Страницы

25.09.2011

Azərbaycan ziyalılarının soyulması siyasətinə son qoyun!

Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasova

Surəti qəzet redaksiyalarına və dövlət orqanlarına                     

Bu cür qeyri-sivil yolla, sırf yəhudi kapitalizminə xas bir üsulla pul qazanmaq olmaz                     

 Əli müəllim, salam! Ölkədə rabitə sistemi pis gündədir, xəbəriniz varmı? Vermisiniz bu boyda ölkəni bir neçə xarici inhisarçının əlinə, onlar da azərbaycanlıların qanını içirlər. Şəxsən siz Rabitə naziri keçəndən qiymətlərin salınmasında heç bir tutarlı addım atılmayıb, əksinə Rusiya, İran kimi mədəni ölkələrdən qat-qat geridəyik. Ayda bir ətək CDMA-ya pul ödəyirik, lakin bu şirkət əhalinin əsəblərini pozmaqdan başqa bir iş görmür. Son aylarda isə abonentlər təəccüb içində qaldılar, çünki işlətdiklərindən qat-qat artıq pul ödəməli oldular, bu hoqqabazlığın bir səbəbini isə aydınlaşdıran tapılmadı, çünki hər şey öz əllərindədir. Azərbaycanı pulla alıblar, milləti istədikləri kimi minib çapırlar. Kontur, internet niyə başqa ölkələrdən bizdə qat-qat baha olmalıdır, ay yoldaş nazir? Soyğunçuluğa son qoyun! Xalqın maddi və mənəvi genosidini dayandırın! Azərbaycan kimi əhalinin əksər hissəsi acından ölən ölkədə bu cür qiyməylər olmaz! Qiymətləri aşağı salın! Xarici ölkələrdən bura təşrif buyurmuş qaniçən monopolistləri- bu çağırılmamış qonaqları ölkədən rədd edin, qoyun əhaliyə normal və ucuz xidmətlər göstərilsin!
 Məgər SDMA-nın əhalinin başına gətirdiyi oyunlardan sizin xəbəriniz yoxmudur? Əgər yoxdursa onda həmin postda nəyə oturmusunuz? Əgər hərə İsraildən, Amerikadan durub gəlib Azərbaycanda bir şirkət yaradacaqsa, monopoliyanı ələ alıb illərlə Azərbaycan xalqının əsəb sistemini dağıdacaqsa, onda RİTN nə üçündür? Təcili olaraq tarifləri aşağı salıb, Azərbaycan ziyalılarının çapılıb talan edilməsi prosesini dayandırın.
 Bütün ölkəni zülm içəridində çabaladırsınız. Ölkəyə mənşəyi bilinməyən şirkətlər gəlib, mobil rabitə sistemini ələ keçiriblər. Hər kəndə 2-3 mobil rabitə stansiyası qurğusu qoyulub, onlardan gələn şüadan elə vaxt olur ki, ayda iki-üç nəfər ölür. Həmin antennaların qurulduğu ərazilərdə müxtəlif xəstəliklər yayılmağa başlayıb, kütləvi şəkildə başağrılar və halsızlıqlar müşahidə olunur. Əhali göz görəsi milçək kimi qırılır. Şüalanma dərəcəsi o qədərdir ki, bu dirəklərin yaxınlığında yerləşən bir neşə evin həyətində ot belə bitmir. Yaxınlıqdakı evlərdə qan təzyiqindən, infarktdan onlarla adam ölür. Niyə bu məsələlərlə maraqlanmırsınız? Bu şirkərtlər ölkəyə necə yol tapıblar? Həmin şirkətlər uzun illər monopoliya yaradaraq əhalinin cibini soyub talayıblar. Qoy gedib öz ölkələrində öz vətəndaşlarını şüalandırsınlar. Qoy gedib öz ölkələrində monopoliya yaratsınlar. Bütün bu işlərə şərait yaradan sizsiniz.
 Bütün ölkəni şüalandırmısınız, amma bunun müqabilində ölkəyə normal internet verilməsini təmin etməmisiniz. Rayonlarda internetə girənlər zülm çəkir, başağrılar yaranır. İnternetə girirkən tez-tez atmalar, serverdən kənara çıxmalar baş verir, bu çıxışlar zamanı abonentlərə əlavə pul yazılır. Həmin pul sizin cibinizə gedir və beləliklə əhali sizin tərəfinizdən məcburi soyğunçuluğa məruz qalır. Heç nədən abonent pulunu çıxarıb sizə verməli olur. Nəyə görə? Bu cür qeyri-sivil yolla, sırf yəhudi kapitalizminə xas bir üsulla pul qazanmaq olmaz. Həmin internetdən Rusiyada da, Ermənistanda da, sizin bəyənmədiyiniz İranda da, Allahın Türkmənistanında da var, amma heç yerdə əhalinin cibinə girmirlər, əsəbləri ilə bu formada oynamırlar.
