Страницы

24.09.2011

Prezident Aparatında nurçuların himayədarı kim imiş?


Administrasiyanın "nur"lu simasının cizgiləri


“Azadlıq” qəzetinin artıq “sabiq” deyə biləcəyimiz köşə yazarı Elnur Astanbəylinin çalışdığı nəşrdə yayınlanmayan yazısında mənfi məqsədlə adı çəkilən şəxslərdən biri də Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov idi. Əgər xatırlayırsınızsa, hələ bir neçə il bundan öncə o zaman AXCP Gənclər Komitəsinin sədri olan, hazırda isə “Azadlıq” qəzetinın çapına məsul edilmiş Seymur Həziyevin Elnur Aslanova elektron məktubu üzə çıxmışdı. Həmin məktubda Seymur Həziyev Prezident Aparatında çalışan Aslanovu AXCP daxili durumla bağlı məlumatlandırırdı.  Bu isə cəbhəçilər arasında Seymur Həziyevin “hakimiyyətin böcəyi” olmasına inam yaratmaqla bərabər, Elnur Aslanovun müxalifət daxilində şəbəkə qurmasından xəbər verirdi.
Elnur Astanbəylinin yayınlanmayan məqaləsindən sonra Google-də axtarış apardıq və məlum oldu ki, Prezident Administrasiyasının digər şöbə müdirlərindən fərqli olaraq müxalifət mətbuatı Elnur Aslanov haqqında “pis” heç nə yazmır. Burada qəribəlik axtarmamaq olardı. Amma nəzərə alanda ki, gənc şöbə müdiri bloqlarda və sosial şəbəkələrdə aktivlik edir, müsahibə və açıqlamalarını təbliğ edir, effektiv fotolar çəkdirərək yayır, Elnur Aslanovun öz imicinin qayğısına qaldığı və bunun üçün müxalif mətbuatla da “işlədiyi” barədə təsəvvür yaranır. Bu isə Elnur Aslanovun saraydaxili iddiaları ilə yanaşı, onun ierarxiyadakı mövqelərinin güclənməsində maraqlı olan dairələrin varlığından xəbər verir.
Elnur Aslanov kimdir?
Bu suala, adətən, ilk növbədə “Rəbiyyət Aslanovanın oğlu” cavabı verilir. Rəbiyyət Aslanova Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın adamlarından biri hesab edilir. Odur ki, oğlunun 1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyasının qərargahında, ondan sonrakı dörd il ərzində PA-nın ictimai-siyasi şöbəsində və daha bir müddət Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmasında Rəbiyyət xanımın böyük rolu var. 2008-ci ildə Prezident Aparatında yeni şöbə yaradılıb və həmin quruma müdir Elnur Aslanov təyin edilib.  Lakin PA-nın strukturuna baxanda “siyasi təhlil və informasiya təminatı şöbəsi” kifayət qədər qurama təsir bağışlayır və ictimai-siyasi şöbənin mövcudluğu şəraitində xüsusi funksiyaları qeyri-müəyyən görünür.  Bu şöbə yaradılanacan Aparatda siyasi təhlil sektoru fəaliyyət göstərirdi və həmin sektora Fuad Axundov rəhbərlik edirdi. Fuad Axundov eyni zamanda «Rəy» Sorğu Mərkəzinin və «Region+» jurnalının qeyri-rəsmi sahibi idi.  Elnur Aslanova şöbə yaradılması hər kəsdən qabaq Fuad Axundovu arxa plana keçirdi. Elnur Aslanov “İrəli” Gənclər Hərəkatının formalaşmasında, müxtəlif sayt və agentliklərin yaradılmasında rol aldı və bu departament faktiki olaraq Əli Həsənovun rəhbərlik etdiyi ictimai-siyasi şöbəyə alternativ bir quruma çevrildi.
Əlbəttə, Əli Həsənov kifayət qədər savadlı və təcrübəli fiqurdur, xalqın içindən çıxıb, Elnur Aslanovdan fərqli olaraq, hakim elitada sırf öz zəhmətinə, bacarığına və Heydər Əliyevin tərəfdarı kimi uzun illər ərzində xidmətlərinə görə post tutub- onu Elnur Aslanovla heç bir baxımdan müqayisə etmək olmaz.  
