Страницы

21.09.2011

"Mənim beş min manatım hara getdi?"

Ancaq bizdə oxuyun!


Sofiya Sadıqlı (p)iylənmiş manıslar barədə yazır

Şakira Məleykə Əsədovaya çatammaz

Adamın başından aşan varı-dövləti, min bahalı maşını olunca bir qram zövqü və intllekti olsa daha yaxşıdır. Bu fikir ağlıma çoxdan gəlmişdi. Ötən gün xalqımızın “məlaikəsi” Məleykə Əsədovanın qızının ad günündə çəkilmiş şəkillərinə baxanda bir daha fikrimin dəqiq olduğunu anladım.
Qızı Gülərin ad günündə əyninə geydiyi dar, yarıçılpaq tiqrovı paltarın içindən Məleykənin bütün sellületləri, sallaq piyi sallam-sallam çıxmışdı. Bizim şor-biznesin xanımçalarının bircə fikir var o da soyunmaqdır. Yaraşdı yaraşmadı hamısı əl atır tumanına çəkir başına. Tumanın da altından saçam-sallaq şıntırdan başqa bir şey çıxmır e. Ay bunları yerə girsin elə.
Adamın pulu başından aşa amma zövqü olmaya. Bu dərd deyil e, dərd belələrinin boş kəllələrinə qaldırdıqları tutyaj qaşlarının altından hamıya forsla baxmalarıdır. Hələ bu da dərd deyil e, dərd belələrinin xalq artisti titulu almalarıdır. Görəsən Ceniffer Lopez, Şakira, Beyons niyə belə titulla təltif olunmurlar? Bəlkə deyəsiz, Məleykə bu sənətçilərin hamısından üstündür? Hə ola bilər, bir üstünlük ola bilər, o da piy basmış qarındır ki, adıçəkilən sənətçilərin heç birində yoxdur, amma Məleykədə var.
Hələ bu da dərd deyil, dərd Məleykəni tərifləyən Yaşar Nurinin dərdidir. Adam getdikcə lap cılızlaşır ee.
Bu ad günündən xəbər hazırlayana isə jurnalistdən başqa hər şey demək olar, hətta manıs da. Hələ görün bir nə yazır: “Rəmişin gitarada müğənni Zöhrə Abdullayevanı müşayiət etməsi, xalq artisti Afaq Bəşirqızının Məleykə Əsədova ilə, Elariz Məmmədoğlu, Manaf Ağayev və Zöhrə Abdullayevanın birgə rəqs etməsi də nəzərdən yayınmayan məqamlardan idi. Foyedə Manaf Ağayev və Rəmişin həyat yoldaşı Gülü ilə Zöhrə Abdullayevanın pul salması da diqqətimizdən yayınmadı. Ümumiyyətlə, sənət aləminin nümayəndələrinin çoxluq təşkil etdiyi tədbirdə əsl vur-çatlasın, çal-oynasın ab-havası vardı”. Sadəcə bu yazıya və onun müəllifinin durumuna bir ad vermək olar: Rəzalət.

Zema hətta cazibədar imiş

Deyirəm dağıl a dünya, deyirlər pisniyyət olma. Yaxşı gəlin yaşayın bu dünyada bizə verilən bu dar, tıxacla, səfalətlə dolu məmləkətmizdə. Gəl yaşa, Lider telekanalındakı “Qızıl pillə”nin aparıcısı Zemfiraya cazibədar deyilən bir ölkədə. Görün, xəbər syatlarından biri nə yazır: “Azərbaycan teleməkanının ən cazibədar aparıcılarından olan Zemfira Adıgözəlova imicini dəyişib”. Lap belə gözlərim aydın, cəhənnəmə ki dəyişib. Özü də bu adam hardan cazibədar oldu və ya harası cazibədar oldu. Adamın üzündə təbiətdəki bütün rənglərin çalarları var, elə bil ki, rəssam palitrasıdı. Özü də palitrasıyla çox zalımcasına rəftar edən rəssamın.
Zemiçka deyib ki, yeni imicində çox kübar görünüb: “Bu günə qədər öz toyumu çıxmaq şərti ilə heç vaxt o cür kübar görünməmişdim. Ancaq bu dəfə özüm də heyran oldum”. Belələrinə anlatmaq gərəkdir ki, başına “kitayiski” tac qoymaqla şah olmursan. Kübarlıq gərək adamın qanında ola. Səfil küçə qadını qədər içi boş olanlar heç vaxt kübar ola bilməzlər.

