Страницы

22.07.2011

Çərpələng

  Yay fəsli idi.Məktəblilər yay tətilinə buraxılmışdı.Nəhayət ki,Süsənin aylarla gözlədiyi gün gəlib çıxmışdı.O gün babası Süsəni kəndə aparmağa gəlmişdi.Süsən həmişəki kimi 3 ay yayı kənddə qalacaqdı.Süsən və babası rayon avtobusuna mindilər.Şəhəri,qəsəbələri, kəndləri, minlərlə sıralanmış ağacları geridə qoyub gəlib kəndə çatdılar.
  Kənddə yaşamaq Süsən üçün o qədər maraqlı idi ki,günlərin necə keçdiyini də hiss etmirdi.Hər səhər tezdən günəşlə birgə oyanır,ətrafı seyr edirdi.Səhərlər səma çox gözəl görünürdü.Dağların arxasından boylanan günəş,günəşin səmaya yayılan qırmızı,sarı şəfəqləri.Günəş şəfəqləri kəndin ortasından axan çaya qarışıb çayı daha da gözəlləşdirirdi.Bu mənzərəni yalnız sübh tezdən görmək olardı.
  Sonra babası ilə bir yerdə qoyunları otarmağa gedərdilər.Süsən çəmənlikdə çiçək toplayır,balaca toplanla oynayırdı.Qayıdan başı toyuq-cücəyə dən verərdi.Hər gecə babası Süsənə nağıl danışardı.
  Bir gün Süsən həyətdə çərpələng uçururdu.Birdən çərpləng Süsənin balaca barmaqları arasından sürüşüb çıxdı.Çərpələng getdikcə uzaqlaşır,lap yuxarı qalxırdı.Süsən çərpəlngin arxasınca qaçırdı.Süsən bataqlığa sarı gedirdi.Özü də bilmədən bataqlığa girdi.Süsən qurşağa qədər batmışdı.Babasını çağırırdı:Baba,ay baba.Babası isə onu eşitmirdi.Çünki,Süsən evdən çox uzaqlaşmışdı.Baba isə hində yumurta toplayırdı.
   Süsən gördü ki,ona kömək etmək üçün ətrafda bir nəfər belə yoxdur.Başladı hönkür-hönkür ağlamağa .Bataqlıq meşənin yaxınlığında olduğundan,Süsənin səsini eşidən heyvanlar onun başına yığışmışdılar.Birdən sudan böyük bir canlı çıxdı.Bu bir-birinə dolaşmış,uzun,qırmızı yosun idi.Amma bu yosunun sanki gözləri,ağzı,burnu,əli,qolu vardı.
  Yosun suyun altından ayağa qalxdı.Süsən onun quyruğundan yapışdı,yosun onu bataqlıqdan kənara çıxardı.Sonra isə yenidən bataqlığın dibinə çəkildi.Süsən gözlərinə inanmırdı.Həm də xilas olduğu üçün çox sevinirdi.Heyvanlar da sevinir,atılıb-düşür,qəribə səslər çıxarırdılar.
 Artıq bab narahat olurdu.Axı,Süsən bir neçə saatdır ki,ətrafda görünmürdü.Baba Süsəni axtarmağa hazırlaşırdı.Bir də gördü ki,Süsən bütün paltarı,saçı palçığın içində ona yaxınlaşır.Baba çox təəccübləndi.Süsən yuyunub,paltarını dəyişdi,yemək yedi.Sonra isə olanları babasına danışdı:Baba mən bataqlığa düşdüm.Çərpəəngi tutmaq istəyirdim,o da uçub getdi.Bataqlıqda batırdım,səni çağırdım,eşitmədin.Birdən sudan böyük yosun qalxdı,o hərəkət edirdi.Məni bataqlıqdan çıxardı,təzədən bataqlığa qayıtdı.Baba güldü.O,Süsənə inanmırdı.Dedi:Sən bunları ya özündən uydurmusan,ya da yuxuda görmüsən.
  Süsən nə qədər çalışsa da baba ona inanmadı.Süsən gecə yuxuda yosunu gördü.Gördü ki,yosun yenə də onu bataqlıqdan çıxarır.
  Səhər tezdən Süsən bataqlığa getdi.Əlinə böyük çubuq alıb,bataqlığın içində gəzdirdi ki,yosunu oyatsın,amma yosun bataqlıqdan çıxmadı.Evə qayıdan günə kimi Süsən hər gün bataqlığa gəlirdi ki,yosunu heç olmasa bir dəfə də görsün.O,yosunun şəklini çəkib,şəhərə aparmaq istəyirdi.Bilirdi ki,bu əhvalatı kimə danışsa,babası kimi heç kim ona inanmayacaq.
   Tətil bitdi.Süsən şəhərə evlərinə qayıtdı.Artıq məktəb də açılmışdı.Birinci dərs günü müəllimə yay tətili barədə inşa yazmağı tapşırdı.Süsən kəddə başına gələnləri yazmaq istədi,amma yazmadı.Çünki,Süsən bilirdi ki,ona heç kim inanmayacaq.Qərara aldı ki,bunu ömürlük sirr  sağlasın.

Əfsanə Laçın

Комментариев нет:

Отправить комментарий