Страницы

14.10.2011

“Azercell”in əməllərindən narazılıqlar artıq


Tanınmış aparıcı “Azercell”dən imtina etdi


Azərbaycanın tanınmış aparıcısı Səxavət Nur “Azercell Telekom”un xidmətlərindən imtina edib.

Bu barədə Bolgexeber.com-a açıqlama verən aparıcı bildirib ki, şirkətin tariflərindən artıq boğaza yığılıb və bu qərara gəlib: “Mən on ildir ki, “Azercell” abunəçisiyəm. İki il öncə şirkətin Datakartını aldım. Datakartı işlətmədiyim halda “Azercell” məni 50 manat borcum olduğu üçün məhkəməyə verdi. Bu gün məhkəmə keçirildi və məndən faizlə birlikdə 70 manat cərimə etdilər. O qədər əsəb keçirdim ki, məhkəmədədn çıxandan sonra “Azercel” nömrəmi sındırıb tulladım. Artıq bu gündən onun xidmətlərindən imtina edirəm”.

Комментариев нет:

Отправить комментарий