"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı şair Rasim Qaracadır. Onunla söhbət Bakı Kitab Klubunda baş tutub.
Rasim Qaraca: "Roman oxucuya “gəl məni oxu” deməlidir. Insan bəlkə həbsxanada, xəstəxanada olsa, çarəsizlikdən, vaxt çoxluğundan oxuya bilər bu cür kitabları".
"Həmidin “Konspiroloq” kitabı çıxıb, çox gözəl məqalələr toplusudur".
- Rasim bəy, AYO-nun qurucularından olmusunuz, maraqlıdır, AYO-dan üz döndərənlərin, daxildə bir-birini ittiham edənlərin hərəkətini bu quruma xəyanət kimi qiymətləndirirsiz, yoxsa özünüzə xəyanət kimi?
- Ümumiyyətlə, mən tez-tez müsahibə verməli oluram və bu zaman AYO-nun parçalanması, AYO-AYB qarşıdurması sualları da gündəmə gəlir.
Məndən müsahibə alan jurnalistlərin çoxu prosesi izləmədiklərindən, artıq dörd il, iki il bundan əvvəl olub bitmiş hadisə haqqında suallar veməklə o məqamları yenidən gündəmə gətirirlər.
AYO statik bir təşkilat deyil, burda ayrılmalar da var, qopmalar da var. Yeni üzvlər də gəlir.
Təşkilatı sovet ənənələrində düşünmək lazım deyil. Burda heç kim ən böyük iradə sahibi deyil, hərçənd mənim haqqımda fikirlər olur ki, sanki mən kardinalam, kənardan idarə edirəm.
Belə deyil, mən, sadəcə, jurnalın redaktoruyam. Daha aktivəm və ola bilsin ki, bu təşkilata daha çox bağlıyam.
Bu o demək deyil ki, burda üstünlüyüm var və kiməsə təsir edirəm. Kimlərsə ayrılır, kimlərsə AYO haqqında nələrsə deyir.
Hətta olur ki, aylarla yığışmırıq, hər hansı bir aksiya keçirmirik, amma mətbuatda AYO-nun adı hər zaman hallanır. Məncə, bu çox müsbət haldır.
- Mənə başqa bir məqam maraqlıdır. Təbii ki, qurumlar yaradıcı insanın həyatında bir mərhələdir, irəli getmək istəyi varsa, tərkedilmələr normaldır əslində. Siz bu qurumun təsisçisi olaraq, gedişləri, üz döndərmələri ağrılı qarşılamırsınız ki?
- Hər hansı bir yazar üçün AYO-da olmaq ilk növbədə onun özü üçün müsbət haldı. Bu qurumun üzvü olmaq, içi mən qarışıq, yazarlara, şairlərə daha çox populyarlıq gətirdi.
AYO-dan kənarda bəlkə bu cür olmayacaqdı. Çünki biz fərqli bir düşüncə sərgiləmişik.
Başqalarından fərqli olaraq kollektiv fəalliyyət göstərmək kimi üstünlüyümüzün olduğunu göstərə bilmişik.
Gənc yazarlar AYO-dan barınmalıdır. Çünki bu, yazıçı azadlığının ifadəsidir. Azərbaycanda belə bir şey ilk dəfədir ki olub, bütün tarixi vərəqləsəniz, buna bənzər məqam görə bilməzsiniz.
Və gənclər də burdan barınırıar, tanınırlar, məsuliyyətsizdirlərsə, üz çevirirlər,AYO haqqında xoşa gəlməyən fikrilər deyirlər. Bu, onların öz işidir. Hesab edirəm ki, AYO bundan heç nə itirmir.
- Qurum rəhbəri olmaq yazıçının özünə lazımdırmı?
- Mən bilmirəm ki, nəyə görə bəzi insanlarda təşkilatçılıq qabiliyyəti olur, bəzilərində isə yox.
Həqiqətən də bu, vergi kimi bir şeydi. Mən bu qabiliyyəti özümdə görürəm və bu işi görməyi özümə borc bilirəm. Əgər ədəbi mühit yoxdursa, təkcə yazmaq azdır.
Böyük yazıçılar ciddi mühitlərdə yetişirlər. Məsələn, sizin təbii istedadınız var, belə bir mühitdə tezliklə sönə bilərsiniz. Indiki mühit sizin yetişməyiniz üçün əlverişli deyil.
- Söhbət ümumi ədəbi mühitdən gedir?
- Bəli, ümumi ədəbi prosesdən gedir söhbət. Nağıllarda var: narın içindən bir qız çıxır, deyir su ver.
