Страницы

01.07.2011

“Röyanın tərbiyəsi yoxdur, heç zaman olmayıb” - Açıqlama

“Röyanın tərbiyəsi yoxdur və heç vaxt olmayıb”. Bunu müğənni Samir Cavadzadə day.az saytına müsahibəsində bildirib. 



Müğənni Röya ilə aralarındakı qalmaqal barədə ona ünvanlanan sualı cavablandırarkən, Röyanın efir vasitəsilə ayaqqabısının altını göstərərək onun adını çəkməsinin səbəbini hələ də bilmədiyini söyləyib. Samir Cavadzadə efirdən sonra nə baş verdiyini anladıb: "Röya həmin müsahibədən sonra mənə zəng etdi və yüksək tonla nə isə izah etməyə çalışdı. Mən sadəcə telefonu söndürdüm. Çünki belə tonda danışmağa vərdiş etməmişəm. Ona dedim, "sakitləş, sonra zəng vur və normal danışaq". Axı mən həyasız deyiləm".

Bu təhqirlərdən sonra Samir Röyaya cavab vermək istəsə də yaxınları onu bu fikrindən daşındırıb: "Anam, həmkarlarım və dostlarım da onun səviyyəsinə enməməyimi istədilər. Mən onların məsləhətinə qulaq asdım. Əslində o məni efirdən dediklərilə təhqir etməyib. Onun tərbiyəsi yoxdur və heç zaman olmayıb. Odur ki, olanlar məni təəccübləndirmədi."

Samir Röyanın bir neçə maskası olduğunu söyləyib: "O, sadəcə səmimi olmağı bacarmır. Mən onun çox maskalarını görmüşəm. Baxmayaraq ki, dəfələrlə onun maskasını yırtmaq imkanım olub, bunu etməmişəm. Düşünmüşəm ki, biz dostuq. Röya isə dostluq etməyi bacarmır..."

Комментариев нет:

Отправить комментарий