Страницы

04.11.2011

Azadlıq güllə deyil öldürsün


                                                           Sayman Aruz
Elə də önəmli bir şey deyildi.
Yalnız zindan idi
və betonlu soyuq məhbəslər.
Bağımsız kişilər idi
nəmişli divarların ortasında.
Azadlıq güllə deyidi öldürsün
lətifə deyildi güldürsün
qadın deyildi əyləndirsin.

Qadınlar idi
Kişilərinin axtarışında.
Duz-çörəyi yaşmaqlarında gizlətmişdilər
və ehtiraslarını siqaret qutularında
pay gətirmişdilər dustaqlarına.
Gözyaşı deyil silə bilsən,
evin deyil qayıda biləsən,
xəyanət deyil bağışlay biləsan,
azadlıq mənim payımdır səndən ki, yoxsan.
Kişiliyin kişnəməsidir məftillərin arxasında.
Mən sənə çatmayan bir səsi çağırıram,
Azadlıq sənin kimi bir şey idi
Məhbəsimin boşluğunda.
*
Elə də önəmli bir şey deyildi.
Mən idim.
Başımı armızdaki məftillərə söykəmişdim
və bir böyük millətin yalqızlığını
Sənə ağlayırdım!

Комментариев нет:

Отправить комментарий