Страницы

21.08.2011

İsgəndər Həmidov milliyyətcə kürddür və türkçülüyü karyera üçün bir şüar edib

“Xalq sənə avantürist, yalançı, qorxaq, satqın və tərbiyəsiz kimi baxır”

“Heydər bəy, hamı mənə deyir ki, mən Sizin bacınız oğluyam. Elə Siz də olun mənim dayım”

Azərbaycanın müasir tarixində mərdlik simvolu kimi qəbul edilən insanlardan biri sabiq prezident Heydər Əliyevin göstərişi ilə Bakının mərkəzində odlu silahla qətlə yetirilmiş Rövşən Cavadovdur. Belə demək olar ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, sonradan daxili işlər nazirinin müavini Cavadov Azərbaycanı sevənlərin qəhrəmanı olub. Qarabağ savaşında göstərdiyi fədakarlıqıar Cavadovun Azərbaycan sevgisini təsdiqləyir.
Bunun İsgəndər Həmidova nə dəxli var? Biz haqqında danışacağımız bir şəxsin öncə doğruçu olub-olmaması sualına möhürlü cüvab vermək istəyir. İsgəndər Həmidov doğruçudurmu? Bu adamın bəyanatlarına, çıxışlarına, müsahibələrinə etimad etmək olarmı?
Qısa arayış: 1948-ci ildə Kəlbəcər rayonunda anadan olmuş İsgəndər Məcid oğlu Həmidov 1992-ci il 16 may tarixindən 16 aprel 1993-cü il tarixə qədər Daxili İşlər Naziri postunda olub - 11 ay! Əvvəllər DİN-in OBXSS deyilən bir bölməsində şöbə rəisi olub. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında şərtlə əvf edilib, əlində gül dəstəsi birbaşa Heydər Əliyevin ziyarətinə gedib.
Nədir Həmidovun danışığına yalan möhürü vuran? Nazir işlədiyi vaxt Həmidov fərasətli, Qarabağ savaşından təcrübə yığmış omonçuları gizli danışıqlarla Cavadovdan ayırıb, nazirlikdə işə götürmək kampaniyası aparıb. Bir omonçu ilə söhbətinin lent yazısı Cavadovun qarşısına qoyulduqdan sonra Cavdov bir neçə omonçu ilə DİN-nin binasına gəlib, Cavdobun qəzəbini förən bütün mühafizə xidməti qaçıb gizlənib və Cavadob Həmidovu otağında şkafdab çıxardıb əzişdirib. Bunu Azərbaycan yox, dünya bilir. Bu fakta Həmidovun münasibəti: “Rövşənlə birlikdə uşaq bağçasına getmişəm. Rövşən Daxili İşlər Nazirliyində Nizami adlı əməkdaşımla savaşmışdı. Onda mən ölkədə yox idim. Gələndən sonra Rövşən məni görüb ağlayıb dedi ki, başım xarab olub, nə elədiyimi bilmirəm…” Bu sözləri danışarkən şübhəsiz ki, Həmidov qızarır. Yalan danışanda bütün insanlarda bu hal müşahidə edilir. Bütün insanlarda!
Həmidovla yaxından tanış olmaq üçün hüquq müdafiəçisi Çingiz Qənizadənin açıq məktubundan bəzi sətirlər:
“Cəsarətin” haqda bir neçə kəlmə. 15 may, 1992-ci ildə xalq Ayaz Mütəllibovun hakimiyyətə yenidən qayıtmasına etiraz edərək küçələrə çıxıb Ali Sovetin binasına yürüş keçirərkən sən də xalqın arasında idin. “Moskva” mehmanxanasının qarşısına çatarkən atəş səsini eşidib yoxa çıxdın. Mənim rəhbərliyimlə AzTV-nin binası tutulandan və mənim televiziya ilə xalqa müraciətimdən 2-3 saat sonra sən Ali Sovetə gələrək aşağıdakıları bildirdin: “Məni snayperlə vurdular. Güllə zəhərli idi. Şükür Allaha ki, güllə qolumu sıyıraraq keçdi”. Və qaşığın arxası ilə sıyırdığın qolunu göstərdin. Hamı sənin “cəsarətinə” gülürdü.