Qəhrəman da suyu verə bilmir, qız yox olur. Siz gənclər də “su ver” deyən xırda mələklər kimisiz, o suyu verən lazımdı. Sizdən əvvəldə istedadlı gənclər olub, mühit onları saxlamayıb.
Məhv olub gediblər, özlərinə qapanıblar. Məsələn, Cavidan. Əyalətdə yaşayanda nə olar ki?
Görürsən ki, o səs, dalğa gəlir. Amma o dalğanı qəbul edən jurnallar, nəşriyyatlar varmı? Indi daha çox həmin dalğaları vuran, dağıdan nəşriyyatlar var.
Ona görə də biz məcburuq ki, həm ədəbiyyat yaradaq, həm də ədəbiyyat ətrafını.
Bu ona bənzəyir ki, sən uşağını çox gözəl tərbiyə edirsən, amma küçədə heç kim bu tərbiyə ilə məşğul deyil.
Nəcə ki valideyn məcburdur ki, qonşularının sağlam insan olması ilə məşğul olsun, bir yazıçı da sağlam mühitin yaranmasında iştirak etməlidir.
- Nə etmək lazımdır?
- O adamlar ki, bunun qarşısında əngəldir, onlarla mübarizə aparmaq, onları ifşa etmək, iç üzlərin açmaq lazmdır. Insan mübariz omalıdır.
Yazıçı ilə azad insan anlayışları bir-birinə çox yaxındır. Və insan öz azadlığının meydanını genişləndirməlidir.
- AYB-nın üzvü olsaydınız, yeni sədr seçimlərində iştirak etmək istərdiniz?
- Orda qurumun üzvləri iştirak edirlər. Yaxınlarda olacağını da düşünmürəm, çünki hər fürsətdən istifadə edirlər ki, qurultayın vaxtını uzatsınlar. Əslində vaxtı çoxdan keçib.
Dövlət də bunda maraqlı deyil. Çünki, indiki hakimiyyəti anti-demokratik hesab edirəm.
Onlara da elə qondarma bir Yazıçılar Birliyi sərf edir. Ona görə də göz yumurlar. Ora ayrılan pula da heç bir nəzarət yoxdur.
- Bəs siz AYB-nın üzvləri arasında kimin sədr seçilməsini az-çox qənaətbəxş hesab edərdiniz?
- Yazıçılar Birliyi siyasi aparatın bir təkərciyidir, yazıçılara bir nəzarət kimi nəzərdə tutulub.
Necə ki Mətbuat Şurası jurnalistlərə və jurnalistikaya nəzarət kimi fəaliyyət göstərir. Orda demokratik seçim ola bilməz. Mən hətta kiminsə seçilməyini istəsəm də, seçilə bilməz.
Çünki orada sədr təyin olunur, seçilmir. Özünə hörmət edən yazıçı Yazıçılar Birliyinin sıralarında olmamalıdır. Ya onu dəyişdirməli, ya da onun sıralarında qalmamalıdır. AYB-nin sıralarında olan heç bir yazıçıya mənim hörmətim yoxdur.
- Yəqin ki diqqətinizi çəkib, ədəbi qurumlar arasındakı narazılıqlardan savayı, qurumların üzvləri də özləri öz aralarında bir-birləri ilə münaqişədədirlər.
Heç kim heç kimi bəyənmir, mənəm-mənəmlik baş alıb gedir. Hamı yalnız özündən, öz yazdığından razıdır.
- Mən bunu ziyanlı hesab etmirəm. Xırda didişmələr, özünü üstün hesab etmələr, olub və olacaq.
Yaradıcılığın hərəkətverici qüvvələrindən biri də yazıçı eqosudur. Əlini sinəyə vurub, “mən ən yaxşıyam” demək pis şey deyil.
- Amma həm də tənqidə dözümsüzdürlər...
- Özünü tənqidə qapadacaqsa, ilk növbədə özünə ziyan etmiş olacaq. Bunun yolu isə odur ki, sən özün kimisə tənqid etməlisən ki, özün haqqında əsl həqiqəti eşidəsən.
Əsl həqiqəti eşitməyənə qədər insan kor qalır. Siz birini tənqid edin, düzdü, təhqir də olacaq, amma sağlam düşüncəli insan qeyri-sağlam mühakimələrə fikir verməyəcək.
- Siz həm də "Alatoran" jurnalının baş redaktorusunuz. Bu gün ədəbi dərgilərimizin ümumi mənzərəsi hansı durumdadır? Senzura varmı?
- Ümumiyyətlə, bu cür saytlar çox olmalıdır, deyim ki, kifayət qədər də yaradılıb: kultaz.com var, kulis.az var, oxuzali.az var. Elə bizim özümüzün də üç saytımız var.
Bu yarışmada hər kəs reytinq qazanmağıın marağındadır. Bunu isə saytlar obyektiv olmağın sayəsində qazana biləcək. Hər yoldan ötəni çap etməyəcək.

Elə bizim jurnal haqqında da tənqidi qeydlər olub ki, yazıları seçərək çap etməmişik. Mən onu nəzərə almışam və növbəti nömrələrdə onu azaltmağa çalışmışam.
Senzuraya gəldikdə isə, bu, edəbi dərgilərin sahiblərinin şəxsiyyətindən irəli gələn bir şeydir. Şəxsiyyət özü necədirsə, onun saytı da o cürdür. Əgər zəifdirsə, sayt da hörmətsizdir, güclüdüsə sayt da reytinqlidir.
Məsələn “Oxu zalı”nı mən prestijli hesab edirəm və əsərlərimi də ora çap olunmağa göndərirəm.
Öz saytımı işlədə bilmirəm, çünki buna vaxtım və maddi imkanım yoxdur. Amma hələlik bu saytlar içərisində, “Oxu zalı”nı güclü hesab edirəm. Bu yaxınlarda orda bir “təmizlənmə” oldu, hər yazı göndərənin əsərini çap eləmirlər.
Yazılara seçimlə yanaşırlar, bu ona daha bir üstünlük qazandırdı. Indi ədəbi saytların içərisində ən uğurlu layihə Rövşən Qəmbərovun layihəsidir. Indi özü nə qədər güclü olacaqsa, onun saytı da o qədər alınmaz qala kimi olacaq.
Bunu ona görə demirəm ki, həmin sayta müsahibə verirəm. Bu fikirdə olduğum yazılarımı məhz həmin ünvana göndərməyimdən də hiss olunur.
- Bizim sayta müsahibəsində Əli Əkbər özünün və Seymur Baycanın Azərbaycanda ən çox kitabı satılan müəlliflər olduğunu demişdi. Bəs siz kimin romanını ən uğurlu hesab edirsiniz?
- Seymur Baycanın “Quqark” romanı davamını oxumaq istədiyim romandı. Tez oxunan, tez həzm olunandı.
Əlbəttə ki, tənqidi məqamları da var, özünə də demişəm. Məsələn, Pərvizin "Yad dildə" romanını oxuya bilmədim. Roman oxucuya “gəl məni oxu” deməlidir. Insan bəlkə həbsxanada, xəstəxanada olsa, çarəsizlikdən, vaxt çoxluğundan oxuya bilər bu cür kitabları.
Həmidin “Konspiroloq” kitabı çıxıb, çox gözəl məqalələr toplusudur. Əli Əkbərin romanı da Azərbaycan üçün yenidir.
Mənim imkanlarım olsa Azərbaycana Nobel mükafatı gətirə biləcək yazarlar yetişdirə bilərəm. Onlara avanslar verərəm, həvəsləndirərəm.
- Ötən həftə müsahibimiz Musa Yaqub idi. Sizə ünvanlamağa sual istədim ondan, əvəzində istəyini bildirdi.
Dedi istəyirəm ki, AYO-çular ümumi ədəbi axına qoşulsunlar. Aqressiv olmasınlar, tənqidləri özləri üçün dəyərli hesab etsinlər. Bu haqda nə deyərdiniz?
- Musa Yaqub mənim hörmət etdiyim şairdir. Onun zərif duyğusu, təbi var. Amma mübariz insan deyil.
Onun sözünün gücü var. Amma gərək o, mövcud durumla razılaşmayaydı, kəndə çəkilməyəydi.
Kəndə çəkilmək acizlikdir. Bura Azərbaycandır, İsveçrə deyil ki, kəndə çəkilib yaradıcılıqla məşğul olasan.
Şair küsürsə, millət ondan qabaq küsəcək. Mübariz olub yolumuzdakı kötükləri təmizləmək lazımdır. Musa müəllimə səslənirəm ki, hələ ki gec deyil, onun səsinin bir qüdrəti var.
- Növbəti qonağımız olan Günel Mövluddan nə soruşmaq istərdiniz?
- Sehirbaz olsaydın, ilk göstərəcəyin fokus nə olardı?
FEYZİYYƏ http://www.azadliq.org/
Həmçinin oxu
Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"
Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"

Комментариев нет:
Отправить комментарий