Страницы

01.10.2011

Oğru elə bağırdı ki...

 İbrahim Sel 
Professional Oxucu Liqası

Dünya ölkələrinin ərazilərini hücum edib, dinc sakinləri qıran, körpələrə belə rəhm etməyən, təbii sərvətləri ələ keçirib xalqları ac saxlayan İrandırmlı?

 İranda raketdən müdafiə sistemi sahəsində sınaqların keçirilməsi son günlər dünya KİV-inin diqqət mərkəzində olan hadisələrdən biri kimi yadda qalıb. Xüsusilə Qərb mətbuatı müxtəlif informasiya və təhlillərlə bu məsələyə münasibətini açıqlayıb. Tehranda prezident Mahmud Əhmedinejadın da iştirak etdiyi “Müdafiə həftəsi” paradı çərçivəsində yeni silah növləri nümayiş olunmuşdu. Nümayiş zamanı qısa, orta və uzun mənzilli raketlərin yeni növləri nümayişə çıxarılmışdı.
 Bu yaxınlarda İranın ən müasir raketi- 2 min kilomet məsafədə hədəfləri məhv etmək qabliyyətinə malik yeni silah növü uğurla sınaqdan keçirildi. Raketlər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi hərbi təlimləri çərçivəsində sınandılar. Təlimlərin ilk günü qısa mənzilli raketlər buraxlmış (uçuş məsafəsi 200 kilometrə qədər), həmçinin yaylım atəşi sistemi sınanmışdır.
 “Peyğəmbəri-Əzəm– 4” manevrlərinə sentyabrın ayında yekun vuruldu. Elə həmən gün İran ən güclü ballistik raketlərini də sınaqdan keçirdi.
 İslam İnqilabı Keşikçiləri Korpusunun təlimlərilə paralel olaraq, İranın müdafiə nazirliyinin Hərbi Dəniz Qüvvələri də yeniliklərə imza atdı. İranın müdafiə naziri Əhməd Vəhidi, Hərbi Dəniz Qüvvələri komandiri Həbibullah Səyyari və digər rəsmilərin iştirakı ilə “Sina” adlı yeni raket əleyhinə hərbi gəmi (freqat) suya salındı. Hərbi gəmi də raketlər kimi, məhz iranlı mütəxəssislər tərəfindən hazırlanıb. Freqatda 100-dən çox radar, raket, topxana və rabitə sistemləri quraşdırılıb. Gəmi güclü dalğaya dözümlüdür. Qərb ekspertləri İranın son bir həftədə nümayiş etdirdiyi sözügedən silah növlərinin müasir dünyanın ən qabaqcıl texnologiyaları əsasında hazırlandığını etiraf etmişlər. Bu sınaqlar fonunda Pentaqon rəsmiləri İrana hücum etməyin ağılsızlıq olduğunu və mövcud problemləri köklü şəkildə həll edə bilməyəcəyini dilə gətirdilər. CNN televiziyasına müsahibəsində ABŞ-ın müdafiə naziri İrana qarşı diplomatik təzyiqlər və mümkün yeni sanksiyaların “hərbi müdaxilədən daha təsirli” ola biləcəyini söylədi.
 Bu arada SEPAH komandiri Tehranda keçirdiyi mətbuat konfransında bəyan etdi: “Biz hamıya göstərdik ki, dövlətçiliyimizi və müstəqilliyimizi qorumağa qadirik”. Rəsmi Tehran sınaqdan keçirdiyi bütün bu silahların yalnız və yalnız müdafiə xarakteri daşıdığını və ölkəsinin müdafiə sisteminin təkmilləşdirilməsi üçün hazırladığını vurğuladı. Prezident Əhmədinejad “hər hansı bir dövlətə hücum etmək bizim əqidəmizə ziddir” ifadələrini dilə gətirməklə bərabər, ölkəsinin hər cür təcavüzkarlığı dəf etməyə qadir olduğunu qətiyyətlə bəyan etdi. Bir sözlə, İran silah dili ilə danışmaq istəyənlərə bu dildə “məharətlə danışmağa” hazır olduğunu ortaya qoydu.
 İranın hərbi sahədəki son nailiyyətləri Qərb dövlətlərinin narahatlığına səbəb olub. İsrail isə bu arada öz sərt reaksiyasını açıqlamağa macal tapdı. Öz varlığını Fələstin torpaqlarının işğalı üzərində qurmuş və 60 ildir təcavüzkarlıq siyasətini həyata keçirən İsrailin xarici işlər nazirinin müavini maraqlı bəyanatla çıxış edib: “Son raket sınaqları da daxil olmaqla, İranın hərbi təlimləri dünya ictimaiyyətinə meydan oxumaqdır. Bütün bunlar uranın zənginləşdirilməsi üzrə yeni müəssisənin fəaliyyətə başlaması xəbərlərindən bir neçə gün sonra baş verdi. Şübhəsiz, hazırda Tehran dünya təhlükəsizliyinə ən ciddi təhdiddir və hərəkətləri ilə digər dövlətləri anti-İran cəbhəsi yaratmağa vadar edir”.
