Страницы

18.11.2011

Gözlərimdə bir ağac var


Məhəmməd Rza Ləvai

Gözlərimdə bir ağac var, üşüyür, üşünür, darıxır. Gözlərimdəki ağacı sən əkibsən amma onu zamnın iztirabı böyüdür. Onu fəlsəfənin rəngi, ədəbiyyatın fəsilləri böyüdür.
Gözlərimdə bir ağac var. Onun ətəyindən kimlik çeşməsi axır. Ağacın kölgəsində anam oğluna nağıl deyir, atam ney çalır. Ondan bir az yuxarı mən ilk dəfə olaraq bir gözələ vuruluram.
Gözlərimdə bir ağac var, budaqlarında şeir quşunun yuvası, budaqlarında günəş... Ağacımın yarpaqları mübarizə rəngidir.
Ağac ol. Gözlərimdəki ağac ol. Ən azı ağac ildə bir dəfə özündən tökülür. Sən nə qədər özündən tökülübsən? Məncə bizi payızdan öncə özümüz töküb silkələməliyik.
Mən dediyim ağacın kökü düşüncədədir, düşüncənin gözlərində...

Комментариев нет:

Отправить комментарий