1993-cü ildə mərhum Rövşən Cavadov sənin nazir otağına hücum edərkən arxa qapıdan qaçdın. Köməkçin Nizamini qolundan güllə ilə vurmuş, nazir kabinetini darmadağın etmişdilər. Sən isə otağında mənə yalvarırdın ki, fakta görə cinayət işi başlamayım, çünki Rövşəndən qorxurdun!
Xalq sənə avantürist, yalançı, qorxaq, satqın və tərbiyəsiz kimi baxır. Populist bəyanatlarla, “bir maşın erməni qulağı gətirəcəm” deyərək ilk atəş səslərinə yoldaşlarını qoyub qaçan, səni nazir postuna təyin edən bir şəxsin, rəhmətlik Əbülfəz Elçibəy hakimiyyətinin əleyhinə 4 iyun Gəncə qiyamından 1 gün sonra - iyunun 5-də mitinq keçirmək istəyən, sonra bir komandada olduğun və çörək kəsdiyin şəxslərin özləri və ailələri haqda tərbiyəsiz ifadələr işlətməyin, sonra da həmin şəxsin təşkil etdiyi mətbuat konfransında oturub özünə qarşı söyüşlərin üzünə deyilməsinə heç nə olmamış kimi qulaq asmağın və 2 gün öncə dediklərindən imtina etməyin hamının gözü qarşısında olub…
Azərbaycanın yalançı qəhrəmanı olmaq xülyasında olan şəxsin 2 gün öncə müsahibəsindəki ifadələrinə diqqət yetirək: “Mənə yalnız Kəlbəcər - vətənim, dədəmin qəbri olan yer diqtə edə bilər! Məndə Kəlbəcər əxlaqı var!” ( Həmidov milliyyətcə kürddür və türkçülüyü karyera üçün bir şüar edib)
Yadındadırsa, nazir olarkən mənim yanımda Rəhim Qazıyevlə telefonla danışırdın. Ona “can, qardaş, qardaş” deyirdin. Dəstəyi asan kimi onun dalınca çox ədəbsiz söyüşlər işlətdin… Prezident İlham Əliyev səni əfv etdi, gedib Heydər Əliyevin məzarını ziyarət etdin. Dərhal bəyanat verdin ki, Qarabağın azad olunması üçün istənilən vəzifəni icra edə bilərəm.
Sən Elçibəyə, onun hökumətinə xəyanət etmişdin. Belə olmasaydı, televiziyaya girib baş nazir Pənah Hüseynin qatıldığı canlı yayımda “tüpürüm sizin hökumətinizə” deməzdin. Özün də o zaman o hökumətin bir üzvü idin!
19 fevral, 2011-ci il tarixdə “Yeni Müsavat” qəzetinin müxbirinə müsahibə verərkən jurnalistin suallarına ana söyüşü ilə cavab vermisən! Səni qınamıram. Sən nazir olsan da sıravi milisioner səviyyəsindən yuxarı qalxa bilmədin (bütün sıravi polislərdən müqayisəyə görə üzr istəyirəm).
Sənin nazir işlədiyin dövrdə Nəsimi rayonunda bir ölüm hadisəsi baş vermişdi, sənin “Boz qurdlar”ın qapı arxasında evə atəş açaraq yaşlı bir qadını öldürmüşdü…
Baş prokurorun müavini Mətləb Mütəllimlini həbs etdirmək üçün Sumqayıta 20 nəfərlik polis dəstəsi göndərmişdin. Tapşırmışdın ki, onu maşının baqajına basıb gətirim…
Bu gün ömürlük həbsdə yatan İsa Orucovu sən bədbəxt etdin! Özün bilirsən nəyi nəzərdə tuturam!.. (Müəmmalıdır!)
O vaxtkı müavinin rəhmətlik Qüdrət Paşayevin başçılığı altında 50 nəfərlik əməliyyat qrupu yaradaraq Hacı Qalibi həbs edib Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişdin…
