Страницы

22.11.2011

Amerika müsəlmanlarının zülmü


Hüsamə bin Sərxan
Qarazəncir Antimason Lojası

 MKİ Amerika müsəlmanlarının da casusudur               

 Assosiated Press Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Amerika müsəlmanları əleyhinə casusluq tədbirləri haqda yeni informasiyalar yayıb.
Assosiated Press yazır ki, bu məlumatları 40-dan çox Nyu-Yorkun keçmiş polis idarəsi və federal rəsmisi vasitəsilə əldə edib. Assosiated Pressin məlumatına əsasən, 11 sentyabr hadisəsindən sonra CİA-nın Rakers xəfiyyə işçiləri Nyu-York polisinin əməkdaşlığı ilə müxtəlif yerlərlə gedir, amerikalılar haqqında məlumatlar yığırdılar.
 Assosiated Press sonra deyib: Nyu York polisi “məscid sürünənləri” adı ilə tanınan xəfiyyəçiləri işə qəbul edib ki, hətta heç bir səhvi olmayan müsəlmanların ibadət ayinlərini nəzarətdə saxlasınlar. CİA-nın bu tədbiri onların amerikalılar əleyhinə casusluğu qadağan olduğu bir halda həyata keçib.

Bundan əvvəl də İslam-Amerika əlaqələri şurası FBİ-ın amerikalılara casusluğundan nigaran idi. İslam-Amerika əlaqələri şurasının üzvü və Virciniya məscidinin imam cüməsi İbrahim Hoper deyib: Amerika müsəlmanları artıq məscidə getdikləri zaman nəzarətdə olduqlarını bilirlər. Məncə bu tədbirin yalnız müsəlmanları deyil, bütün amerikalıların həyatına təsir edəcək.
 2001-ci il 11 sentyabr hadisəsindən sonra ABŞ dövləti ölkənin bir çox qanunlarına zidd olaraq vətənpərvərlik qanunu çıxarıb. Belə ki, bu qanun vasitəsilə onlara ölkədə telefon danışıqlarına qulaq asmaq və e-maillərə də nəzarət icazəsi verirdi. Əlbəttə telefon danışıqlarının dinlənilməsi əksər zamanlar amerikalılar üzərində icra olunurdu. Beləliklə, bu qanun vasitəsilə Amerikanın təhlükəsizlik orqanları başda müsəlmanlar olmaqla, bütün amerikalıların xüsusi söhbətləri və məktublarını oxumaq hüququ qazandı. Özü də heç bir ittiham və günah olmadan.
 Assosiated Pressin verdiyi bu məlumatdan məlum olur ki, amerikalı müsəlmanların şəxsi həyatına nəzarət təkcə telefon danışıqlarını dinləmək və məktublarını oxumaqla məhdudlaşmır. Əslində müsəlmanların haraya gedib-gəldikləri də federal polis və CİA-nın nəzarətindədir.
 Bütün bunlardan məlum olur ki, Amerika dövləti yalnız beynəlxalq arenada terrorizmlə mübarizə ünvanında islam ölkələrinə hücum müsəlmanların oğurlanmasına dəstək deyildi. Həqiqətdə öz ölkəsində belə öz qanunlarına zidd rəftarlar edirmiş. ABŞ-ın bu siyasətləri ötən onillikdə müsəlmanlara qarşı atmosferin yaranmasına səbəb olub və hətta bəzi siyasətçilərin seçki rəqabətində diqqətəlayiq dərəcədə inkişaf edib.

Комментариев нет:

Отправить комментарий