Страницы

23.07.2011

QORXURAM!


Tural Qul                            turalqul@mail.ru

Bu dünyanın qəsdi nədir? Bu dünya, acı bir yaralı dərdimizə şərik olmaq əvəzinə, niyə bu dərdi bizdən birə alıb, yenidən onu bizə beşə satır! Səbəbi nədir? Bəlkə bu dünya bizdən küsüb, bəlkə bu dünya bizdən üz döndərib! Axı səbəbi nədir? Bəlkə də bu dünya, bizim bir-birimizə qarşı olan soyuq münasibətlərimizdən istifadə edir! Yaxşı, bəs bunun səbəbi nədir? Mən bilmirəm, bilənlərdən soruşuram! Mənə bir söz deyin...

Bilmirəm sözlərimi niyə bu sözlərlə başladım, onu da bilmirəm. Bilmirəm hər kəlməm niyə ancaq acı günlərimizdən danışır. Bilmirəm hər kəlməm niyə ancaq ağrılı dərdlərimizdən danışır. Yoxdumu bizim xoş, şirin günlərimiz? Yoxdumu bizim dərdsiz, ağrısız günlərimiz? Naləmi, ahımı eşidən, duyan yoxdumu?
İndi deyirəm, bilin, bütün bu naləmin, ahımın səbəbini. Səbəbi, vətəndir! Ən əsası, vətəndən ayrılan bir vətəndir! Bu, Qarabağ adlı bir vətəndir! Görənlər gördülər, mən görmədim. Məndən sonra da görməyəcəklərmi? Bilənlər bildilər, mən bilmədim. Məndən sonra da bilməyəcəklərmi? Artıq, o vətəndən qopub həsrət çəkənlərə, bu həsrət dost oldu. Ama Qarabağ adlı vətənə olan mənim həsrətim bitmədi! Görənlər gördülər, oradan ayrılandan sonra ölənlər öldülər, ama mən ölmədim. Hələ də, o vətənə olan həsrətim bitmədi! Gülmədim ki, ağlayam. Mən oranı görmədim ki, ağacında bir yarpaq olam. Məndən sonra da görməyəcəklərmi? O ağacın yarpağı ola bilmək həsrətiylə öləcəklərmi?
Qorxuram, həm də çox qorxuram! Vətən həsrətiylə öləcəyimdən qorxuram! Qorxuram, adımın o torpağa yazılmamış öləcəyimdən qorxuram! Qorxuram! Qorxumun adı: Qarabağ, Qarabağ, Qarabağ! Bu adın ürəyimdə öləcəyindən qorxuram!

Комментариев нет:

Отправить комментарий