İran paytaxtında küçələrdən birinə 2003-cü ildə İsrail rəsmiləri fələstinlilərin evlərini sökən zaman buldozerin qarşısına keçərək ölən amerikalı fəal Reyçel Aliene Korrinin adı veriləcək.
Dövlətə məxsus xəbər agentliklərinin məlumatında bildirilir ki, Tehranın Şəhər Şurası bu həftə amerikalı fəalın xatirəsinə küçələrin birinə onun adının verilməsi barədə qərarı təsdiq edib. Xəbərlərdə deyilir ki, Korri İranın düşməni olan İsrailə qarşı mübarizə simvolu kimi tanınır.
23 yaşlı Reyçel Korri 2003-cü ildə İsrail həbçiləri Qəzza Zolağında fələstinlilərin evlərini sökməyə çalışarkən bir qrup fələstinli ilə birlikdə onların qarşısını almağa çalışarkən buldozerin altında qalıb.
ANN.Az
Комментариев нет:
Отправить комментарий