Страницы

31.08.2011

Biz dünyaya SAHİB olmaq üçün deyil, ŞAHİD olmaq üçün gəldik


Səbuhi ABBASOV


Bəzən düşünürəm öz-özümə: həyat nədir? Bu qədər mürəkkəb mexanizm necə qurulub. Tanrının qüdrəti qarşında baş əyirəm. Bəzən bütöv bir kollektivin hazırladığı saat mexanizmi ani zərbədən öz işini dayandırır. Saatın əqrəbi dayanır. Amma zaman dayanmır. Həyat öz yolu ilə gedir. Gecə gündüzlə tam vaxtında əvəzlənir. Təbiətin möcüzələrini – dağları, daşları, çayları və s. bunlar bir başqa aləm. Siz hələ insanların hisslərinə baxın: Sevgi, nifrət, ehtiras, laqeyidlik, məsuliyyət, dostluq, etibar və s. Bütün bünların başlanğıcı olduğu kimi son nöqtəsi də var.. 

Hər şeyin bir nöqtədən başlandığı kimi...

Kiçik bir nöqtə, amma yeni dünyaya başlayan 3 nöqtənin əvvəli. İlk səs, ilk addım, ilk söz...

Bəzən biz tamamilə təbii, qanunauyğun hadisələri möcüzə hesab etməkdən zövq alırıq. Və bu sirrin cavabını bütün həyatımız boyunca tapmağa çalışırıq. Bəlkədə yazıma bir qədər poetik başladım. Amma bununda öz səbəbi var. Haqqında yazdığım şəxsin bu gün 29 yaşı tamam olub. 29-cu yayını yaşayan dostum Əhməd Şahidov istər elm, istər yaradıcı, istərsə də pedaqoji fəaliyyətində kifayət qədər uğurlar qazanmış və qazanmaqdadır. Xarici görünüşü, hərəkətləri ilkin olaraq insanda belə bir düşüncə formalaşdırır: özündən razılıq, yekəxanalıq və s. Amma əslində bu onun daxili aləminə tam bir əksdir. Əslində o olduqca sadə, kübar və cəfakeşdir. Maraqlısı isə odur ki, onun içində elə bir uşaq ruhu var. Uşaq kimi təmiz hisslər, duyğular yaşayır onda.

Şahidov Əhməd Şair oğlu 31 avqust 1982-ci ildə anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirmiş və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olub. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilimi davam etdirib. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlayıb.

Elmi fəaliyyət

23 İyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin  Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyasının rəsmi müdafiəsi keçirildi. Müdafiədə yekdilliklə ona filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alındı. Elmi fəaliyyətimlə bərabər publisist fəaliyyəti ilə də məşğul olur. İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələrim işıq üzü görüb. 2009-cu ilin sentyabr ayından Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsində “Dövlət hüququ” ixtisası üzrə qiyabi təhsil alır.
2011-ci ilin May ayından Azərbaycan Respublikası Milli Məclisində çalışıram. Xətai ikinci seçki dairəsindən millət vəkili seçilmiş Gülər Əhmədovanın  köməkçisi vəzifəsində işləyir.

Publisistik fəaliyyət

İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələri işıq üzü görüb. Bundan başqa, 2005-2007-ci illərdə Rusiyada dərc olunan beynəlxalq “Novoe Russoe Slovo” qəzetində 300-ə yaxın məqaləsi çap olunub.

Pedaqoji fəaliyyət

2010-cu ilin Sentyabr ayından Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasında müəllim kimi çalışır və universitetin diplomatiya ixtisaslı magistrantlarına “Türk dövlətlərinin xarici siyasəti” fənnindən dərs deyir.

Yaradıcı fəliyyəti

Əhməd Şahidov yaradıcılığında çox vaxt yığcamlıq, lakonizm əsas ideyanın, ədəbi qayənin açılmasında bədii vasitə kimi çıxış edir. Onun bir çox şeirlərində bədii dil orijinal və gözlənilməz fikir tutumu, yeni ovqatı, təzə rəng çalarları, həmçinin emosionallığı və obrazlılığı ilə yadda qalır. Elə insanlar var ki, şeir onlardan istifadə edir ki, şeir olsun.Yəni, şeirin müəllifi onu yazan şair deyil. Şeirin müəllifi yazıldığı zaman və bu zamanda mövcud olan cəmiyyətdir. Sadəcə olaraq şeir öz formasını almaq, aliləşmək üçün şairlərdən istifadə edir. Əhmədin “Sən də yer ver aşka”, “Yenə səni sevəcəm”, “Bir gün səni görməsəm”, “Dünya”, “Ana”, “Dost”, “Bu dünyanın əvvəli var, sonu var” və bu kimi digər şeirlərində şair və şeir vəhdətini tam çılpaqlığı ilə görə bilərik.

P.S. Bu günlərdə Əhməd Şahidovun yeni şeirlər kitabı işıq üzü görəcək. Həm doğum günü, həm də yeni kitabının işıq üzü görməsi münasibəti ilə Əhməd Şahidovu təbrik edirəm. Uğurun bol olsun!

Комментариев нет:

Отправить комментарий