Страницы

21.10.2011

AİLƏ MİLLƏTİN SƏNGƏRİDİR


İlahə Ucaruh

Bu gun Azərbaycan ailələrində  böyüyən uşaqlarımıza  Güneyimizdə şovinist islam-fars rejimi ilə, Quzeyimizdə isə antidemokratik durumla gedən milli savaşın davamçıları kimi baxılmalıdır. Bilməliyik ki,  güclü və zalım yağılara sinə gərmək elə də asan və tez başa gəlməyəcək, gələ də bilməz. Bir neçə əsrin və nəslin  işi, amalıdır azadlıq, milli xoşbəxtlik.

 Ermənilərin, yəhudilərin dünya siyasi səhnəsində  qazandıqları uğurlar Ermənistandan, Israildən çox  uzaqlarda yaşayan soydashlarının ardıcıl olaraq  bir neçə millətçi nəsil yetişdirə bilmələrinin nəticəsidir. Yəhudi və ermənilərin uzun zaman milli dövlətləri olmaması səbəbiylə onlar  əsrlər boyu tarixi savaşlara o qədər də qatılmamışlar. Qatılmadıqları üçün də   aralarındakı passionar enerji daşıyan insan resurslarını təbii nəsil artırma yoluyla sağlaya bilmişlər. Bizdə isə durum, nə yazıq ki,  tamam əksinədir.
İçəridə -- Güneyli, Quzeyli Azərbaycanımızda güclü gənc millətçilər əksər hallarda fiziki cəhətdən  məhv edilir. Bu da  milli düşüncə daşıyan  döyüşçü insan geninin sahibinə nəsl artirmasına  yol verməmək deməkdir.
Milli dərdə dərman tapmanın çarəsi  uzaq demokratik ölkələrə köçmək imkanlarını yaxalayanlara qalır. İndi insan haqlarını sözdə yox, gerçəkdən də müdafiə edən gəlişmiş ölkələrdə yaşayan bizlər  millətimizin səngəri olmalıyıq. Səngər – döyüşə atılma üçün uyğun məqamı gözləmək məkanıdır!
 Dünyanın hər tərəfində məskunlaşmış soydaşlarımızın hansı keyfiyyətdə uşaq böyütmələrindən asılı olacaqdır gələcəyimiz. Azərbaycanın xoşbəxtliyi  uğrunda başlanılan çalışmalar nəsillərin təbii dəyişilməsi səbəbiylə qarşıdakı onilliklərdə, yüzilliklərdə soykökünü sevən  evladlarımıza  tapşırılası olacaq. Bu müqəddəs amalımızı  elə bax bu günlər  evlərimizdə yetişdirdiyimiz balalarımıza miras qoymasaq, onları Amerikanın, Avropanın  parlamentlərində oturmağa və digər  mötəbər vəzifələrdə çalışmağa yüksəltməsək, onlara indi milli  təlim-tərbiyə verməsək, gələcəkdə həmişəki kimi yenə də uduzacağıq... Çünkü bir milli davanın  mənəvi dəstəyindən savayı maddi və  maliyə dəstəyi olmalıdır, olmazsa -- onda bu dava indi də görmədiyi kimi, sabah da, 10, 30 ildən sonra da güclü dünya dövlətlərinin  siyasi dəstəyini  görməyəcək.
Avropada yaşadığım illərdə müşayət etdiyim acınacaqlı hal odur ki, bir yığıncaqda, qonaqlıqda milli məsələləri müzakirə edən valideynlər bir qayda olaraq  balalarına qonşu otaqda oturmalarını, ciddi söhbətlərə mane olmamalarını tapşırırlar. Balaca qonaqlar da ev yiyəsinin evladlarına qoşulub   darıxmamaq üçün  kompyuter oyunlarıyla, ya da televiziyaya baxmaqla vaxtlarını keçirirlər. Bir pedaqoq kimi deyə bilərəm ki, bu yanlış yanaşmadır.  Artıq psixoloq alimlər sübuta yetirib ki, insan beyni istənilən məlumatı yalnız şüur vasitəsiylə deyil, həm də qeyri-şüuri yolla alır. Belə ki, adam bir söhbəti diqqətlə dinləməsə də, eşitdiyi səslər, cümlələr, bilgilər dirək beynin dərin qatlarında ilişib qalır, sonralar isə aktiv şüur qatına  keçə bilir.
Evladlarımızı millətin aktual problemlərini dinləməkdən məhrum eləməklə iki önəmli şeyi əldən veririk.
Birinci, dil məsələsini. Çağdaş dilçilik elmi  dil öyrənmənin, dil tədrisinin ən rahat yolunu qeyri-şüuri  təlim metodunda gördüyü zaman, bizim  qonaqpərvər qardaş-bacılarımız, qəsdən də olmasa, yurdumuzdan  uzaqlarda döğulan balaları ana dilimizi dinləməkdən məhrum edirlər. Elə bu səbəbdən də xaricdə yaşayan əziz uşaqlarımız Azərbaycan türkcəsində zəif danışır, kəlmələri pis anlayır, yazmaqdan isə  heç danışmıram...
Azərbaycandan kənarda qalan ailələrdə danışıq ana dilinin davamlı və dolğun  işlənməməsi sorunu da var. Bakida rus dilinə, Təbriz və Tehranda isə fars dilinə meyl edənlər xaricdə yaşayanda da o xarici ölkənin dilini sevməyə başlar, o dili evin içində də işə tutar...   
İkinci məsələ, millətçi valideynlərin hərdən bir araya gəlib söhbət eləməsi, siyasi, elmi   və s. yeniliklərlə bir-biriylə bölüşməsi yeniyetmə evladlarının yanında olarsa (islam rejiminin millətçilərə işgəncəvermə səhnələrini  dilə gətirməmək şərtiylə),  o zaman uşaqlar doğma ata-analarının  hansı idealın arxasında getdiyini, hansı amal uğrunda çarpışdığının fərqində olar və o da bu istiqamətdə düşünməyə başlar. Xasiyətin, prinsiplərin  formalaşdığı bu həssas çağda yeniyetmə insanın milli  məclislərdə passiv də olsa iştirak etməsi, passiv də olsa gedən söhbətləri dinləməsi gələcəkdə ikiqat bəhrəsini verər – dil və amal sağlanar, qorunar.  Əks halda nəsillər arasında fikir zənciri qırılmış olacaq...    
Bizlər  millətimizin səngəri olmalıyıq. Səngər – döyüşə atılma üçün uyğun məqamı gözləmək məkanıdır!

Комментариев нет:

Отправить комментарий