Страницы

11.10.2011

GƏNC ALİM QANUNSUZ TRANSPLANTASİYADAN DANIŞACAQ


11-16 Oktyabr tarixlərində İstanbulda keçiriləcək “V Balkan Tibb Tarixi və Etikası Konfransı”nda fəlsəfə doktoru Əhməd Şahidov da iştirak edəcək

11 Oktyabr tarixində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Türk Tibb Tarixi Təşkilatı, Balkan Tibb Fəlsəfəsi və Tarixi Dərnəyi, Tibb Əxlaqı və Tibb Hüququ Dərnəyinin birgə təşkilatçılığı ilə beynəlxalq “V Balkan Tibb Tarixi və Etikası Konfransı” öz işinə başlayacaq. İstanbul Cerrahpaşa Tibb Fakültəsində təşkil olunan bu beynəlxalq konfransda Türkiyə, Yunanıstan, Rumıniya, İngiltərə, Bolqarıstan, Macarıstan, Fransa, ABŞ, Balkan ölkələri, Polşa, İtaliya və Azərbaycandan təşrif buyurmuş alim və filosoflar, tibb işçiləri iştirak edəcəklər.

Əsasən tibb tarixi, tibb fəlsəfəsi, tibbi əxlaq, fəlsəfə, psixologiya və səhiyyə mövzularında çıxışların yer aldığı bu konfransın əsas məqsədi dünyanın müxtəlif yerlərindən gəlmiş həkim, alim və filosofların fikirlərini bir yerə toplamaq, tibb aləmində əxlaq və fəlsəfənin təcəssümünü əks etdirməkdir.
“V Balkan Tibb Tarixi və Etikası Konfransı”nda gənc azərbaycanlı alim, fəlsəfə doktoru Əhməd Şahidov da iştirak edəcək. Konfransdakı çıxışı və tibdə fəlsəfənin rolu haqqında fikirlərini öyrənmək üçün Əhməd Şahidovla əlaqə saxladıq. “Tibb əxlaqında qarşıdurma – ölüm, yoxsa qurtuluş” adlı məruzə ilə çıxış edəcək Ə.Şahidov İstanbula toplaşmış alim və həkimlərə qanunsuz orqan köçürməsi, tibbi dildə desək, qanunsuz transplantasiya haqqında danışacağını bildirdi: “Mən bu konfransa böyük həvəslə qatılıram. Çünki, Azərbaycanın da əziyyət çəkdiyi qanunsuz orqan transplantasiyası problemi haqqında bütün dünyaya səsimi çatdırmaq niyyətindəyəm. Bir çox ölkələr üçün bu, yeni şey olsa da, Azərbaycan uzun illərdir ki, bundan əziyyət çəkməkdədir. Birinci Qarabağ Müharibəsində ermənilərin azərbaycanlı uşaq və qadınlara qarşı törətdikləri vəhşiliklər təkcə qətllərlə kifayətlənməmiş, ermənilər azyaşlı uşaqların müxtəlif orqanlarını çıxardaraq satmışlar. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı araşdırma və şahid ifadələri göstərir ki, ermənilər əsir götürdükləri azərbaycanlıların içindən əvvəlcə sağlam və cavanlarını seçib götürürdülər. Onları naməlum istiqamətə apararaq, müxtəlif orqanlarını çıxardırdılar. Sonradan onların cəsədlərinə baxış keçirərkən bəzilərində ürək, dalaq, qaraciyərin olmadığı, hətta bəzilərinin daxili orqanlarının ümumiyyətlə çıxarılıb, yerinə dəmir-dümür doldurulduğu da məlum olmuşdur. Ermənilər hətta 3 yaşlı azərbaycanlı uşağın da sümük iliyini çıxarmışdılar. Rəsmi statistikaya görə, müharibə zamanı itkin düşmüş şəxslərin sayı 4133 nəfərdir ki, onlardan da 800-ə yaxını mülki şəxslərdir. Minlərcə azərbaycanlının sonrakı taleyindən hələ də bir xəbər yoxdur.”
Azərbaycanın indi də qanunsuz orqan köçürməsindən əziyyət çəkdiyini bildirən Əhməd Şahidov ötən il mətbuatda adı hallanan bəzi şəxslərin və klinikaların əslində qanunsuz transplantasiya ilə məşğul olduqlarını bildirdi. Ə.Şahidovun sözlərinə görə, hazırda Azərbaycanən hüquq-mühafizə orqanları bu beynəlxalq bəlaya qarşı ciddi mübarizə aparırlar: “Təkcə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bu istiqamətdə xeyli işlər görmüş və Azərbaycanda insan alveri, qanunsuz transplantasiya göstəricilərinin minimum həddə çatmasına nail olmuşdur. Heç şübhəsiz ki, ABŞ Dövlət Departamentinin İnsan Alverinə qarşı Mübarizə ilə bağlı 2011-ci ildə dərc etdiyi illik hesabatında Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər müsbət qiymətləndirilmişdir. Təbii ki, bu, təkcə hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda bu işə xüsusi diqqət ayıran ölkə rəhbərliyinin də zəhməti sayəsində mümkün olmuşdur.”
ƏHMƏD ŞAHİDOV 
Səbuhi ABBASOV

Комментариев нет:

Отправить комментарий