Страницы

02.10.2011

Azərbaycanda seyid yoxdur


  azerislam.com saytı maraqlı açıqlama ilə çıxış edib

Din deyəndə əvvəllər Azərbaycanımızda insanlara ya seyid ya da molla kimi baxırdılar. Çünki bu iki söz dəb şəklini almış və zaman-zaman dini cəhətdən az biliyə malik olan insanları aldadaraq özlərini əsl müsəlman kimi qələmə verən bəzi fırıldaqçıların yolu olmuşdur.
İndi isə daha o dövrlər getdi. Artıq Azərbaycan insanları dini cəhətdən maariflənir və mümkün olan resurslardan istifadə edərək öz dinlərini daha da dərindən öyrənməyə çalışırlar.
Bu yönümdə az əməyi olmayan Azerislam ünvanı da məhz belə resurslardandır.
Son aylarda ən çox oxucuların marağına səbəb olan azerislam.com-un Sual-Cavab səhifəsində xeyli suallar cavablandırılır və oxucularımızı narahat edən bir çox suallara onlar yerindəcə cavab ala bilirlər.
Belə suallardan biri də bugünlərdə bizə ünvanlandı.
Oxucunu maraqlandıran əsas sual isə aşağıdaki kimidir.

655. ORXAN (BAKI)
SUAL: AZƏRBAYCANDA PEYĞƏMBƏR NƏSLİNDƏN OLAN SEYİDLƏR VARMI. SEYİD SÖZÜNÜN MƏNASI NƏDİR?

CAVAB: Əs-sələmu aleykum.

“Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sonra gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq görərik ki, əksər insanlar iddia edirlər ki, Peyğəmbərin nəslindəndirlər.
Biz 6 il Peyğəmbərimizin şəhəri olan Mədinə şəhərində qaldıq, lakin bir nəfər də olsun belə özünə seyid deyən və Peyğəmbərimizin nəslindən olduğunu iddia edən şəxsə rast gəlmədik. Əgər Peyğəmbərimizin şəhərində belə bir insan tapmaq mümkün deyilsə, necə olur ki Azərbaycanda belə insanlar doludur? Bir az düşünsək bunu daha yaxşı başa düşərik.
Bir şeyi də qeyd edək: Özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin nəslinə yaraşmaz işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır.” Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər? Əlbəttə ki ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir.
Odur ki Azərbaycanda Peyğəmbərimizin nəslindən olan heç bir şəxs yoxdur.

azerislam.com

Комментариев нет:

Отправить комментарий