Gi Debor Mükafatı almış əsərlər
Oğulbala, bu mesaji kompüterində gözgörən yerdə saxlama, D diskində bir "futbol" papkası aç, at oraya. Qadınlar adətən futbolla maraqlanmadıqları üçün onun gələcək xanımının oxumayacağı ehtimalı böyükdür. Düzdür, bilmək olmaz, kəsilməmiş qarpız kimi bir şeydir, bir də gördün futbol azarkeşi çıxdı, ya da eşələmədiyi papka qalmadı... Amma hər halda orta statistik götürəndə yazıdan ancaq özün nəticə çıxara bilərsən.
Hələ lap keçmişdə Seyid Əzim Şirvani adlı bir şair vardı. "Oğluma nəsihət" adlı bir şeiri vardı. Çap da elətdirmişdi ki, başqaları da oxusun. "Cəfər, ey nuri-dideyi-seyyid" sözləri ilə başlayan bu şeirdə atası oğluna deyirdi ki, bala, dilləri, əsasən də rus dilini öyrən, yoxsa işin çətin olacaq. "Onlara ehtiyacımız çoxdur, bilməsək dil əlacımız yoxdur". İndi nəsihəti pis qəbul eləyirlər, elə bilirlər ki, hər şeyi özləri bilir, kiminsə köhnə fikirlərinə ehtiyac yoxdur. Əgər yazının başlığını "Oğluma nəsihət" yazsaydım, onu heç oxumayacaqdın da. Amma hər halda mesajı oxuyarsan.
Bala, indi dilləri öyrən deməyə ehtiyac yoxdur. Xüsusən də rus dilini. İndi ingilis dilini bilməsən, SV doldura bilməsən səni heç süpürgəçi də götürməzlər. Mən sənə tamam başqa mətləbdən danışacam. Babandan başlamış atama, əmilərinə, dayılarına, tanıdıqlarıma, özümə baxıb bu nəticəyə gəlmişəm, alimlər də, mütəxəssislər də təsdiqləyir, gələcək xanımınla özünü necə aparmağın haqda xəbərdarlıqdır, istəyirsən əməl elə, istəmirsən, özün bil. Amma ziyan tapmazsan, hər halda nəzərində olsun.
Oğulbala, unutma ki, qadınla istənilən mübahisədə sənin bütün məntiqi dəlillərin uduzulmağa məhkumdur. Ona görə yox ki, sənin məntiqin qüsurludur, ona görə ki, qadınlar heç vaxt heç bir məsələdə düz olmadıqlarını etiraf eləmirlər. Amma hər qıfılın açarı var axı. Qadınların səhvlərini etiraf eləməmələri ancaq görünən təəssüratdır. İstəyirsən mübahisədə qalib çıxasan? Onda irəli...
Qəti fərqi yoxdur ki, sən özünə inanan, zabitəli kişisən, yoxsa, bağışla, arvadağızın birisən, amma həyatda yolun həmişə qadınlarla kəsişəcək. Bunlar tam müxtəlif adamlar ola bilər. Amma ömrünüzü birgə yaşayacağınız qadın gələcək xanımın, el dilində desək, arvadın olacaq. Sən istəsən də, istəməsən də mütləq arvadınla mübahisə məqamları meydana çıxacaq. Kimliyindən asılı olmayaraq arvadının qərarı belə olacaq ki, mübahisədə sən haqsızsan. Havadan danışmıram, başına gələn başmaqçı olar. Əvvəldən günahkar səni biləcəklərini bildiyin üçün buna hazır olub müdafiə yolları saxlamalısan. Özü də yol elə olmalıdır ki, nə sənin kişi qürurun ziyan çəksin, nə də arvadın narazı qalsın. Çətin işdir, amma mümkündür.
Qadının etiraf eləyə bilmədiyi fikrini yaddan çıxar, o elə ona görə qadındır. Heç bir məntiqi dəlil ona sübut eləyə bilməz ki, o düz deyil. Lap özünü öldür, inandırmağa çalış, min dənə misal gətir, fərqi yoxdur. Həqiqət budur ki, o sənin sübutlarını yox, eşitmək istədiyini gözləyir. Əsas biclik odur ki, özün-özünə düz olduğunu sübut eləməklə, eyni zamanda arvadını da inandırasan ki, o da düzdür.
Orası da düzdür ki, hər kişi arvadı ilə mübahisədə qələbəni öz bildiyi kimi təsəvvür eləyir. Amma bir ata kimi risq eləyib sənə bəzi biclikləri söyləyim ki, əməl eləsən heç vaxt arvadınla mübahisədə uduzmayacaqsan.
