Страницы

04.08.2011

Azərbaycan cəmiyyəti və əlil insanlar

Gülnar Musayeva

Toxunduğum elə aktual mövzudur ki, dünyanın hər yerində bu mövzu gündəmdə olmalıdır- Əlilik. Maraqlıdır, bu cür insanlar özlərini cəmiyyətin diskriminasiya ünsürü olaraq görürlərmi? Ümumiyyətlə, əlillik deyəndə gözümüzün qarşısına gələn şərait hansıdır?
Məncə bu "hansı"dır sualından öncə bir az düşünək. Nəyə görə bizim ölkədə əlil insanlara bu qədər biganə yanaşırlar? Mən ümumiyyətlə əlil insan və Azərbaycanda yaşamaq deyiləndə, nəsə bu iki anlamda oxşarlıq tapa bilmirəm. Çünki Azərbaycan əlillər üçün şəraitsizliyin hökm sürdüyü ölkələrdən biridir. Sadəcə onlara pensiya verməkdən və hər il guya ki, onlarıdüşünərək bu pensiyaları artırmaqla əlil insanlara qayğı göstərmiş olurlar.
Bir nəzər salaq ki, bizim ölkəmizdə icitmai nəqliyyatlarda əlillər üçün hanısısa şərait varmı? Sözün doğrusu var, vacib olan əməl olunurmu? Azərbaycana xaricdən gətirilən mikro avtobusların içərisində məhz əlillərin düşüb-çıxması üçün şərait quraşdırılıb. Amma təəssüflər olsun ki, Azərbaycan sürücüsü onu vaxtına ziyan bilib açmamağıüstün tutur. Hətta mən bir dəfə bu barədə sürücuyə sual verəndə ki, nəyə görə əlillər üçün qurulan bu şəraitdən istifadə etmirsiniz? O, mənə cavabında bildirdi ki, "ay qızım sənin işin yoxdur?" Cavab verəndəki mənim işim budur o, acıqla mənə dedi ki, "biz plan veririk gündəlik olaraq, avtobusda həmin əlillər üçün hissəni açaraq vaxtımızıitirmiş oluruq. Mənim işim-gücüm yoxmu ki, hər dəfə əlil minəndə avtobusu saxlayım, düşüb avtobusdan həmin hissəni açım əlil düşsün sonra yenə bağlayım? Bir düşünün,şəhərdə bu vaxta nə böyüklüyündə tıxac yaratmış oluram. Həm bir əlil insanın işi varsa o taksi ilə daha rahat gedə bilər"-dedi. O, danışdıqca içimdə qəzəbli bir nifrət hissi oyanırdı ki, doğurdanmı bizim insanlıq hissimiz bu qədər məhv olub gedir?
Doğurdanda biz elə insanlara bu qədər soyuq, biganə yanaşmalıyıq? Axı, o insanların yerində bizlərdən biri də ola bilərik. Bir insanın, xüsüsəndə qüsürlu insanların sevgiyə qayğıya daha çox ehtiyacı var. Bəs biz bu qayğını niyə onlardan əsirgəməliyik? Hərşeyi nəzərə alaraq, bir şeylə razılaşmaq lazımdır ki, doğurdan da əlil oldunsa, yaşadın ya öldün, heç bir fərqi yoxdur bizim ölkədə.

Комментариев нет:

Отправить комментарий