Страницы

21.10.2011

Klaviatura, balıq, “Davidoff”


Şahbaz Xuduoğlu: Ramiz Rovşəndən əzbər bildiyim şeirlər var, Aqşindən yox

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun “İkidə bir” layihəsinə cavabı

Şirin çay yoxsa kəsmik? – Kəsmik.

“Niva”, yoxsa “Pajero”? – “Prado”.

Facebook, yoxsa Gmail? - Hər ikisindən istifadə edirəm, yəqin, biri digərini tam əvəz eləmir.

Kitab, yoxsa jurnal?- Maraqlı mətn oxumağa kitab, fotolara baxmağa jurnal.

Hamarkənd, yoxsa Makonda? – Kənddə doğulmaq olar, yaşamaq isə mümkün deyil. Amma Makondanı başa düşmədim. 


Xərçəng, yoxsa ləvəngi? – Hamısından üstün balıqdı. Balığı sevirəm.

Antalya, yoxsa Kislovodsk? – Kislavodsk nəcisli dərədi, məncə, bütün azərbaycanlılar ora gedirlər ki, qarınlarını yudurtsunlar. Qara dənizdən Ağ dənizə maşın sürdüyümdən o sahilləri daha çox sevirəm.

Elza Seyidcahan, yoxsa Aygün Kazımova? – Heç biri.

Oxuzalı.az, yoxsa Kulis.az? – Hər ikisini daim izləyirəm. Üstəlik, “kultaz.com”, və “ann.az” saytlarını.

Ramiz Rövşən, yoxsa Aqşin Yenisey? – Hər ikisini oxuyuram. Fərq ondadır ki, Ramiz Rovşəndən əzbər bildiyim şerlər var, amma hələ Aqşindən yox.

Millətçilik, yoxsa liberalizm? – Mən təməl azadlıqlara üstünlük verirəm.

Günel Mövlud, yoxsa Sevinc Pərvanə? – Hərəsinin öz yeri var.

Lələk, yoxsa qələm? – Əlbəttə, klaviatura.

Kim Çen İr, yoxsa Jirinovski? – Heç biri.

“Blakberry”, yoxsa kompüter? – Biri digərinə mane olmur.

Soğan, yoxsa sarımsaq?– Heç biri.

“Kent”, yoxsa “Davidoff”? – Bəzən “Davidoff”.

“Real”, yoxsa “Barselona”?– Hər ikisi.

Üzeyir Hacıbəyov, yoxsa Motsart? – Hər ikisi.

Bulvar, yoxsa “Tarqovı”? – Heç biri gəzmək yeri deyil.

Cəlil Cavanşir                kulis.az

Комментариев нет:

Отправить комментарий