İlham İdrisoğlu
A qardaş, kitabı nə var yazmağa,
Oxuyub qəlbinə sıxanı göstər!
Bənzədib işığı sönməz çırağa,
Səhər açılınca baxanı göstər!
Kim deyir şairəm açsın Xəmsəni
Bir də vərəqləsin Qabusnaməni.
Mən səni oxudum, dostum, sən məni.
Gözündən bir gilə axanı göstər!
Hey duz çiləyirik özgə aşına,
Ağıl yetiririk özgə başına.
İlhamın çarığı gəlmir xoşuna,
Astarı sökülən çuxanı göstər!
Комментариев нет:
Отправить комментарий