Страницы

15.10.2011

Bir ovuc zaman


Cavidan

Ən uzaq sabahın
ən uzun anından
başlayır zaman...
və sel kimi axıb da
aparır hər şeyi,
ən yaxın dünənin
ən qısa saatına ...

məni səndən alacaq
bu gün, səni məndən...

sonra yol olacaq uzun
sonra dəli savaşlar
sonra yenə, yenə yol...

yalnız qalib sərkərdənin
qadınına baş əyəcək
dolanbaclar...

Get…
sən mənə
o ən uzaq sabahın
o ən uzun anından
bir içim zaman fəth et,
gətir də ovuclarında...

dodaqlarım qurudu...

Комментариев нет:

Отправить комментарий