Страницы

29.10.2011

11 sentyabrdan sonrakı çöküş


Hüsamə bin Sərxan
Qarazəncir Antimason Lojası                  

ABŞ-da büdcə kəsri bir trilyon 400 milyard dollar, borc həcmi 14 trilyon dollara və işsizlik səviyyəsi 9 faizə qalxıb

 2001-ci ildə baş verən 11 sentyabr hadisələri o dərəcədə təsirli idi ki, Amerika tarixini bu hadisələrdən qabaq və sonrakı dövrlərə bölmək mümkündür. Corc Buş və Barak Obama kimi şəxsiyyətlər partiya mənsubiyyətlərini əsas tutaraq Birləşmiş Ştatların bu hadisələrdən sonra gücləndiyini iddia edirlər. Lakin müxtəlif göstəricilər bunun əksini sübut edir.

2001-ci ilə 11 sentyabr hadisələrinə qədər Amerikalılar ölkələrinin radikalizm adlandırdıqları təhlükə qarşısında etibarlı sistemə malik olduğuna inanırdılar. Amma Nyu-Yorkda qoşa ticarət qülləsinin hədəfə alınması Amerikanın xarici hücumlardan sığortalanması fikri tamamilə dağıldı. ABŞ-ın qurulmasından 230 il sonra Daxili Təhlükəsizlik Nazirliyinin təsis edilməsi göstərdi ki, mövcud imkanlarla ABŞ-da təhlükəsizliyin bərqərarı qeyri mümkündür.
 Təhlükə qorxusu amerikalıların canına elə vəlvələ saldı ki, konstitusiyanın üsulları və sivil azadlıqlar ayaq altına salında və ölkədə polis təhlükəsizlik atmosferi bərqərar oldu.
 İqtisadi cəhətdən isə 11 sentyabrdan qabaq və sonrakı Amerika arasında kəskin fərqlər var. 2000-ci ilədək ABŞ beynəlxalq iqtisadiyyatda birliyini qoruyurdu və dünyanın ən güclü iqtisadiyyatı hesab olunurdu. O zaman ABŞ-ın dövlət xəzinəsində 300 milyard dollar əlavə büdcə yığılmışdı və ölkənin ümumi borclarının həcmi 6 trilyon dollara çıxmırdı. İşsizlik səviyyəsi 4 faizi idi. Hazırda isə 10 ildən sonra büdcə kəsri bir trilyon 400 milyard dollar, borc həcmi 14 trilyon dollara və işsizlik səviyyəsi 9 faizə qalxıb. Amerika 11 sentyabr hadisələrindin 10 il sonra müflislik vəziyyətinə yaxınlaşıb. Təbii ki ABŞ-da iqtisadi durumun ağır olmasının səbəblərindin biri 11 sentyabr hadisələrinin səbəbkarlarından qisas almaq bəhanəsi ilə aparılan müharibələrdir. Rəsmi statistikalara görə, Əfqanıstan və İraq müharibələrinin xərci bir trilyon dolları aşmışdır və qeyri-rəsmi statistikalar müharibənin kənar xərclərini nəzərə almaqla bu rəqəm 3 trilyon dollardır. Bu pullar elə bir şəraitdə amerikalı vergi ödəyənlərin cibindən xərclənib ki, ölkənin iqtisadi vəziyyəti ağırlaşmaqla bərabər Yaxın Şərqdə Birləşmiş Ştatlar öz nüfuzunu bütövlükdə itirmişdir. Xalq etirazları fonunda elə bir Yaxın Şərq formalaşıb ki, asılı rejimlər bir-bir hakimiyyətdən gedir və antiqlobalist oyanış öz bəhrəsini verməkdədir. Bununla bahəm Əfqanıstan və İraq müharibələri özünü dünyanın yeganə fövqəlgüc sayan Amerikaya qələbə qazandırmadı.
 Bütün bunlara görə 11 sentyabr hadisələrindin sonrakı Amerika həddən artıq sarsılmış, zəifləşmiş və ümidsizliyə qapılmış bir dövlətdir.

Комментариев нет:

Отправить комментарий