Страницы

12.08.2011

Ramin Bayramovun evindən silah-sursat və narkotik çıxarılıb


haber
Hacı Ramin Bayramov MTN əməkdaşları tərəfindən aparılaraq sorğu sual olunub.

İslam-azeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov saat 15:30 radələrində 4 mülkü geyimli tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb.

Onu Nizami metrosunun yaxınlığından aparıblar.

4 mülkü geyimli şəxs Ramin Bayramovu BMW markalı "NOL 557 C" Almaniya dövlətinə məxsus avtomobilə mindirib və naməlum istiqamətə aparıb.

MTN əməkdaşları Ramin Bayramovdan günorta saatlarında üstünü evinin açarını alıb. Axşam saatlarında isə MTN əməkdaşları və Hacı Ramin Bayramovun iştirakı ilə evdə axtarış aparıblar. Axtarış zamanı isə onun evindən daha əvvəlcədən qoyulmuş 2 əl qumbarası, 1 tapanca və müəyyən miqdarda narkotik maddə və çıxarılıb. Bu barədə Hacı Ramin Bayramovun vəkili Elçin Namazov məlumat verib.

Комментариев нет:

Отправить комментарий