 Ölkə ərazisi mobil şirkətlərin şüa saçan avadanlıqları ilə doldurulub, amma mobil telefon qiymətləri düşmür ki düşmür! Telefon danışığı MDB-də ən baha olaraq qalır. Uzun müddətdir ki, ölkəmizin qonağı olan xarici şirkətlər dilənçi payları ilə, bonuslarla xalqımızın başını qatırlar. Sizsə bütün bunlara göz yumursunuz!
 Bu gün sizinlə bir qandan, bir soydan olan ölkə ziyalılarının cibi soyulur, sizin ölkəyə verdiyiniz yarasız, həddən artıq baha internet xidmətinə görə qan ağlayır, lakin siz heç bir reaksiya vermirsiniz. Bu gedişlə təxminən 50 ildən sonra internetin və rabitənin qoyməti ölkədə düşəcək, tənzimlənərək dünya qiymətləri səviyyəsinə enəcək, lakin ona kimi ölkə əhalisi şüalanmadan qırılacaq. Xalqa azca da olsa rəhminiz gəlsin. Onlar da sizin kimi ziyalılardır. İndi özünüz nazir kreslosuna əyləşmisiniz, bəxtiniz gətirib var-dövlətiniz başdan aşır deyə yerdə qalan əhalinin soyulmasına rəvac verməlisinizmi?
 Bu gün Rusiyadan Azərbaycana qayıdan həmvətənlərimiz buradakı vəziyyəti görüb dəhşətə gəlirlər. 2 manatlıq kontur yükləyib danışdıqları yerdəcə telefon əllərində sönür. Balansınız bitmişdir! Həmin adamlar dəhşət içərisində bildirirlər ki, Rusiyada yerli qiymətə bu qədər kontur vurduqda, 1 ay, iki ay danışmaq olur. Bizdə isə camaat bir-birinə zəng edəndə salam verməyə də qorxur, çünki buna da kontur gedir! Siz əhalini bir-biri ilə salamsız-kəlamsız danışmağa vadar edirsiniz! Keçmişdə qalan, Sovet dövründə yaranan nə qədər gözəl ənənələr varsa, hamısının axırına çıxmısınız!
 Azərbaycanın səmasını deşik-deşik etmisiniz, şüa əlindən nəfəs ala bilmirik, di gəl ki bunun müqabilində rabitə və internet qiymətləri ən baha olaraq qalır. Bununla xalqa nə demək və yaxud nəyi sübut etmək istəyirsiniz?
 Bu gün biz əyalətdə internetə sizin “lütfünüz” ucbatından 10 dəqiqəlik fasilələrlə girməyə məcburuq. 10 dəqiqə girib qurdalanırıq, tısbağa sürəti ilə açılan saytı oturub əli qoynunda gözləməli oluruq və... sayt açılan moomentdəcə... əlaqə yenidən qırılır. Yenidən 10 dəqiqə əsəb içərisində internetə girməyə cəhd edirik. Xeyli vaxt və əsəb hüceyrələri itiririk. Ölmüş əsəb hüceyrələri isə bir daha bərpa olmurlar. Üstəlik hər dəfə internet atanda- əlaqə qırılanda 5 qəpik bizə pul yazır, ayın axırında həmin pulu ödəməyə məcbur edilirik. Fikirləşin, əgər 1 saat ərzində internet 20 dəfə atırsa, hər atanda 5 qəpik yazırsa, bu 1 manat eləyir. İnternetin saatı 1 manat 20 qəpik, ya da 1 manat 30 qəpiyə başa gəlir. Sonra da öyünürsünüz ki, bizim nazirlik büdcəyə ən çox pul keçirdən təçkilatlardır. Xalqın qanın içməklə öyünmək olarmı? Bu cür əndrabadi internet xidməti hardan ağlınıza gəlib? Bu cür layihələri sizə kim verir? Bahalı, monopoliya yaradan bu firmaları ölkəyə gətirib başımıza bəla edincə, normal, ucuz xidmət göstərən Rusiya, İran şirkətlərinin xidmətlərindən istifadə etmək olmazdımı? Nə vaxta kimi XXI əsrin nailiyyətlərindən xalqı uzaq saxlayacaqsınız? Nə vaxta kimi bu yazıq əhalini XVI əsrə doğru sürükləyəcəksiniz?
 Büdcəyə ən böyük pul köçürmələri ilə öyünən nazirliyin əməkdaşları cüzi maaş alır, dolanışıqlarını böyük çətinliklərlə sürdürürlər. Mətbuat səhifələrindən “Telekom” işçilərinin özünü asdığı, intihar etdiyi haqda xəbərləri tez-tez oxuyuruq. Yüksək gərginlik, şüalanma altında işləyən insanlar depressiyaya düşür, aşağı əmək haqqı ailədə və cəmiyyətdə bir sıra problemlərə gətirib çıxarır və nəticədə insanlar intihara əl atırlar.

Həsənov İ.                 "Yeni xəbər" qəzeti

Комментариев нет:

Отправить комментарий