Страницы

30.07.2011

"DƏRDİNİZİ DESƏNİZ,SİZİ YOX EDƏRİK"


Kürd işğalı davam edir!

Bakıda davam edən mülk qalmaqalı iki nəfərin həyatına son qoyub, bir nəfər insult keçirib

Sülh və Demokratiya İnstitutu “Mənzil Mülkiyyətçiləri öz hüquqları haqda nələri bilməlidir” adlı kitabçanı ictimaiyyətə təqdim edib. Bu münasibətlə düzənlənən tədbirdə Bakının Mirzağa Əliyev, Şəmsi Bədəlbəyli və Dilarə Əliyeva küçələrində mülkiyyət hüququ pozulan insanlar da iştirak edib.
Hüquq müdafiəçisi bildirib ki, dəfələrlə daxili işlər nazirinə, baş prokurora, Bakı Şəhər İcra Hakimiyyətinin başçısına, Dövlət Əmlak Komitəsinə məktublar yazaraq baş verənlərə aydınlıq gətirilməsini tələb edib: “Bura olanların hər birinin mülkiyyət hüququ pozulur. Təklif edirəm ki, hər biriniz müvafiq dövlət məmurlarına, nazirliklərə məktublar yazın, baş verənləri onlara bildirin. Hesab edirəm ki, hüquqları pozulan şəxslərin qərargahının yaradılmasına ehtiyac var. Bununla hüququ pozulan hər bir şəxslə əlaqə saxlamaq olar. Həmçinin, Kim qanunsuzluqla üzləşibsə, dərhal qərargaha məlumat verə bilər. 50 nəfərin məktub yazaraq haqqını tələb etməsi azdır. Lazımdır ki, hər kəs yazsın. Yazmaqdan əlavə baş verən hadisəninin fotosunu çəkin, imkan varsa video lentə alın. Bunların hər biri faktdır”.
Vəkil Fuad Ağayev dedi ki, keçən il ailələrin zorla evlərindən çıxarılması adi hal olub. «X atırlayıram, Mirzağa Əliyev küçəsindəki 58 nömrəli binada sərt müqavimət var idi. Onları polisə aparıb binanı boşaltdılar. Mirzağa Əliyev 193-ün, eləcə də Leyla Yunusun evinin sökülməməsinə dair məhkəmə qərarı var. Amma buna baxmayaraq ora soxulmağa çalışırlar. Hesab edirəm ki, bu işi həyata keçirən şəxslərin məsuliyyətə cəlb olunmasına çalışmaq lazımdır. Bu hal təkcə Mirzağa Əliyev küçəsində yox, bütün şəhərdə baş verir. Əgər buna qarşı ictimai müqavimət təşkil edilməsə, proses güclənəcək”.
Mülkiyyət hüququ pozulan Həsən isə bildirdi ki, indiyə qədər onlarla məktub yazıb: “Daha 102-ə o qədər zəng etmişik ki, bizdən beziblər. Zəng edəndə cavab verirlər ki, icra hakimiyyətinə müraciət edin. Təsəvvür edin, dördüncü mərtəbədə insan yaşadığı halda bunlar üçüncü mərtəbəni sökürlər”.
Mirzağa Əliyev küçəsində yaşayan Afaq xanım dedi ki, evinin sökülməməsilə bağlı məhkəmədə iddia qaldırıb: “Bizi təhdid edirlər. Ötən dəfə az qala məni söyüşlə təhqir edəcəkdilər”.
İkinci qrup əlil Əbülfəz müəllim isə ironiya ilə dedi ki, Qarabağ müharibəsində iştirak etdiyinə görə indii evini əlindən almaq istəyirlər: “Daha bilmirik, kimə şikayət yazaq. Bəyəm biz insan deyilik? Yaşadığım evin sağı-solu sökülüb. Bir dəfə də sökdükləri üstümüzə tökülsə, ailəliklə məhv olacağıq”.
Mülkiyyət hüquqları pozulan Əlirza Muxtarov isə məlumat verdi ki, mənzillərinin zorla əlindən alınmasına dözməyən iki şəxs artıq dünyasını dəyişib, Əli adlı başqa bir şəxs isə insult keçirib, xəstəxanada yatır”.
Şirinbacı Rzayeva isə bildirdi ki, evlərin söküntüsü zamanı bəzən qaz, su xətləri açıq qalır ki, bunun özü ciddi təhlükə yaradır. Fəhlələr isə qarşılarına keçənləri qırıb dağıdırlar: “Hələ oğurluqdan danışmıram. Bir sürü insan torpaqlarımızı, evlərimizi pulsuz-parasız əlimizdən almaq istəyir. Bu gün insanları bir qarın çörəyə möhtac qoyublar. Buna görə də, çox adamın vaxtı yoxdur ki, hətta evinin əlindən alınmasına etiraz olaraq hansısa nazirliklərə məktublar yazsın. Azərbaycanda nə varsa, bu xalqın mülküdür. Bu adamlar milyonlara-milyardlara sahib olsalar da mənzillərimizi əllərimizdən almaq istəyirlər. Bizim isə köhnə evimizdən savayı heç nəyimiz yoxdur”.
Zemfira Həşimova isə dedi ki, onun mülkünü 4 yerə bölüblər: “Təsəvvür edin, gətirib həyətimizə yağ töküblər. Heç bilmirik nə yağıdır. Onun qoxusu uşaqlara təsir edir, hamı əsəbi olub. Həm də deyirlər ki, televiziyaya çıxıb dərdinizi deməyin, əgər desəniz sizi yox edəcəyik”.
Nemət HÜSEYNLİ/Bizim Yol

Комментариев нет:

Отправить комментарий