111 qızılgülə “hə” deyən Xatirənin islamsızlaşmağlığı

Bankir oğlu ilə gizli aşk yaşayıb, rəhmətlik sənətçimiz İslam Rzayevi qoca vaxtında zülmə salmaq istəyən manıs Xatirə İslam yeni mahnı, klip olmasa da gündəmdə qalmağı bacarır. Belə ki, ötənlərdə “Rəngarəng” verilişində qonaq olarkən özünə 111 gül göndərərk yalandan elçilərinin qapılarının dabanını çıxarmasından ağızdolusu danışıb. Amma hər şeydən-zaddan danşan Xatirə nədənsə ona kliplər çəkdirib, mahnılar yazdırıb, necə deyərlər manıs eləyib ortaya çıxaran İslamdan danışmayıb. Əşşi, day İslamın bankı yox, pulu yox. Məgər Xatirəyə İslam gərəkdir, yoxsa pul?
Guya Xatirəni hardasa uzaqlarda, yel vurub qoz tökülən yerdə biri sevirmiş, o, da bu 111 qızılgülü enli-dənli Xatışa hədiyyə edib.

Anar da borcludu, əşi “kişinin” borcu olar da

Aşığın sözü qurtaranda “neynim-neynim” deyər. Elə bizim şouxanamızdakıların da sözü qurtaranda “nənəm oy, nənəm oy” deyirlər. Yəni tanıdıqları manıssifət müxbirlərin cibinə tulapayı basıb başlayırlar reklama. O gün də yazıblar ki, stlist Anar Ağakişiyevin hansısa müğənni xanıma 5 min manat borcu var. İstədim burnumun ucunda “kişinin borcu olar da” deyim, amma gözün Anarın şəklinə sataşdı və sözümü yarımçıq uddum. Alınmış qaşların altından baxan xumar gözlü Anara nə deyəcəyimi bilmədim. Manısları özləri səviyyədə bəzəyən, adını da guya stlist qoyan Anarın şəkli onun reallığından daha yaxşıdır. Çünki danışanda alınmış qaşlardan başqa faktorlar da ortaya çıxır ki, bunlar da dözüləsi deyil.
Xülasə, qorxuram indi o manıs xanıma da atış gələ Anar xanım da Məşədi İbad kimi oxuya “Ay Anar özü cəhənnəm mənim beş min manatım hara getdi?”.

Zorik də əsəbləşib

Ölkədə gəzən çox ilginc məlumatlara görə, Sultanın onu və digər həmkarı Təranə Səmədovanı “prodüserlikdən anlayışı olmamaqda” suçlamağından qəzəblənən Zorik açıb ağzını, yumub gözünü və adını prodüser qoyan Sultanı biabır edib: “O, kimdir ki, kimlərisə qınasın? Elə bilir hansısa restoranda fotosessiya etməklə özünü prodüser adlandıra bilər? Hamı Zorikin və Təranənin kim olduğunu bilir. Mən hələ 2006-cı ildə “Best Model of Azerbaijan" kimi müsabiqə təşkil etmişəm. O, 196 ölkəyə canlı yayımlanıb”.
Nəzərə alın ki, Zorik (atası yazıq onun adını Zöhrab qoymuşdu) bu kəlmələri deyəndə saçlarını əlləri ilə geri atmış və nazlanmışdı. Sultana gəlinc, o, Hollandiyada özünü Bakıda incidilən cinsi azlıq, sonra isə erməni əsilli zavallı kimi qələmə verməklə özünə sığıncaq alıb. Ildə bir iki dəfə ölkəmizə gələn Sultanın işi-gücü manıs arvadları boğuşdurmaq və özü kimi incə-mincə qəlbi olan prodüserləri qıcıqlandırmaqdır. İndi neyləsin, hər kəs bacardığndan, əlindən gələndən edir ki, məmləkətimiz daha da qabağa getsin.

Urrraaaa, yeni şouxana gəlir...

Bilirsiz də, oktyabr ayının 3-də şouxanamızın bütün manısları və manısabənzərləri növbəti realiti-şouda iştirak etmək, daha doğrusu bir-birini didmək üçün bir araya gələcəklər. Onlar bu dəfə bir neçə ay öncə İctimai Televiziya və Radio Verilişləri Şirkətinin efirində yayımlanan “Şou nömrə 1” layihəsinin ikinci hissəsində çıxış edəcəklər.
Şouxanada ümumilikdə 10 tanınmış şəxs iştirak edəcək. Bu sırada müğənnilərdən Samir Cavadzadə, İlhamə Qasımova, Təranə Mahmudova, Roza Zərgərli, Azad Şabanov, model Natella Kərimova, aparıcılardan Ranar Musayev, Saleh Bağırov və digərləri “vur-çatlasın, çal oynasın, yorğan yansın” deyib oynayacaqlar. 
Qeyd edək ki, adıçəkilən ulduzlar 1 ay ərzində bir-birindən fərqli rəqs nömrələri nümayiş etdirəcəklər. Layihənin anonsu artıq hazırlanıb. “Şou nömrə 1” layihəsinin aparıcıları Hüsniyyə Məhərrəmova və Azər Aslandır.
Keçən dəfəki, “Şou nömrə 1” layihəsinin qalibi “OK! Azerbaijan” jurnalının baş redaktoru Könül Nağıyeva olub. Yəqin bu dəfə də Roza Zərgərli olacaq. Axı o, and içib söz verib ki, Rusiya estradasını fəth edəcək.

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий