdığımız konfliktlərdən daha ciddi hadisələrə yol aça bilər: “Ən pisi isə odur ki, hazırda bu məsələ ilə əlaqədar rayonda böyük gərginlik yaşanır, aclıq aksiyası keçirilir, amma respublika rəhbərliyi bu məsələyə münasibət bildirmək istəmir. Belə qənaət yaranır ki, həqiqətən də hər rayonun öz padşahı var və mərkəzi hökumət onların işinə qarışa bilmir”. 

Комментариев нет:

Отправить комментарий