Emil Salamoğlu
İnqilabçı qadınlar
Beləcə, gəlib çıxdıq inqilabçı qadın Diana Blefari Melazzi haqda yazmağa. O Diana ki ötən il Roma həbsxanasında asılmış vəziyyətdə tapıldı. Bu italyan solçu qadın ilk növbədə faşizmin yarandığı ölkədə apardığı hünərli mübarizəsinə görə diqqətimi çəkmişdi. Məhz faşizmin əsası qoyulan ölkədə faşizmə qarşı cəsarətli müqavimət XXI əsrdə Mussollini ilə duelə çıxmaqdır.
abzas.net
İnqilabçı qadınlar
Beləcə, gəlib çıxdıq inqilabçı qadın Diana Blefari Melazzi haqda yazmağa. O Diana ki ötən il Roma həbsxanasında asılmış vəziyyətdə tapıldı. Bu italyan solçu qadın ilk növbədə faşizmin yarandığı ölkədə apardığı hünərli mübarizəsinə görə diqqətimi çəkmişdi. Məhz faşizmin əsası qoyulan ölkədə faşizmə qarşı cəsarətli müqavimət XXI əsrdə Mussollini ilə duelə çıxmaqdır.
“Qırmızı briqada”nın əsası hələ 1970-ci ildə Alberto Françeskonu və Marqarita Kaqol tərəfindən qoyulmuşdu. Məqsədi silahlı müqavimət göstərməklə devrimçi bir dövlət qurmaq olan “Qırmızı briqada”çıların devizi “bir adamı vur, 100 adamı xilas et” idi.
Militarian solçu qruplaşmasının üzvü olan Diana isə ömürlük azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmişdi. Çünki 2002-ci ilin martında İtaliya hökumətinin müşaviri Marko Byadjini qətlə yetirmişdi. Byadji nazirlər kabinetinin əmək qanunvericiliyi ilə bağlı sənədinin hazırlanmasında məsul olub.
Amma Diananın müqavimət dövrünün sonu bir həbsə bənd imiş. Ömürlük həbs cəzası qərarından apelyasiya şikayəti versə də, məhkəmə hökmü qüvvədə saxlayır və Diana çıxış yolunu intiharda görür.
Bu da edam kürsüsündə üsyanın susqunluğu. Bu da qışqırtı içində döyüşən qiyamçının səssiz ölümü. Dar ağacına gedən yolda ədalətin bir gün mütləq günəş kimi bəşəriyyəti isidəcəyinə inanan solçunun çıxış yolunu intiharda tapması zəiflik deyilmi?!
Avropanı bir vaxtlar lərzəyə gətirən inqilabçı qadının intiharı, sadəcə, inamsızlıqdan doğurdu. Halbuki, sol ümidsizdir, lakin inamlıdır.
İnamlı olan Diana isə intihara əl atmaqla sol cinahda duranları, sanki, inamsız olmağa çağırdı.
Həbsdən qaçış yollarını axtarmaq əvəzinə intihar etmək-qətldir. Qatil də sən, qurban da sən. O, silahdaşlarının köməyi ilə həbsdən qaça bilərdi. Doğrudur, bu çox çətin görünürdü. Çünki onu paytaxt Romadakı Rebibbia həbsxanasında təkadamlıq kamerada saxlayırdılar. Bununla belə, Avropada Diananın intihar etməməsi üçün nümunələr vardı.
Gəlin baxaq- 2007-ci ildə Ştutqart məhkəməsi “Almaniyanın ən qorxulu qadını” inqilabçı Brigitte Monxauptu azadlığa buraxdı. Əfsanəvi “Alman Qırmızı Ordusu”nun (RAF) liderlərindən olan Monxaupt 1982-ci ildən həbsdə idi. Ümumilikdə 57 illik ömrünün 30 ilini məhbəsdə keçirib.
Elə həmin vaxt İspaniyada “Karmen” ləqəbi ilə tanınan başqa bir inqilabçı qadın – Belen Penyalvu 467 il həbs cəzasına məhkum olundu. Baskların ETA qruplaşmasının fəalı olan Karmen 1999-cu ildən həbsdədir. Onu 1985-ci ildə 1 nəfərin ölümü ilə nəticələnən Madrid teraktında suçlayıblar.
Monxaupt ilə Karmen də Diana kimi inqilaba 70-ci illərdə gəliblər və ümidsiz inqilabçı qadınlardan biri azadlıqda, digəri isə azadlığa çıxmaqda inamlıdır. Diana da yaşasaydı, mübarizəsi davam edəcəkdi. Görünür, immuntetində İNAM çatışmazlığı var idi. İntihar isə onun savaşına son qoydu.
Sonda bu yazıdan Azərbaycanın payına Faina Kunqurova düşür. Faina həbsdə ağır xəstəlik ömrünü yediyi vaxt-ölüm ayağında qürurla dayandı və nə intihar etdi, nə də əfv istədi. Deməli, ölkənin payına bir də “xoş” xəbər düşür- demokratik Avropada da siyasi dustaq var. Bizdəki kimi…
abzas.net
Комментариев нет:
Отправить комментарий