1. Heç vaxt səsini qaldırma
Mübahisənin nə üstə düşməsindən qəti asılı olmayaraq səsinə nəzarət elə. Nə fikir söyləyirsən söylə, amma səsini qaldırma. Gördün ki, xanımın səninlə eyni tonda danışmağa başladı, bil ki, artıq qalib gəlmisən.
2. Onu eşidən adam ol
Oğul, arvadını eşidə, ona qulaq asa bil. Özü də bil ki, bəlkə də yeganə istisnasan ki, ona qulaq asırsan Ürəyini boşaltmalı, qışqırmalıdır - imkan ver qoy eləsin. Amma sənin növbən çatanda müdafiə üçün onun dediyi sözləri işlət, qoy başa düşsün ki, nəhayət onu eşitdilər və ən əsası, onun nəzər-nöqtəsini anladılar.
3. Mübahisə mövzusundan yayınmağa imkan vermə
Mübahisə nə mövzuda düşür-düşsün, heç vaxt provokasiyaya gedib mübahisənin mövzusunu dəyişmə. Unutma ki, mübahisədə qələbə və ya məğlubiyyət ondan asılıdır ki, sən qarşındakına öz narazılığını bildirmək üçün əvvəlcədən hazırlanmış, mövzudan qıraq arqumentlərlə danışmağa şans verməməyi nə qədər bacarırsan. Diqqət elə ki, "mövzulu" mübahisə ümumilikdə sizin münasibətlərinizin aydınlaşdırılmasına çevrilməsin.
4. Etiraf elə ki düz deyilsən- və artıq qalib gəlmisən
Bir çox hallarda mübahisədə qalibiyyət öz mübahisənə yox, onun gətirəcəyi nəticələrə aid olur. Sən ilk olaraq özünün düz olmadığını söyləsən, o heç vaxt sənin üzərində qələbə çala bilməyəcək. Bir anlığa qüruru yaddan çıxar, elə narazılıqlar olur ki, onda sənin udub-uduzmağın vacib deyil. Belə hallarda özünü elə göstər ki, guya uduzmusan, qoy rəqibin istədiyi qədər ətrafında at oynatsın. Sənə nəticə lazımdı, düzdür?..
5.Emosiyalar üstündə oyna
Qadınlar çox vaxt ancaq ona görə döyüşə atılırlar ki, emosiyalarla dolurlar. Unutma ki, təkcə onun emosiyaları daşmır, səndə də onlardan var. Yaddan çıxar ki, kişi emosiyalarını içəridə saxlamalıdır. Uşaqlıqdan sənə öyrətmişik ki, nə olur-olsun, nə qədər ağrılı olsa da kişi emosiyalarını göstərməməlidir. Bəzən bunu yaddan çıxarmaq lazımdır. Öz fikirlərini ləyaqətlə və inadcıllıqla müdafiə elə. Özü də acı sözlərin səni incitdiyini göstərməyə çəkinmə. Qadın üçün mübahisə zəminində öz həyəcanını nümayiş elətdirən kişi kişilərin ən yaxşısıdır. Və sən həmişə qalib gələcəksən.
Xanımınla mübahisəni müəyyən qədər şəkkaklıqla qəbul elə, yadda saxla ki, sən arvadının inanmaq istədiyinə inanmağına imkan versən, həmişə qalib gələ bilərsən. Onun fikrini mübahisənin ilk saniyələrində anlaya bilərsən. Kişilərin səhvi odur ki onlar mübahisədə ancaq qalib gəlmək istəyirlər və ortaya nəyin qoyulmasından asılı omayaraq udmaq üçün hər şeyə qadirdilər. Unutma ki insana təbiət tərəfindən inandığını müdafiə etmək qabiliyyəti verilib, binası belə qoyulub.

Lap axırda. Kişi nə qədər xanımı ilə mehriban davransa, yola getsə, vaxtını birgə keçirsə, xoş sürpizlərə, gözlənilməzliklərə vaxt ayırsa, onun mübahisə eləməyə vaxtı qalmaz. Unutma, D diski, "Futbol" papkası. Bilmək olmaz, bəlkə sən də kiməsə mesaj göndərməli oldun. Amma bilmirəm o vaxt bunun forması necə olacaq. Əsas odur ki, qadınlar bineyi-qədimdən belədirlər...
ogtaysalamov@rambler.ru
ogtaysalamov@rambler.ru
Комментариев нет:
Отправить комментарий