Страницы

15.10.2011

Müasir insan necə olmalıdır?

Habil Yaşar

   Müasirlik... yəni hər kəs həqiqətəndəmi müasirdir və ya hər kəs müasirdir yoxsa mən geridə qalmışam? Mənmi müasirəm ya siz müasirlikdən hər gün doya-doya danışaraq , özünü “müasir” insan  kimi göstərməyə çalışan hoqqabazlar. Müasirlik anlayışının sizlərin düşündüyü qədər  cılız olduğuna heç zaman inana bilməyəcəyimdən dolayı sizlərə müasir insan necə olmalıdır və mən necə müasir insanam adı altında essemlə nəzərə çatdırmağa çalışacağam...

Yox , mən özümü tərif etmək niyyətində deyiləm, əsla, mən öz timsalımda olan həqiqi müasirlərin adından da danışmaq istəmirəm...Sadəcə özümün müasirlik haqqındakı düşüncələrimi demək üçün qələmə alıram ( daha doğrusu kompüterlə yazıram) essemi.
   Sizcə müasirlik nədir və nə  üçün müasir olmayan insanalrın daha çox özünü müasir kimi göstərməyinin səbəbi nədir?  Küçələrdə, tinlərdə boş-boş mahnılara ( çiynənmiş mahnı sözlərinə) qulaq asmaqdırmı müasirlik? Yoxsa maşınları sağa-sola baxmadan insanların üzünə sürməkdirmi müasirlik? Hər gün özünü ulduz adlandıraraq efirlərə soyunaraq çıxmaqla bədənini nümayiş etdirməkdirmi müasirlik? Öz dilində danışmağı müasirlik bilərək, öz ana dilində danışmağı rəzil bilməkdirmi müasirlik? Mütailədən uzaq olmaqla beş kəlmə sözünü danışa bilməməkdirmi müasirlik? Daha neçə-neçə demədiklərim, unutduqlarım, yazmadıqlarım qaldı...nə isə...
    Bilirəm bu tip insanlar qəlblərində yox deyəcəklər , özlərinin protipini görəcəklər burada və görərək susacaqlar çünki deməyə bir sözləri olmayacaqdır. Bilirəm, beş gün, on gün sonra unudulacaq dediklərim, yazdıqlarım...Hər kəs yenə bu söhbətin yersiz olduğunu düşünəcək və yenə öz yolları ilə gedəcəklər. Sabirlərin, Cəlillərin qarşısını ala bilmədikləri bu cahilliyin , nadanlığın qarşısını mənmi alacağam? ...Əsla...Mən də onlar kimi yazacağam, deyəcəyəm arada pis olacağam.Eyb etməz qoy pis olum, cahillər yanında pis olmaq özü yaxşı bir əlamətdir...
   Yazdıqlarımla heç kimin xətrinə dəymək, onları özümdən uzaqlaşdırmaq istəmirəm, çünki sonucda hamımız Azərbaycanlı övladlarıyıq. Sadəcə bir təvəqqim, xahişim dediklərimdən bir nəticə götürməyinizdir...Əsl Avropaya gedən yol elmdən, intellektdən keçir , daha bayaq qeyd etdiklərim və onlarla digər vasitələrdən yox. XXI əsr, XXI əsr deyiriksə bu əsrin mahiyyətini BMT bizə bildirib. “ Oxumaq, Elm” əsri...
  Hə əziz məni istəyən və ya istəməyən dostlarım, ümidvaram məndən inciməyəcksiniz, çünki mən doğru sözü, sözün doğrusunu yazdım. Əgər bizlərdə həqiqi müasir olmaq istəyiriksə o zaman elmə, savada daha diqqət ayırmalı, bayağı şeylərlə yaşamamalıyıq. Unutmayaq ki, müasirlik gözəldir, amma bu müasirliyi əsl müasir kimi yaşamaq ondan da gözəldir...
   Essemdə müasir insan necə olmalıdır sualına qismən də olsa cavab tapa bildimsə, qəlbinizə bir işıq sala bildimsə demək boşuna zaman xərcləməmişəm və bu zamanı gözəl dəyərləndirməyi bacarmışam. Hələlik bu qədər yazdım ki, sonralar bu mövzuda yenidən deməyə sözüm olsun.

Комментариев нет:

Отправить комментарий