Страницы

18.08.2011

Öldüyüm yerdə dirildim


Pərviz Sadıqov

Əvvəllər yad idin mənə..
zamanla öyrəndim səni
zamanla öyrətdin məni...
öz istəyinə görə mənə yol göstərdin...
sevə bilmədim-etiraz etdim,inad etdin
güzgü göstərdin
inandırdın ki, səni sevməliyəm.
hər gün istəmədən səninləyəm
... səsinləyəm, küyünləyəm
və bir də ayıldım ki, səni sevmədən ağuşundayam...
Üzərində göz yaşlarım çox oldu, sevincdən ağlayanda nə yaxşı ki varsan dedim
Acıdan ağlayanda sənə nifrət etdim, səbəbkar sən idin, buna əmin idim.
yerimi bilirdim, qaranlıq, uçuq, üşüyənlərə həmdəm dəniz...
Allaha üsyan edən kəslərin qarğışı qarşısında aciz dualarım,sevgisi bir qədəhə sığan yarımçıq sevgilərim
sənin mənə verdiyin ucuz hədiyyələrin, məmnunluq hisslərim,
səni daha çox sevməyim. paltomu ayaqlar altına atıb sərxoş səslə qışqırıb sevinməyim, kütlənin təccüblü baxışları
hamısını sevdim.
Və o ucuz hədiyyələrini çox gördüyün gün...
Nələr etməzdim mənim olmağın üçün
Və gözlərimə alışdırdın pisləri, başqa bir şey yox imiş üzümə çırpılan qapıdan başqa,
bitdi yuxular, gözəl demirəm, gözəl deyildi
amma məni də apardı özüylə o gün,
BAKI, sevdiyim üçün özümü inandıırırdım ki, sən bu qədər dəyişə bilməzsən.
Bitdim, dost!
Dirildim dost! yenə Bakını sevdim, amma indi onun sirrlərinə bələdəm.

Комментариев нет:

Отправить комментарий