Страницы

20.11.2011

Candı bizim məhlədə...


Alı Vüsal
Professional Oxucu Liqası

 Axır zamanlar pis yuxular görürəm. Əzrayıl cənabları yuxuma girmişdi. Xeyli giley-güzar etdi. Nəqqədənə söhbət etdik. Yazığın dərdi başından aşırdı. Sən demə, onu ən böyük dərdi bizimkilərin yalandan ölmələri imiş. Bizimkilər yazığa mənasız yerə nə qədər əziyyət verir, vaxtını alır, çaşdırır... Məsələnin kökündə bizimkilərin qorxaqlığı dayanır. Onlar Əzrayıl cənablarının işini xeyli çətinləşdirir. Mənimlə söhbətdə yazıq deyirdi ki, sizdə adamlar qorxusundan, cəsarətsizlikdən gündə 5-10 dəfə ölüb-dirilir.


Mənim siyahımda bu adamın ölümünə 10-15 il qalıb, bədbəxt isə gündə 50 dəfə “vızıv” atır ki, ölürəm, gəl canımı al. Mənim də min cür işim var. Bekar deyiləm ki? Bir də görürsən İraqda, Əfqanıstanda “krupnı” partlayış olub, onlarla adam can verir. Təcili gedib onların canını almalıyam. Elə bu vaxt yenə sizdən “vızıv” gəlir ki, təcili gəl canımı al, ölürəm. Gəlib görürəm ki, heç nə. Müdir bir az buna gözünü bərəldib, bu bədbəxt ölür. Nə bilim, müxalif qəzet oxuyanda qonşu onu görüb, şefə xəbər verib, bunun bağrı çatlayır. Yaxud vergi bundan pul istəyir, bunun ürəyi gedib. Deyirəm, ay binəva, bu qədər yığmısan ver də, hamısını özün yeyəsi deyilsən ki. Bunları başa salmaq olmur. Ö gün bizim komandada olan digər mələkləri- İsrafili, Mikayılı, Cəbrayılı da çağırıram ki, bunları başa salın, qorxaqlığı tərgitsinlər, çoxunun ayaq üstdə qırxı çıxıb, belə də acizlik, mağmınlıq olar?
 Əşşi, bizdə zirək oğlanlar da var. Lazım gəlsə, Əzrayılın özünə “atarlar”. Məsələn, bir də görürsən ki, təzə ştat açdılar, birini 2-3 mindən satdılar, sonra çıxıb televiziyada şəstlə dedilər ki, bəs yap yeddi yüz min biriminci iş yeri açdı. Satdı “təminat şöbəsində”, “işıq idarəsində” ixtisara düşən, keçmişdə yaxşı pulyığan kimi tanınan şəxslərə. Özü də qaçdı başqa rayona.
 İndi gör 2 minə, 3 minə o yeri alan bədbəxt o pulu necə çıxardacaq? Bunun min bir yolu var. Məsələn, təbii qazı evə çəkib sobaya qoşmurlar. Deyirlər ki, elə şlanqla özünüz qoşarsınız. Qazçı isə gəlib deyir ki, niyə qazı şlanqla qoşmusunuz? Biri var 3 ay İşıq idarəsinə mürciət edib, ərizə də yazıb ki, sayğacım xarabdı, gəlib dezəldin, 3 aydan sonra bir də görüb ki, sayğac nasaz olmaq maddəsilə 300 manat ştraf gəlib. Müətəxəssis yoxdur, idarəetmə “yerlilərdən” təşkil olunur. Müxalifətçi də pulu görüb, keçir onların tərəfinə. Neyləsin e. Tarixçi kimi gördü ki, eramızdan əvvəl heç nə yoxdur. Ona görə Gülüstani-İrəmi bir tərəfə atıb, Gülüstani-şirkət əsərini yazmağa başladı.
 ƏÖzüm ölüm, bu vurhavurda lap əzrayılın dərin ağlı olsa, bu qədər adam öldürməyi, can almağı kənara qoyub, 100-150 manata “Qızıl qələm” mükafatı alıb, bir az babat pul verib, lap icra hakimiyyətinin böyründə Avropa sandartlarına uyğun mal meydanı tikdirər. Bilirsən, orada nə pul var? Ağlı olsa əzrayıllığından istefa verər. İstefa verəndə nə olar ki?
 Fikirləşirəm, bir iş də var ki, doğruçu Əzrayıl istefa versə, bilirsən ortalığa nə qədər “kitayski Əzrayıl” çıxacaq?! N qədər. Bu yenə də adamın ancaq canını alır, qondarma Əzrayıllar bizi öldürəndən sonra hələ “Meyit” firması açıb tükümüzü birinə, sümüyümüzü birinə, orqanlarımızı başqalarına satarlar.

Комментариев нет:

Отправить комментарий