Gənc olmasına baxmayaraq, qonşu ölkədə Azərbaycan incəsənətini layiqincə təmsil edən Anar Eyni yaradıcılıq fəaliyyəti ilə birgə həm də Türkiyənin nüfuzlu universitetlərindən biri olan Selcuk Universitetinin gözəl sənətlər fakültəsində heykəltaraşlıq fənnindən dərs deyir. Anar Eyni qısa zaman ərzində Türkiyə respublikasında görkəmli heykəltaraş kimi məşhurlaşmışdır. Onun yaradıcılıq məhsulları olan monumental və dekorativ kompozisiyalar qardaş ölkənin Ankara, İstanbul, İzmir, Konya, Antaliya, Adana kimi şəhərlərini bəzəyir, insanlara yüksək zövq verir.
2002-ci ildə Konya vadisinin vəsaiti ilə Anar haqqında ayrıca kitab nəşr edilmşdir. Bu kitaba Anarın 100-ə yaxın əsəri haqqında məlumat və elmi tədqiqat işləri də daxil edilmişdir. Eləcə də 2005-ci ildə Konya şəhərində xarici turistlər üçün ingilis dilində Cəlaləddin Rumi haqqında nəşr edilmiş kataloqda da Anarın əsərləri öz əksini tapmışdır.
2007-ci ildə Səlcuq Universitetinin qarşısında Anar Eyninin yaradıcılıq məhsulu olan Mustafa Kamal Atatürkün altı metrlik əzəmətli heykəli ucaldılmışdır.
2008-ci ildə Anar Eyni elmi araşdırmalarını böyük uğurla yekunlaşdıraraq heykəltaraşlıq elmləri doktoru adına layiq görülmüşdür.
Elman Eldaroğlu
Комментариев нет:
Отправить комментарий