Страницы

20.07.2011

PKK-ya lənət! Min lənət!


Separatçı kürdlər hakimiyyətdəki himayədarlarına güvənərək düşünür ki, artıq iddialarını açıq şəkildə bəyan etməyin zamanı gəlib…
Vasif Həsənli: “Bütöv bir millət çirkin oyunlara alət edilir və Türk millətinə qarşı qoyulur”
Azərbaycanda yaşayan kürdlər adından prezident İlham Əliyevə ünvanlanan müraciət ölkə mediasının, siyasi qüvvələrin və ictimaiyyətin diqqət mərkəzindədir. Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin katibi Vasif Həsənli bu müraciətin kifayət qədər ciddiyə alınmasının gərəkliyi fikrindədir: “Əsrlərlə bu bölgədə dinc və mehriban şəraitdə yaşayan bütöv bir millət çirkin oyunlara alət edilir və Türk millətinə qarşı qoyulur. Eyni proses Türkiyədə də baş verir. Türkiyədəki son parlament seçkilərində 35 deputat yeri qazanan  PKK-ya bağlı Barış və Demokrat Partiyası Türkiyədə aranı qarışdırmaq, siyasi sabitliyi pozmağa yönəlik açıq mesajlar verir və eyni vaxtda terror təşkilatının Azərbaycandakı qolu da burada fəallaşıb və faktiki olaraq separatçılıq fəaliyyətinə başlayır. Mən ona görə Azərbaycandakı olayı da terror təşkilatı olan PKK-ya bağlı qüvvələrlə əlaqələndirirəm ki, müraciətin ardınca cocuq qatili Öcalanın açıq təbliğatçısı olan “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanov gündəmə gəldi və pərdəarxası separatçı tələbləri açıq ifadə etdi”.
Bütün baş verənlərin təhlükəli tendensiyadan xəbər verdiyini bildirən Vasif bəy məsələnin belə bir həddə çatmasında Azərbaycan hakimiyyətinin də günahsız olmadığını dedi: “Azərbaycan hakimiyyətinin adı həmişə terrorçu təşkilat PKK ilə yanaşı hallanır. Hələ bir neçə il əvvəl Beynəlxalq Böhran Qrupu Azərbaycan hökumətinin PKK ilə əlaqələrinə diqqət çəkmişdi. Bundan başqa, terror təşkilatının rəhbəri, hazırda həbsdə olan Abdullah Öcalan məhkəmə prosesi zamanı Azərbaycanı PKK-nın əsas maliyyə mənbəyi olduğunu bəyan etmişdi. Üstəgəl Azərbaycan hakimiyyətində kürd əsilli məmurların yüksək potslar tutması və onların PKK ilə ilişgiləri barədə iddialar da var. Və bu iddialara hələ ki, cavab verilməyib. Yeri gəlmişkən, Azərbaycanda nəşr olunan “Diplomat” qəzetinin açıq şəkildə PKK-nı təbliğ etməsinə də rəsmi şəkildə hər hansı irad bildirilməyib. Azərbaycandakı separatçı kürdlər hakimiyyətdəki himayədarlarına güvənərək düşünür ki, artıq iddialarını açıq şəkildə bəyan etməyin zamanı gəlib. Separatçı kürdlər İlham Əliyevə ünvanlanmış ultimativ müraciətlə Azərbaycan cəmiyyətinə mesaj verir ki, onlar əsassız iddialarını reallaşdırmaqda israrlıdırlar və bu, baş verməyəcəyi təqdirdə aranı qarışdıra bilərlər. Amma həm bu iddianın icraçıları, həm də sifarişçiləri Azərbaycan istiqlalının artıq əbədi olduğunu və dövlətin gücünü hər hansı separatizmlə pozmağın mümkün olmadığını unudurlar”.

“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий