Страницы

17.09.2011

Urmiya gölü, yoxsa milli varlıq?


Sayman Aruz

Urmiya gölünün 102 adası var. YUNESKO təşkilatı tərəfindən bütün bu adalar dünyanın təbii qoruqları kimi qeydiyyata alınıb. Bundan əlavə Azərbaycan İranda kənd təsərrüfatı və maldarlığın mərkəzi də hesab olunur. Urmiya gölünün quruması ilə Azərbaycandakı kənd təsərrüfatı əraziləri şoranlıq torpaqlara çevriləcək. Sonda kartof, buğda və ət məhsulları kimi yeyinti məhsullarının istehsalı da mümkün olmayacaq və Azərbaycan yeyinti məhsullarının istehsalçısından istehlakçısına çevriləcək. Aydın məsələdir ki, bu da dünya bazarında yeyinti məhsullarının keyfiyyət və qiymətinə mənfi təsir göstərəcək. Bundan başqa Azərbaycan ərazisinin şoranlaşması ilə təqribən 14 milyon nəfər əhali də buranı tərk etməli olacaq. Bu əhalinin əksəriyyəti İranın digər ərazilərinə gedəcəklər, amma eyni zamanda bir hissə əhali də qonşu ölkələrə, daha yaxşı halda isə Avropa ölkələrinə, Amerika, Kanada və Avstraliyaya gedəcəklər. Elə buna görə də bir çox ekspertin fikrincə, Urmiya gölünün quruması İranın daxili işi deyil, əksinə mahiyyət etibarı ilə beynəlxalq problemdir. İran daxilində də Urmiya gölü öz adaları ilə, kənd təsərrüfatı torpaqları və maldarlığı ilə milli və təbii sərvət hesab olunur. İran İslam Respublikasının Konstitusiyasına əsasən, dövlət onu qorumağı (müdafiəni) öz öhdəçiliyinə götürmüşdür. Respublika Konstitusiyasının 50-ci maddəsi belə tələb edir ki, “İslam Respublikasında bugünkü və gələcək nəsillərin sosial həyatının inkişaf etməli olduğu ətraf mühiti qorumaq ümumi vəzifə hesab olunur.” Buna görə də ətraf mühitin çirklənməsi ilə və ya onun bərpa olunmaz zərər vuracaq iqtisadi və digər fəaliyyətlər qadağandır.” Konstitusiyanın 50-ci maddəsinə əsasən, ətraf mühiti qorumaq üçün dövlət orqanı (idarə) hesab olunan Mühafizə Təşkilatı yaradılmışdır. Həmin təşkilatın əsas vəzifəsi İranda ətraf mühitin çirklənmə və məhv olmaqdan (dağılma) qorumaqdır.

Niyə mərkəzi hökumət öz hüquqi öhdəliklərini və vəzifələrini icra etmir?
Konfutsi deyir: “siyasətçilərin sözlərinə qulaq asın, amma onların fəaliyyətlərinə (əməllərinə) əsasən, hökm verin.” Əgər fəaliyyət (əməl) hökm üçün meyar idisə, həm Pəhləvi rejimində, həm də İslam hökuməti zamanı Azərbaycanla bağlı mərkəzi hökumətlər məcburi miqrasiya siyasətini həyata keçirmişlər. Bu mövzunu daha yaxşı başa düşmək üçün bir az keçmişə qayıtmalıyıq. Rza Mirpənc hərbi çevrilişdən və Pəhləvi rejimi yaradıldıqdan sonra fars millətini nümunə edərək “Millətlərin assimilyasiya (bir xalqın mədəniyyətinə, yaşayışına, dilinə və s. təsir etmək yolu ilə onu özünə oxşatmaq) edilməsi layihəsini” İranda praktiki olaraq həyata keçirdi və İran milləti adlı xalq yarandı. Azərbaycanda 1945-ci ildə Pişəvərinin rəhbərliyi altında milli hökumətin yaradılması Pəhləvi rejimini həddən artıq qorxuya saldı. Çünki Azərbaycan geniş ərazisi və çoxlu sayda əhalisi ilə faktiki olaraq, mərkəzi hökumətin rəsmiləşməsi və İranın ərazi bütövlüyü üçün ciddi təhlükə hesab olunurdu. Bu məqsədlə azərbaycanlıların farsların məskunlaşdığı əraziyə köçürülməsi (miqrasiyası) Pəhləvi rejiminin strateji siyasətinə çevrildi. Çünki azərbaycanlıların kütləvi şəkildə başqa ərazilərə köçürülməsi də onların mərkəzi hökumət üçün təhlükəsini nisbətən azaldırdı. Başqa sözlə, onların yerdəyişməsi xüsusilə onların övladlarını fars xalqı ilə əhatə etdirir. Əlbəttə İranda Pəhləvi rejimi bu siyasəti Stalindən təqlid edirdi. Stalin keçmiş şurada 6 milyondan çox əhalini miqrasiyaya məcbur etmişdir. Bu metodla rusların məskunlaşmadığı bəzi ərazilərdə Kommunist partiyasının idarə olunmasını artırdı. Təəssüflər olsun ki, İslam hökumətində də azərbaycanlıların başqa ərazilərə köçürülməsi İslam dövlətinin strateji siyasətinə çevrilib. Nəticə etibarı ilə milyonlarla azərbaycanlı tədricən Azərbaycanı tərk etmişlər. 1991-ci ildə Şimali Azərbaycan müstəqil ölkə kimi BMT-nin üzvlüyünə qəbul olundu. Cənubi Azərbaycanda eyniləşdirmə hərəkatı da qısa vaxt ərzində yüksək inkişaf etmişdir. Bu hadisələrin baş verməsi Azərbaycan ərazilərini şoranlıq torpaqlara çevrilməsinə səbəb oldu və milyonlarla azərbaycanlının məcburi köçürülməsi (miqrasiya) rejimin gündəliyində yerləşdirildi. Bu məqsədə nail olmaq üçün Urmiya gölünə tökülən 30-a yaxın çayın qarşısında sədd (bənd) tikildi. Hamı da çox gözəl bilir ki, əgər gölə tökülən çayın qarşısı kəsilərsə, həmin göl quruyacaq. Beləliklə, İran rejimi Urmiya gölünün ehtiyacı olan suyun qarşısını kəsməklə qəsdən onun qurumasına bais olur. Əslində rejim Urmiya gölünü qurutmaqla müstəmləkəçilik siyasətini yekun mərhələyə daxil etmişdir. Urmiya gölünün qurudulmasını Azərbaycanın başına sıxılan xilas gülləsinə bənzətmək olar.

