Страницы

20.11.2011

Deqredasiya


Ülvi Məmmədli      
Professional Oxucu Liqası

Oğlunuzun, qızınızın, arvadınızın belə həyatı yaşamağına razılaşırsınız?
  
 Necə bilirsiniz, şou-biznes cəmiyyətin əxlaqının güzgüdəki əksidir, yoxsa əksinə, şou-biznes cəmiyyətin yaratdığı yeni əxlaq normasıdır? Sualım sizə qəribə gəlməsin, atalar-oğullar qarşıdurmasında qəribə olsa da şou-biznesin təsiri danılmazdır. Bu gün həyatın, gəncliyin ritmləri şou-biznesin ritmləridir. Bu aləmə diqqətlə baxanda görürük ki: Şou-biznes silikon doldurulmuş tuman və büsqalterlərin paradına çevrilib. Əgər klipdə əzalarını oynadan qızlar və ya qeyri-ənənəvi seksual oriyentasiyalı gədələr yoxdursa, mahnının aqibəti qaranlıqdı, onun populyar olması, xitə çevrilməsi mümkünsüzdür. Həyatımızı quracaq və yaşamağa kömək edəcək mahnı tumanlarını çıxaranların ulaşması ilə yaranır.

 Travesti gədələr (başqa kişilərin seks-istəklər və pul kisələrinin himayəsində olan kosmetikalı "kişilər") öz orta cinsləri ilə öyünür, ağzılarını əyə-əyə danışırlar. Kübar "şirlər" (atasının, ərinin, aşnasının pullarını göyə sovuran "xanımlar") ağızlarından spirtli içki və siqaret iyi gələ-gələ " Mən növbəti milyonu necə göyə sovurdum", "Ailə müqəddəsdir" mövzulu intervülər verirlər. Fikir vermisinizsə tele-verilişlərdə ailə haqda danışan qadınların, bizə tərbiyə haqda danışanların əksəriyyəti boşanmış, ailələri pozulmuş qadınlardır!
 "Mədəniyyət, mənəviyyat, şlyager" kimi anlayışlar əvvəlki mənasını itirmiş, "qlamur"a, "maço"ya, "çik"ə çevrilmişdir. Bir azdan dünyanın "mavi" şəhərlərində çiçəklənən gey-paradlar da bizim şou-biznesə ayaq açacaq. Nəticəsi buna aparır. Bilirsiniz maraqlısı nədir? "Şou-biznes cəmiyyətin əxlaqının güzgüdəki əksidir, yoxsa əksinə, şou-biznes cəmiyyətin yaratdığı yeni əxlaq normasıdır?" sulına cavab verənlərin 82 faizi bu suala müsbət cavab verib. 13 faizi "yox" deyib, 5 faizi başqa, öz variantlarını söyləyiblər.
 Necədir, yaşlıların mühafizəkarlığı yaxşıdır, yoxsa şişirdilməyən, hətta bir çox məqamlarda eyiblərini ədəb-ərkandan çıxmamaq üçün malalamağa məcbur olduğumuz, mütləq çoxluğun, real həyatın və əxlaqın əks olunduğu şou biznes? Oğlunuzun, qızınızın, arvadınızın belə həyatı yaşamağına razılaşırsınız? Sonda balaca bir məsələnin də üstünü açım: Mirzə Ələkbər Sabir "Hara gedir bu cocuqlar bu boyda-bu boyda" deyəndə uşaqların məktəbə getməsini nəzərdə tuturdu. Bəs indikilər?... 

Комментариев нет:

Отправить комментарий