Страницы

24.09.2011

İran nə istəyir?


Ülvi Məmmədli
Professional Oxucu Liqası

İndiki nəsillərin həyatı boyunca İran bircə dəfə müharibə aparıb, o da müdafiə müharibəsi

 Güman edirəm ki, Obamanın problemləri hələ qarşıdadır. ABŞ-ın dünya jandarmı funksiyasını itirməsi artıq dəqiq faktdır. Çindən sonra inkişaf sürətinə görə ikinci olan Türkiyə İrana qarşı qoyulan embarqolara qətiyyən əhəmiyyət vermədən tam müstəqil siyasət aparır və faktiki olaraq Avropanın energetik şəbəkəsi kimi özünün Türkiyə-İran-Azərbaycan blokunu yaradır. Çox güman ki, öz enerji daşıyıcılarına nəzarəti davam etdirmək üçün bu bloka Rusiya da qoşulacaq. Belorus isə artıq Türkiyənin öz Aralıq dənizi limanlarından satacağı İran neftinin alınması ilə bağlı danışıqlar aparır. İki il ABŞ Türkiyə və Azərbaycanı sıxır, oralara səfirlərini təyin etmirdi. Üç ölkənin İstambul sammitində birgə bəyanatından sonra amerikanlar geri çəkildilər və Obama milad tətillərini yarımçıq qoyaraq, qanunverici orqanları saymadan öz sərəncamı ilə səfirləri təsdiq etdi. Belə getsə, qarşıda Obamanı doğrudan da şən olmayan günlər gözləyir.
 Problemə dərindən baxanda, ilk növbədə İranın qayğıları nədir sualına cavab axtarmaq lazım gəlir. Ölkə istəyir ki, lider dövlətlərin elmi-texniki səviyyəsinə yüksəlsin ki, bu hegemonların təzyiqindən qurtulsun və öz taleyini sərbəst müəyyənləşdirsin, öz resurslarının müstəqil sahibi olsun. İranı başa düşmək olar. Son iki yüz il ərzində bu ölkə, əslində subsivilizasiya Rusiya və Böyük Britaniya tərəfindən parçalanır, tar-mar edilirdi. Bu iki ölkə, sonra da ABŞ İrana öz şərtlərini diqtə edir, öz talançı konsessiyalarını sırıyırdılar. Parlamenti güllələdilər, şahları dəyişdilər, İranı tabe etmək üçün qoşun yeritdilər. Təbii ki, İran müdafiə olunmalı və müqavimət göstərmək üçün üsullar tapmalı idi. Və əgər Qərb elə düşünür ki, onun üstünlüyü şübhəsizdir, geri qalanların hamısının qərb qaydaları ilə oynaması, onun iradəsini qəbul etməsi qaçılmazdır - onda bu diqtə edilənlər belə status-kvodan çıxış yolu axtarmalı idilər. Bəziləri bu gücü tapdılar da. Çin, Braziliya, Hindistan... Onların qərarları aralıq, kompromisli, heç bir tərəfi razı salan olmasa da, dinamik olaraq tarazlığı dəyişir, onların Qərbdən asılılığını azaldır. Və əgər Çin çox qısa bir müddətdə səfil, yarı işğal olunmuş ölkədən dünya liderinə, gənc fövqəlgücə çevrilə bildisə, ondan heç də az tarixi ənənələrə malik olan İran nəyə görə Çinin olmasa da, ən azından Braziliyanın vəziyyətinə çatmağa cəhd eləməsin?
 Pəhləvi sülaləsi bu məqsədi qarşısına qoymuşdu. Qərb nə qədər mane olmağa çalışsa da İran seçdiyi yolla kifayət qədər uğurla gedirdi. Özü də elə sürətlə gedirdi ki, cəmiyyət elitanın ardınca çata bilmirdi və İslam inqilabı bu prosesi tormozlamaq, onu saxlamaq cəhdi kimi oldu. 1979-cu il inqilabı İranı viran elədi. İndi özünə gələn İran nüvə proqramı ilə Qərbin qarşısında duruş gətirməyə çox yaxın mövqedədir.
 ABŞ İranın inkişafını özünə və dünyaya təhlükə kimi qələmə vermək istəyir. Deməyinə deyir, amma bunu təsdiqlətmək deyəsən çox çətin olacaq. Fakta baxaq: İndiki nəsillərin həyatı boyunca İran bircə dəfə müharibə aparıb. O da müdafiə müharibəsi, İraqın ABŞ-ın dəstəyi ilə apardığı müharibədə müdafiə olunub. Amma ABŞ və ya İsrail nə qədər İrana öz iradələrini qəbul etdirməyə çalışırsa, tez-tez bomba zərbəsindən (bəzən nüvə silahı tətbiq etməyi də təklif edirdilər) danışırlarsa, İran o qədər güclü olmağı arzulamalıdır. Yaşamaq, niyyətinə çatmaq istəyirsə buna məcburdur. Və azad inkişaf şərtləri ilə bu ölkənin gücünü iqtisadi inkişafda cəmləşdirə biləcəyi halda, artan təzyiqlər diqtəsi altında o, sadəcə olaraq silahlanmanı artırmağa, təcrid olunmuş vəziyyətə düşəndə isə ən müasir silahlara mailk olmağa məcburdur.
Qərb İrana başqa seçim imkanı vermədi.

Комментариев нет:

Отправить комментарий