17 iyul, 1993-cu ildə parlamentdə rəhmətlik Heydər Əliyevə dediklərini yadına salıram: “Heydər bəy, hamı mənə deyir ki, mən Sizin bacınız oğluyam. Elə Siz də olun mənim dayım”. Amma yarına bilmədin. Çünki rəhmətliyin sənin kimi bacı uşaqlarına ehtiyacı yox idi!..Bu Qənizadənin məktubundan sətirlər idi..
Həmidovla bağlı başqa məqamı bir vaxt həbsə aldığı, şeyxin qudası hacı Qalib açıqlayır.Deputat Qalib Salahzadə (Hacı Qalib) bəyanat yayaraq hüquq-mühafizə orqanlarından İsgəndər Həmidovun cəzalandırılmasını tələb edib.
“İsgəndər Həmidovu kim danışdırır?” adlı məqalədə İlham Əliyevin göstərişi ilə başlanan antikorrupsiya tədbirlərini istəməyən oliqarxların olduğu bildirilir. Qeyd olunur ki, həmin oliqarxlar vurulmaq növbəsinin onlara çatacağını bilirlər və ona görə də prosesə hər cür mane olmağa çalışırlar. Bu sırada konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. İsgəndər Həmidovun da qəfil gündəmə gəlib məlum kəskin çıxışı etməsinin də arxasında “fövqəlnazir”in dayandığı iddia olunur.
K.Heydərovla əlaqələndirməsinə isə İ.Həmidov ana söyüşü ilə cavab verdi: “Öz payına Kəmaləddin Heydərovla əlaqəsi olanın da, heç bir faktı olmaya-olmaya yalan məlumat yayanın da anasını...” Hacı Qalib 1992-ci ildə İsgəndər Həmidovun göstərişi ilə günahsız olaraq həbs olunduğunu bildirir. İ.Həmidov isə Hacı Qalibi qətldə ittiham edib: “Hacı Qalib unutmasın ki, hələ də üstündə ölüm işi var. İndiki kimi yadımdadır, onlar öz kəndlərində çayxanada kimisə öldürmüşdülər…”
Milli Məclisin deputatı Qalib Salahzadə (Hacı Qalib) nə deyir:
«İsgəndər Həmidovun nazir olduğu müddətdə törətdiyi əməllər hələ xalqın yadından çıxmayıb. 1992-ci ildə onun sifarişi ilə daxili işlər nazirinin müavini olmuş Qüdrət Paşayev 200 nəfərlik silahlı polis dəstəsi ilə evimə basqın etdi. Bütün var-dövlətimi ələ keçirdilər. Özüm də daxil olmaqla 8 nəfərlik ailə üzvümü istintaq işi aparmadan, məhkəmə qərarı olmadan 7 ay yarım Bayıl təcridxanasında saxladılar» deyə, bəyanatda bildirilir.
Q.Salahzadə vurğulayır: «Mənim həbsimlə bağlı fitva o zaman Ali Sovet sədrinin səlahiyyətlərini icra edən İsa Qəmbərin kabinetində verilib. Bunu İsa Qəmbər Məkkə ziyarəti zamanı təsdiqlədi. Onların məqsədi Bakının nüfuzlu şəxslərini həbs etdirmək, proseslərdən kənarlaşdırmaq idi. 1992-ci il sentyabrın 15-də mənə açıq-aydın dedilər ki, sənin həbsini İsgəndər Həmidov sifariş etdirib. “
Amma dövlətə yarınan fəaliyyətləri də göz qabağındadır. Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbədənkənar toplantısı sonuncu toplantı olub. Demokratiya Uğrunda İttifaq 2007-cı ilin aprelində yaradılmışdı. Quruma Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Milli Qurtuluş partiyaları daxil idi. Mirmahmud Mirəlioğlu ittifaqa daxil olan Azadlıq və Milli Qurtuluş partiyalarının DUİ-nin fəaliyyətinə xitam verilməsi qərarını dəstəkləmədiyini qeyd edib.