İran rejimi Urmiya gölünü qurutmaqla aşağıdakı məqsədlərinə çatacaq.
  1. Urmiya gölünün quruması ilə bir neçə milyon ton duzu külək əsərək Azərbaycan ərazisinə yayacaq və Azərbaycan şoranlığa çevriləcək.
  2. Bəzi ekspertlərin fikrincə, Urmiya gölünün quruması ilə duzla yanaşı insanların sağlamlığı üçün zərərli olan bəzi kimyəvi maddələr də Azərbaycan ərazisində yayılacaq. Azərbaycanlı uşaqların bəzilərinin əlil olaraq dünyaya gələcəyi də ehtimal olunur.
  3. Urmiya gölü Azərbaycanda hava temperaturunun mülayim olmasına səbəb olur. Urmiya gölünün quruması ilə Azərbaycan hava temperaturu baxımından səhraya çevriləcək. Gecələr hava çox soyuq, gündüzlər isə çox isti olacaq. Hava temperaturunun istiləşməsindən başqa Azərbaycandakı şirin su mənbələrinə də mənfi təsir göstərəcək.
  4. Hər il xarici ölkələrdən və İranın başqa ərazilərindən Urmiya gölünü görmək üçün Azərbaycana səyahət edirlər. Əslində Urmiya gölü turistik stimul baxımından mühüm rol oynayır və buna görə də hotellər (qonaq evi), restoranlar və nəqliyyat sahəsində çoxlu sayda iş və gəlir mənbələri yaranır. Təbiidir ki, Urmiya gölünün quruması ilə Azərbaycan turistik baxımından əlverişliliyini itirəcək və işsizlik çoxalacaq. 
  5. Siyasi ekspertlərin fikrincə, Urmiya gölünün quruması ilə tədricən və sistematik formada azərbaycanlılar Xuzistan, Lorestan, Sistan və Bəlucestan kimi vilayətlərdə məskunlaşacaqlar. Milyonlarla azərbaycanlının pərakəndə şəkildə müxtəlif ərazilərə miqrasiyası azərbaycanlıların mərkəzi dövlətə qarşı təhlükəsini tədricən azaldır. Başqa tərəfdən miqrasiya etmiş azərbaycanlılarla ərəb, bəluc və lorlar kimi yerli əhali arasında ziddiyyət və qarşıdurma yaradaraq onlar üzərində daha yaxşı idarəetməyə malik olacaq.
İran rejiminin vədələrinə inanmaq olarmı?
Rejim Urmiya gölü ilə bağlı öz xoş niyyətini sübut etmək üçün hər şeydən öncə Urmiya gölünə tökülən suların qarşısındakı sədləri (bənd) açsın və bu üsulla gölü xilas etsin. Sonrakı mərhələdə beynəlxalq, həmçinin alman ekspertlərinə Azərbaycana səfər etməyə icazə versin, iranlı ekspertlərinin əməkdaşlığı ilə Urmiya gölünün uzun müddətli xilası üçün müəyyən bir layihə təklif etsin. Amma İran rejimi bu işin əksini edir. İran rejimi Urmiya gölünə tökülən suların qarşısındakı sədləri (bənd) açmaqdan imtina edir, beynəlxalq ekspertlərin bəyanatlarını İslam hökumətinə qarşı birtərəfli və qəsdən olan təkəbbür hesab edir. Bu cür rəftar aydın şəkildə göstərir ki, rejimin məqsədi Urmiya gölünü qurutmaqdır və bu məqsədinə nail olmaq üçün şallaq və ikili standartlar siyasətindən faydalanır. Başqa tərəfdən Urmiya və Təbriz şəhərlərində yaşayan əhali etirazlara əl atırlar. Millətçilər və cinayətkarlar çoxlu sayda insanın tutulduğunu, yaralandığını, hətta qətlə yetirildiyini göstərir. Digər tərəfdən ətraf mühiti qoruyan təşkilatın direktoru Urmiya gölünü dirçəltmək üçün 950 milyon tümən maliyyələşdirilmişdir. Əslində İran rejimi şallaq və ikili standartlar siyasəti ilə Azərbaycandakı ümumi düşüncələri nəzarət altında saxlamağa çalışır. Bu metodla əhalinin etiraz dalğasını yatırmağa (azaltmağa) çalışır, zaman keçdikcə əhalinin Urmiya gölünün qurumasına qarşı həssaslığını azaldacaq və onu təbii fəlakət kimi qəbul edəcəklər. Amma əhali rejimin vədələrinin yerinə öz tarixini müdafiə etməyə çalışırlar. İranda “yarımçıq layihələr” adlı problemlər var. Layihələrin əksəriyyəti icra olunmaq üçün dövlət tərəfindən qəbul olunmuş və hətta onu reallaşması üçün müəyyən məbləğ də nəzərdə tutulmuşdur. Lakin bu layihələrin reallaşması 10 (on) il boyu uzana bilər. Məsələn, Urmiya gölünü ortasından çəkilmiş yol çəkilməsi 30 (otuz) ildir ki, davam edir. Amma dövlətin vədələrin inanmaq axmaqlıqdan başqa bir şey deyil. 

Комментариев нет:

Отправить комментарий