 Maraqlı fikirdir, deyilmi? Sən demə “dünya təhlükəsizliyinə ən ciddi təhdid” onilliklərdən bəri milyonlarla insanı öz ev-eşiyindən, yurdundan-yuvasından didərgin salan, on minlərlə günahsız insanı, o cümlədən uşaqları, qadınları, qocaları, xəstələri öz vətənlərində amansızcasına qətlə yetirən, təcavüzkarlığı öz dövlət siyasətinin atributuna çevirən və qeyri-qanunu olaraq nüvə silahına malik olan İsrail deyil, heç bir dövlətin ərazisinə göz dikməyən, kütləvi qırğın silahlarını əqidəsinə zidd elan edən və təcavüzkarlığı “insanlığın faciəsi” adlandıran İrandır. Rəsmi Tehran yorulmadan, ardıcıl qaydada bəyan edir ki, nüvə texnologiyası sahəsində apardığı bütün fəaliyyətlər yalnız dinc xarakter daşıyır və bu ölkənin nüvə silahı istehsal etmək niyyəti yoxdur. İranın dini lideri isə bəyan edib ki, kütləvi qırğın silahları İranın etiqad bəslədiyi İslam prinsiplərinə ziddir və bu növ silahların istehsalı haramdır. O həmçinin bildirib ki, ölkəsi heç zaman kütləvi qırğın silahı istehsal etməyəcək və əksinə, dünyada bu növ silahlardan imtina edilməsinə çalışacaq. Bütün bunlara rəğmən, Qərbin kütləvi informasiya vasitələri dünyanı təcavüzkarlıq cənginə almış dövlətlərə qarşı deyil, İrana qarşı təbliğat aparır, bu dövləti “təhlükə mənbəyi” kimi qələmə verməyə çalışır. Onların Azərbaycandakı nökərləri də bu sahədə xeyli iş görür, xalqın başını piyləyirlər. Nə üçün? İran hansı ölkənin ərazisinə hücum edib, işğala məruz qoyub? Birinci və İkinci dünya müharibələrini bəşəriyyət tarixinə “töhfə” edib, on milyonlarla günahsız insanı məhv edən İrandırmı? Hirosima və Naqasakiyə atom bombası atıb, dinc insanları kütləvi soyqırıma məruz qoyan İrandırmı? Latın Amerikası ölkələrinin suveren hüquqlarını pozub, bu müstəqil dövlətləri istədiyi zaman hərbi təcavüzə məruz qoyan İrandırmı? Fələstin torpaqlarını zəbt edib, öz vətənində yaşayan on minlərlə günahsız insanı qətlə yetirən, 7 milyon fələstinlini qaçqınlıq taleyi ilə üz-üzə buraxan İrandırmı? İraq və Əfqanıstanı işğal edib, yeraltı və yerüstü sərvətlərini talan edən İrandırmı? Bu ölkələrdə yüz minlərlə günahsız insanın qətlini törədən İrandırmı? Azərbaycan xalqının təbii sərvətlərini əlindən alıb, bu xalqı ac saxlayan İrandırmı? Həftə səkkiz mən doqquz kütləvi qırğın silahları da daxil, ən müasir silahları özgə dövlətlərin ərazisində, beynəlxalq sularda, yerdə-göydə sınaqdan keçirən, bəşəriyyəti “gözüm çıxtıya” salıb, istisnasız, bütün dünya ölkələrinin daxili işlərinə müdaxilə edən, çevrilişlər edib, dövlətlərlə əmr, diktə dilində danışan İrandırmı?..
 Bəs nə üçün, hansı səbəbdən, hansı məntiqdən “dünya təhlükəsizliyinə ən ciddi təhdid” qismində bütün bu cinayətləri törədənlər deyil, İranın adı hallanır? Bəlkə elə onlarla BMT qətnaməsini tapdaq altına atıb, işğalçılıq siyasətindən əl çəkməyən, qeyri-qanuni yolla kütləvi qırğın silahı əldə edən və Yaxın Şərqı 60 ildir qan içində batıran İsrail öz hərəkətləri ilə anti-İsrail cəbhəsi yaratmağa vadar edir? Axı həqiqətən də, regionu baş alıb gedən bu qətliamlar, cinayətlər fonunda kimdir təhlükə mənbəyi, İran, yoxsa İsrail?..
 Yenə də atalar sözü yada düşür: “Oğru elə bağırdı ki...”

Комментариев нет:

Отправить комментарий