1977- ci ildə anadan olmuş Elnur Aslanovun müsahibə və açıqlamalarını təhlil edəndə isə onun heç də samballı siyasi analitik olmadığı üzə çıxır. Standart cümlələr xaricində Elnur Aslanov hakimiyyətin ümumi balansına dvident gətirən açıqlamalar verə bilmir, misal üçün, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, yaxud İctimai Palatanın fəalı Qaya Əliyev kimi gənc müxaliflərlə açıq debatlarda iqtidarın üzünü qaraldacaq potensialdadır. Bundan başqa, PA-nın rəhbəri Ramiz Mehdiyev ölkənin aktual problemləri ilə bağlı dəfələrlə geniş təhlili yazılarla çıxış etdiyi halda, onun şöbə müdiri bir dəfə də olsun samballı analizin altına imza qoymayıb. Deyilənə görə, 2010-ci ildəki parlament seçkilərində hakimiyyətin informasiya siyasətinin icrası məhz ona tapşırılıb. Bu məqsədlə yaradılan mərkəzə böyük pullar ayrılmasına və Elnur Aslanovun adaşı Elnur Baimov kimi informasiya sahəsində çalışan təcrübəli şəxsləri işə cəlb etməsinə baxmayaraq, o, tapşırığın öhdəsindən layiqincə gəlməyib. Bunun müqabilində danlanması isə öz qurumunu ictimai-siyasi şöbə ilə birləşdirərək Ramiz Mehdiyevdən sonra PA-da ikinci adam görüntüsü yaratmaq iddiasında olan Elnur Aslanovu pəjmürdə edib. Ümumən isə, Elnur Aslanov zaman-zaman Rusiyadakı işgüzar toplantılara qatılır və deyilənə görə orada gələcəkdə hətta Ramiz Mehdiyevi əvəz edə biləcək “perspektivli fiqur” kimi qarşılanır.
ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi teleqramları yayan “Wikileaks” saytındakı bilgilərdə isə Elnur Aslanov “PA-nın “ehtiyyatla yuxarı qalxan” və “birbaşa Ramiz Mehdiyevə raport verən”  “gənc siması” olaraq qələmə verilir və Türkiyədən Azərbaycana təriqət ixrac edən Fətullah Gülən camaatının Azərbaycan hökumətindəki təəssübkeşi, araçısı sayılır.
Onun anası Rəbiyyət Aslanova həm də Bakı Dövlət Universitetinin fəlsəfə müəlliməsi olmasına baxmayaraq, müxtəlif televiziya proqramlarında islamı müdafiə edir və “əsl islam”ın fərqli olduğunu vurğulayır. Xanım millət vəkili Azərbaycanda islam dinini və onun daşıyıcılarını ötən əsrin əvvəllərində nəşr etdiyi “Molla Nəsrəddin” jurnalında  kəskin tənqid etmiş ustad Mirzə Cəlili aşağılayan bəyanatların da müəllifidir. Eyni səbəblərə görə Elnur Aslanovun “harada müsəlman görürəm, qorxuram” deyən məşhur Azərbaycan satiriki Mirzə Ələkbər Sabirə (1862-1911) nifrət etdiyi də söylənilir.
Elnur Aslanovla bağlı maraqlı məqamlardan biri də onun Facebook səhifəsini təzəlikcə qapatmasıdır. Hakim partiyanın öz fəallarına sosial şəbəkələrdə fəal olmağı tapşırdığı, prezident İlham Əliyevin, ona müxalif partiyaların sədrlərinin, millət vəkillərinin yeni media texnologiyarından istifadəyə başladığı bir ərəfədə bu addım, heç şübhəsiz, səbəbsiz deyil. Müşahidəçilərin sözlərinə görə, Elnur Aslanov ramazan bayramı günlərində dini hisslərini boğa bilməyərək Facebook-da status yazıb və sonradan bu mesajın Türkiyədən, İrandan, Səudiyyə Ərəbistanından Azərbaycana ixrac olunan dini irticaya qarşı savaşan prezident İlham Əliyevin siyasətinə zidd dəyərləndiriləcəyindən qorxaraq hesabını birdəfəlik bağlayıb.
axar.az

Комментариев нет:

Отправить комментарий