Страницы

28.07.2011

O olmasın, bu olsun. Qısa məzmunu

                                                                                                                 Musiqili komediyalar

Birinci pərdə


Hadisə Rüstəm bəyin evində cərəyan edir. Rüstəm bəyin qızı Gülnaz və gənc tələbə Sərvər bir-birinə sevgilərini etiraf edir. Lakin müflisləşmiş Rüstəm bəy Gülnazı varlı qoca baqqal Məşədi İbada ərə vermək istəyir. Gülnaz Sərvərin məsləhəti ilə Məşədi İbada ərə geltməyə razılıq verir.

Məşədi İbad Rüstəm bəygilə elçiliyə gəlir. Qızı almaq üçün ona pul təklif edir. Onlar sövdələşirlər. Məşədi İbad Gülnazı və qulluqçu Sənəmi görüb, hər ikisini çox bəyənir.

Rüstəm bəy qızının nişanlanmağını qeyd etmək üçün dostları Həsənqulu bəyi, Rza bəyi, Qoçu Əsgəri, Həsən bəyi və başqalarını evinə dəvət edir. İçib keflənən bəylər dava salırlar.

İkinci pərdə
Rüstəm bəyin həyətində Gülnaz və Sərvər görüşürlər. Bu zaman Məşədi İbad da Gülnazla görüşə gəlir və Sərvəri görür. O, aldadıldığını başa düşür. Buna görə də Qoçu Əsgərdən kömək istəyir. Qoçu Əsgər öz əlaltıları ilə birlikdə gəlib Sərvəri öldürmək istəyirlər. Sərvərin fit çalmağından qorxub dağılışırlar.

Rüstəm bəy başa düşür ki, Məşədi İbadın puluna görə qızını bədbəxt edə bilər. Lakin vəziyyətdən çıxış yolunu görmür.

Onun həyətindən çıxan Sərvər Rüstəm bəylə üz-üzrə gəlir. Rüstəm bəy əvvəlcə bərk hirslənsə də, sonra Sərvərin təklifi ilə razılaşır və onlar birlikdə kələk qururlar.

Məşədi İbad isə pərişan halda dost-tanışlarına Rüstəm bəydən şikayət edir. Bəylər Rüstəm bəydən bu işin izahını tələb edir. Rüstəm bəy Sərvəri qızının dayısı kimi təqdim edir. Məşədi İbaddan isə toya hazırlaşmağı xahiş edir.

Üçüncü pərdə

Hamam təsvir olunur. Məşədi İbadı bəy hamamına gətirirlər. Hamı onu təbrik edir.

Dördüncü pərdə

Məşədi İbadın toyudur. Qonaqlar çalıb-oynayırlar. Sonra gəlini gətirirlər.

Məşədi İbad gəlinin çarşabını açanda gəlin əvəzinə Sərvər çıxır. O, Məşədi İbadı diz çökdürərək, onu Gülnazla evlənməkdən imtina etməyə və onun əvəzinə Sənəmlə evlənməyə məcbur edir.
Sərvər qaçıb gedir. Səs-küyə camaat yığışır. Məşədi İbadla Sənəmin kəbini kəsilir.

Комментариев нет:

Отправить комментарий