Страницы

08.10.2011

Amerika sionistlərin mənafeyinə qulluq edir

Barak Obama va Benyamin Netanyaho ba vejheye narahatYaxın Şərqin siyasi cəhətdən ani oyanışının ardınca qalxan xalq qiyamları illər uzunu Amerika və Qərb ölkləri tərəfindən dəstəklənən diktatorları paradoks sözlər danışmağa vadar etdi. Bunun əsas səbəbi isə Amerika başda olmaqla Qərb ölkələrinin Yaxın Şərqdə baş verən hadisələrdə dalana dirənməsidir.
Amerika son bir neçə on ildə dünyada yenilməz bir qüdrət kimi regionda baş verən siyasi hadisələri öz mənafeyinə uyğun yönləndirməyə, saxta İsrail rejiminə qanunilik verməyə çalışırdı. Amma 1979-cu ildə İranda İslam İnqilabı, daha sonra isə 2000-ci ildə sionist rejimin Livandan qovulması onları daha da fiyaskoya uğratdı. Buş dövləti Əfqanıstan və İraqa hücum etməklə Amerikanın Yaxın Şərqdə olan uçuruma yuvarlanmasının az olsa qarşısını ala bildi. Bunun əsasında da Böyük Yaxın Şərq iddiasından Yeni Yaxın Şərqə doqru meylləndi. Lakin ABŞ-ın hərbi mövqeyi gözlənilən nəticənivermədi. Əfqanıstan və İraqa hücumu region xalqlarında ona qarşı nifrətin daha da çoxalmasına səbəb oldu. Onların hegemoniya siyasətindən mənşələnən xalq etirazları təkcə Amerikaya aid edilmirdi. Əslində bu nifrət Amerika və ona tabe olan və olmayan bütün qüdrətləri əhatə edirdi. Ona görə də diktatorların zülmündən cana yığılmış etiraz selinin yolunu dəyişmək fikrinə düşdü. Təbiidir ki, bu qiyam və üsyanlar sionist İsrail rejiminə də mənfi təsir göstərdi. Amerika, Avropa və diktator ərəblərin himayəsi ilə ürəyi istəyən hər bir zülmü fələstinlilərin üzərində icra etdi. Hətta fələstinlilərin ehtimali reaksiyası haqda belə düşünmədi. Nəhayət Şimali Afrika və Yaxın Şərq xalq qiyamlarına bürünməsi sionist rejimi çıxılmaz vəziyyətə saldı. Bu rejim başçıları yenə də Avropa və Amerikadan dəstək gözlədi. Binyamin Netanyahu bu əsnada İngiltərə, Fransa, daha sonra isə Amerikaya yollandı. O, London və Parisdə İngiltərə və Fransa dövlətlərinin dəstəyini qazana bilmədi və onlara Fələstin dövlətinin rəsmi tanınmasında öz nəzərlərini təlqin etməyi bacarmadı. Fransa və İngiltərə Yaxın Şərqdəki siyasi atmosferə əsasən, öz siyasətlərini vəziyyətə uyğun dəyişmək məcburiyətində qaldılar. Onlar elə bu səbəbdən Fələstin dövlətinin rəsmi tanınması haqda araşdırma aparmağa başladılar. Amma bu araşdırmanı qəbul etmək belə Binyamin Netanyahonu narahat edirdi.
Sionist rejimin baş naziri Vaşinqtonda da Barak Obamadan yeni sözlər eşitdi. Obama İsraildən şəhərsalmanın dayandırılmasını, fələstinlilərlə müzakirəyə qalxıb 1967-ci il sərhədlərinə qayıtmasını istədi. ABŞ prezidentinin bu sözləri Binyamin Netanyaho və Amerikanın sioniszmi himayə edən bütün siyasi qüvvələr və medialarının qəzəbini qazandı. Masaçust ştatının keçmiş komandanı və görkəmli resbulblikaçı Mit Ramni dedi: Obama bu sözləri ilə əslində İsraili avtobus çarxının altına atdı. Hətta tərəflər arasında müzakirədən əvvəl fələstinlilərə bir şans qazandırdı.
Assosiated Pressə müsahibə verən Mit Ramni deyib: Öz müttəfiqi tərəfindən ilqa edilmiş müzakirə maddəsini qəbul etmək Amerika və İsrail üçün alçaqlığı qəbul etmək deməkdir. Halbuki bu ölkələr sülh məsələsində Fələstinin istəyinə cavab verməmək məqsədi haqda fikirləşməlidir.
