Страницы

15.10.2011

200 yaşı olan yarımçıq əlyazma 1.6 milyon dollara satılıb


XIX əsrdə yaşayan məşhur ingilis yazıçısı Jane Austenin bir əlyazması açıq satışda 1 milyon 600 min dollara satılıb. “Sotheby” əlyazmaların qiraət evinin açıqlamasına görə, “The Watsons” adlı roman dəyərinə görə əvvəlcədən təxmin olunmuş qiymətin ikiqatına alıcı tapıb.
Qeyd edək ki, 1804-cü idə yazıldığı təxmin edilən və dörd bacının özündən razılığını canlandıran əsəri Austen tam bitirə bilməyib.
Xatırladaq ki, 1817-ci ildə 41 yaşında vəfat edən Jane Austenin cəmi altı kitabı tam olaraq oxuculara təqdim olunub.

Комментариев нет:

Отправить комментарий