Amma belə bir fikir də səsləndirilir ki, DUİ-in dağılması əmri yuxarıdan gəlib və buna səbəb bir neçə gün öncə DUİ-nin toplantısında İsgəndər Həmidovun çıxış etməsi olub. Mənbənin dediyinə görə, İsgəndər Həmidov çıxışında dövlət başçısını sərt şəkildə tənqid edib və bundan sonra DUİ üzvü olan bəzi partiyalar əks addım atmağın vacibliyini bildiriblər. Nəticədə fikir ayrılığı yaranıb və DUİ buraxılıb.
Tərtərin keçmiş icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidov RATİ-nin ofisində mətbuat konfransı keçirib.
Mətbuat konfransına hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadəni də dəvət edən S.Həmidov başçılıq etdiyi batalyonun əsgərlərinin hansı şəraitdə şəhid olduğuna dair danışıb. Musavat.som-un məlumatına mətbuat konfransına qatılan Çingiz Qənizadə bildirib ki, onunla Sərdar Həmidov arasında elə bir konflikt yoxdur, onun işi S.Həmidovun qardaşı İsgəndərlədir.
Həmidov: “Vəzifənin bir şeyi var ki, xidməti maşın verirlər. Bir də 3 nömrəli telefonun olur, o da yaltaqlanmaq üçündür. Zənglərin yarısında sənə yaltaqlanırlar, zənglərin də yarısında sən kiməsə yaltaqlanırsan.”
Azər Həsrət nə deyir Həmidov haqqında: “İsgəndər Hemidov son məhkəmələrdən birində dedi ki, “en böyük günahım milletimi sevmekdir”. Doğrudan da bu insan haqqında danışanda onun çılğın bir türk ( Azərr Həsrət yaxşı bilir ki, Həmidov milliyyətcə kürddür) olması, milletine qulluq etmekden başqa bir isteyi olmaması ağla gelir…Onu Heyder Eliyev hebse atıb. Öc almaq üçün. H.Eliyev bele insandır. Xoşuna gelmeyeni cezalandırır. Ona yaltaqlanan, evezinde ise millete olmazın zülmler eden her kes firavanlıq içinde yaşadığı halda, bu adama deyil, millete qulluqçu olanlar qazamatlarda çürüdülür. Millet üçün ne edirsen et, eger H.Eliyeve yaltaqlanmırsansa, üzüne “ağ” olursansa, o, senden öc alacaq. İ.Hemidov da belelerindendir. O, H.Eliyevin bayrağı altına keçmeyenlerdendir. “ Amma Heydər Əliyevin dirisinə əyilməyən Həmidov onun ölüsünə əyildi. Həbsdən azad olunmazdan bir-heçə gün öncə qeyri-qanuni olaraq həbsxanadan çıxarılıb Kəmaləddin Heydərovla görüşə aparıldı. Heydərov Həmidova 1 milyon dollarlıq sərnayə və daşınmaz mülk və azadlıq müqabilində Əliyevin məzarının ziyarətini təklif etdi. Təklif qəbul olundiu.
Əlbəttə ki, oyun davam edir. Həmidov müxalif maskasını çıxarmaq istəmir. Şou bəyanatlar verir: “Artıq neçə gündür ki, məni izləyirlər. Hara gedirəmsə, 4 avtomobil arxamca hərəkət edir. Bu saatlarda həmin adamlar və avtomabillər yaşadığım mənzilin qarşısında dayanıblar. Bu açıq-aşkar təzyiqdir. Bu cür hərəkətlə məni qorxutmaq olmaz”. Bunu sabiq daxili işlər naziri İsgəndər Həmidov “Bizim Yol”a açıqlamasında deyib. O bildirib ki, onu izləyənlərin kim olduğunu bilmir: “Ancaq böyük ehtimalla bunlar Daxili İşlər Nazirliyinin yeddinci idarəsinin əməkdaşlarıdır. Mən bu idarənin də naziri olmuşam və məhz onlar tərəfindən izlənməyimə şübhə eləmirəm”. Amma demir ki, nə ilə dolanır.

Bakıxan                  arannews

Комментариев нет:

Отправить комментарий