Lobbilərin Amerikadakı keçmiş nümayəndəsi Nyut Qinqriç bu barədə fikir bildirib: Bu çıxış bu günə qədər İsrailin mühafizəsi istiqamətində Amerika prezidentlərinin ən təhlükəli çıxışı idi.
Barak Obamanın 1967-ci il sərhədləri haqda İsrailə bu yolu göstərmə mövqeyi sionist rejim mətbuatında da rezonans doğurub. Yədiut Aharnut qəzeti yazır: Barak Obama 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin yaranmasını istəməsi Netanyahunun sərt müxalifəti ilə üzləşdi. Bu qəzet ABŞ prezidentinin sözlərini analiz edən bu qəzet “Üz-üzə” başlıqlı məqalədə yazır: Barak Obamanın bu sözlərinə Netanyaho hazır deyildi. Onun yaxınları Obamanın bu çıxışından şok vəziyyətinə düşmüş, sözü həzm etmədikləri üçün reaksiyalarının qarşısını ala bilmədilər.
Mearyo qəzeti isə bu xüsusda çap etdiyi məqalədə yazır: Netanyahu bundan sonra Barak Obamanın yenidən seçilməsi üçün daha heç bir iş görməyəcək.
Barak Obama da çıxışından 4 gün sonra Vaşinqtonda İPAK konfransında tutduğu mövqedən geri çəkilməyə çalışdı. O, bu konfransda iştirak edənlərə xitabən deyib: Bir daha vurğulamaq istəyirəm. 1967-ci il sərhədlər və onun dəyişdirilməsinin mənasının nə olduğunu açıqlamaq istəyirəm: İsrail və fələstinlilər özü bu barədə müzakirə edəcək, 1967-ci il sərhədlərinin təyini haqda razılığa gələcəklər. Müzakirədə təyin olunacaq sərhər 1967-ci il iyunun 4-də təyin edilmiş sərhədlərlə tam fərqlidir. Mənim nəzərdə tutduğum razılıq budur.
Obamanın çıxışının mənası bundan ibarətdir ki, hətta Ağ Ev və Tel Əviv tərəfindən qəbul edilmiş qərarlar belə dəyərsiz bir qərardır. Beləliklə də Fələstin ərazisinin yalnız 2%-i fələstinlilərə aid olacaq, Fələstin dövləti də sadəcə torpaqlarının onda birinə hakim ola biləcək.
Obama mövqeyinin dəyişməsi reaksiyalar doğurdu. İsrail xarici işlər nazirliyi isə onun bu mövqeyini alqışlayaraq dedi: Obama sözlərinin pis məna daşıdığına, anlaşılmazlığa səbəb olduğunu anladı. Obama İsrail və Amerika arasında qırılmaz bağların olduğuna inanır. ABŞ-ın İsrailə verdiyi söz əyilməz polad kimi olacaq.
Amerikanın Səsi radiosu da Obamanın mövqeyindən geri çəkilməsi haqda deyib: Obamanın yeni çıxışından dərhal sonra İsrail qəzəblərini cilovlaya bilmədi. Amma sonra Obama bir anlaşılmazlıq qarşıya çıxdığını etiraf etdi.
Amerikanın Səsinin Tel Əviv ofisi bu xüsusda analiz edərək deyib: İsrailin siyasi müşahidəçilərin fikrincə Barak Obama İPAK-dəki çıxışı ilə Netanyahu ilə qarşıya çıxmış böhranı aradan qaldırmaq, Amerika yəhudiləri ilə respublikaçıların tənqidindən xilas olmaq istəyirdi.
Müxbir daha sonra yazır: 2008-ci ilin yazında Obama hələ namizədliyini irəli sürmüşdü. O zaman Obama respublikaçıların diqqətini özünə cəlb edən təntənəli çıxışlar edirdi. Elə bu çıxışların hesabına qazanılmış etimad nəticəsində ABŞ yəhudiləri ona səs verdi və Obama rəqiblərinə qalib gəldi.
Barak Obamanın 1967-ci il sərhədləri üzərində Fələstin dövlətinin təşkili haqda çıxışı, daha sonra isə tutduğu mövqedən geri çəkilməsini belə mənalandırmaq olar ki, Amerika Birləşmiş Ştatları prezidentinin qərarları və siyasətində sionist lobbisinin böyük rolu vardır.

Комментариев нет:

Отправить комментарий