Страницы

16.11.2011

Daha gecdir…


Dilqəm Əhməd

Daha gecdir
Deyəcəyin söz, atacağın addım aydındır
Getmən üçün klassikləri oxumama gərək yox
Ədəbiyyat olmadan da, ayrılıqları anlamaq olur
Surətləri görmək üçün bəstəkar təxəyyülünə sığınmağa gərək yox
Çox asandır
Danışma mənə Freydin zəvzək sözlərini
Özünü ağıllı göstərib, həyatın davam etdiyini
bir daha sevəcəyimi söyləmə

yalançı olma, gerçəyi söylə üzümə
gerçək yüzlərlə səhifəlik ovundurucu yalandan daha asandır
ağacın saralan yarpaqları səndən daha cəsarətlidir
vicdan əzabı çəkəcəyini söyləyib, məni güldürmə
ayrıldığımız anda salisələr keçməmiş vicdanın yox olacaq
özünə təsəlli verəcəksən
məcbur olmadığına qərar verəcəksən
günahkar bilməyəcəksən
ona görə söylə, daha gecdir…

Комментариев нет:

Отправить комментарий