Страницы

06.08.2011

ƏBÜLFƏZ ELÇİBƏY: DON KİXOT YOXSA QABİL?!


Hüsamə bin Sərxan                  Qarazəncir Antimason Lojası

  “Əgər mən təkəmsə, bir heçəm. Əgər mənim arxamca heç kəs gəlmirsə, mən bir heçəm. Əgər oxucu desə ki, bu adam fikir aləmini irəli aparmışdır, onda mən hər şeyəm”. F.S.

  Seymur Baycan böyük fransız yazıçısı Frederik Stendalın irəli sürdüyü müddəalara tam uyğun gələn yazarlardandır. O təkdir, heç kimi arxasınca apara bilmir. Lakin oxucu onun “fikir aləmini irəli apardığını” zənn edir. Demək o, “hər şeydir”. Mən anlaya bilmirəm, “hər şey olan adam” niyə Şeymur Baycan yox, Seymur Baycandır?
                                         xxxxx
  Onun “Don Kixot”unu oxudum. Məhz Şeymur Baycan olduğuna görə. “Hər dövrün öz Don Kixotu var” deyən yazar qardaşımın dədə-babayski fəlsəfəsi yazı boyu açıldıqca damarlarıma işlədi. Hər gün ən azından bir dəfə “qəbul edirəm” bu yazını. Həm araq içmək istəyimin qarşısını alır, həm də iyulun axırıncı ongünlüyündən başlayaraq tüğyan edən sıcaqları sərin keçirməyimə yardım göstərir. Artıq boğazından kəsib kondinsioner, sərinkeş almaq istəyən insanlar göz-görəti cəhənnəm od-alovunun içində onlara sərinlik bəxş edən yazar qardaşıma gecə-gündüz duaçıdırlar. İndi hamımız səbirsizliklə qarlı-şaxtalı qışı gözləyirik. Çox maraqlıdır, görəsən “Don Kixot” qazsız-ocaqsız kəndimizin kasıb komalarını da isidə  biləcəkmi?
                                         xxxxx  
  Artıq 30 ildir məmləkətimizdə girdirmə araq içməkdən və Qarabağ haqqında boşboğazlıq etməkdən savayı heç bir əyləncə növünə təsadüf edilmir. Azsaylı protest elektoratı formalaşmaq üzrəydi ki, onu da psevdoromantik hisslər xəstəliyinə mübtəla milli müxalifət liderlərimiz xəyalqırıqlığına uğratdılar. İndi millətin 90 faizi Don Kixota oxşayır öz yerində, kayflansın görüm necə kayflanır. Söz yox millətin yeyib-içmək problemi yoxdu. Nəyi istəsən, necə istəsən gödəniyinə ötürə bilərsən. Əslində özümüz də anlamadan bəşəriyyətin məxsus olduğu etik və estetik dəyərlərdən uzaqlaşaraq ibtidai insan sürülərinə bənzər bir toplumun yaranması faktını təsdiqləmək üzrəyik. Kimin və kimlərin izinə düşüb gedirik, özümüzə də bəlli deyil. Millətin Patfaynderə (ləpirtanıyan) ehtiyacı var. Elə bir Patfayinderə ki, onu birmənalı qaydada ya ilahi, ya da dünyəvi dəyərlər sisteminə qovuşdursun.
                                         xxxxx
Mən evindən üç dövlətin- Rusiyanın, Türkiyənin, Azərbaycanın- bayrağını asan insan tanıyıram. Deyir, Rusiyanın bayrağını orıs çörəyi yediyimə, Türkiyənin bayrağını Ərdoğan abimə, Azərbaycanın bayrağını sadəcə özümüzkü olduğuna görə sevirəm. Allah qorusun beləsindən. Bir adam ki, bu qədər qarışıq əqidəyə sahiblik edir, sabahısı gün nəyinsə xatirinə erməni bayrağını sevəcəyi də mümkündür. Hərçəndi beləsini qınamağa səbəb axtarmaq fikrindən uzağam. Məncə hər rəngi fərqli idealogiyalara xidmət göstərən bayraq milli birliyin yox, olsa-olsa milli donkixotluğun simvolu ola bilərdi ki, olub da. Məni həmişə narahat edən bir sual da var: görəsən, milli dövlətimizin qurucusu H. Əliyev niyə bu bayrağı dəyişmədi? Axı eyni zaman və məkan kəsiyində həm müasir, həm islamçı, həm də türkçü olmaq absurddur.
                                       xxxxx
  Seymur Baycanın “sevimli dəlisi”nin, xeyirxah Don Kixotunun səhvləri təkcə bayraqla bitmir. Bütün sxolastik dinlərdə belə bir inanc mövcuddur: hər günah işləyən insanın günah payından Adəmin oğlu Qabilin günahlarının üstünə yazılır. Çünki o, ilk insan qatilidir. Mənim fikrimcə bu mənada Əbülfəz Elçibəy Don Kixotdan çox Qabilə oxşayır. Söz yox ki, Professional Oxucu Liqasının rəhbəri İbrahim Sel onu “Kələki çobanı” adlandırır. Seymur Baycanın Don Kixotun şiri qəfəsə salmaq bacarığı ilə Əbülfəz Elçibəyin rus qoşunlarını Azərbaycandan çıxartmaq “məharətini” eyniləşdirmək cəhdi də uğursuz müqayisədir. Axı Əbülfəz Elçibəy şiri (rus qoşunlarını) qəfəsə sala bilmədi, əksinə qəfəsdəki şiri açıb buraxdı. O şir qəfəsdə qalsaydı, ən azından Qarabağın bəlli bir statusu olacaq, eyni zamanda millətimiz bu qədər itkilərə məruz qalmayacaqdı.
                                        xxxxx
Servantes qəhrəmanı ilə Əbülfəz arasındakı yeganə ümumi cəhət- Don Kixotun yel dəyirmanına, Əbülfəz Elçibəyin onu qəbul etməyən cəmiyyətə qarşı müdhiş savaşıdır. Söz yox ki, Əbülfəz Elçibəy həm də qisasçıdır. O, nəyin bahasına olursa-olsun ləyaqətli və istedadlı adam olduğunu cəmiyyətə sırımaqla cəmiyyətə qalib gəlmək istəyirdi. Amma heç nə alınmadı. Əvvəlcə ətrafı, ardınca bütün cəmiyyət aldadıldığını anlayıb ondan imtina etdi. Onun yeganə şansı qaçmaq idi və heç kimin gözləmədiyi halda Heydər Əliyev onun Kələkiyə qaçmağına imkan yaratdı. (Bəlkə də ardı olacaq.)

Комментариев нет:

Отправить комментарий