Страницы

20.11.2011

İmperializmin çöküşünün son mərhələsi


Elçin Bayramlı

“Ağ ev”dəki “qarabalalar” Amerika xalqının pullarını başqa ölkələrdə iğtişaş yaratmağa sərf etdiyindən dövlətin və sistemin sonunu gətirirlər

Son bir ayda ABŞ-da kütləvi etirazlar baş alıb gedir. İri kapitalistlərin qula çevirdiyi zəhmətkeş xalq artıq belə yaşamaqdan bezib və kəmərlərini daha da sıxmaq fikrində deyillər. Ötən həftə “Wall Streetin İşğalı” qrupunun və Amerika Kommunist Partiyasının təşkilatçılığı ilə keçirilən mitinqdə 700 adam nəzarətə alınıb.
Həftəsonu keçirilən mitinqdə daha 70 nəfər həbs olunub. Amerika polisi nümayişlərdə iştirak edənlərə divan tutur...
.
Media niyə susur?
.
Maraqlıdır ki, demokratiyadan, media azadlığından dəm vuran Amerika oliqarxlarının nəzarətində olan media mitinqlər haqqında olduqca az məlumat verir, mitinqi işıqlandırmağa maraq göstərmir. ABŞ rəhbərliyi və mediası son aylarda “Ərəb baharı” təbliğatını genişləndirərək irtica rejimə qarşı öz içində olan xalq hərəkatın kölgələməyəçalışırlar.
        Qəribədir ki, “Ərəblərin inqilabı”ndan ağız dolusu danışan bir çox Azərbaycan mediası nədənsə Amerikada olan xalq hərəkatı barədə informasiya yaymaqda maraqlı deyillər. Radikal müxalifət qəzetləri olan “Azadlıq”, Yeni Müsavat” və portallar, həmçinin ABŞ-ın informasiya siyasətini bütün dünyada həyata keçirən və ölkəmizdə 5-10 nəfər müxalifətçinin və ya dindarın kiçik aksiyasını böyük xalq hərəkatı kimi təqdim edən “Azadlıq” radiosu yüz minlərlə amerikalının kütləvi etiraz aksiyaları görmür.
Özlərini hüquq müdafiəçisi elan edənlər, müxalifət liderləri görəsən nədən bu hadisələrə öz münasibətlərinio bildirmirlər? Bu burjua-millətçi partiyaları sadə xalq maraqlandırmır ondan. Bunların məqsədi Qərbdəki ağalarının nökərliyini layiqincə etmək və onların süfrəsindəki toyuğun“qənədindən quyruğundan” pal qoparmaqdır.
.
ABŞ-da yoxsulluq sürətlə artır
.
Amerikada yoxsulluğun miqdarı haqda yayımlanan son statistikalarda bildirilir ki, hazırda bu ölkədə 42 milyon 200 min nəfər yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır. Başqa sözlə, hər 7 amerikalıdan 1 nəfəri yoxsuldur ki, bu rəqəm keçən 50 ildə ən yüksək göstəricidir.
Həmçinin yoxsulluq içərisində yaşayan 18 yaşından aşağı olan yeniyetmələrin sayı hazırda 1960-cı ildən bəri ən yüksək həddə çatıb. Hazırda özünü dünyanın yeganə super qüdrəti və dünya iqtisadiyyatının hərəkətverici mühərriki hesab edən bir ölkə üçün böyük təhlükə hesab edilir.
Amerikada dünyanın hər yerindən daha çox milyarderlərin yaşamasına rəğmən bu ölkə əhalinin illik gəlir səviyyəsinə görə dünya üzrə 9-cu yerdədir. Buna rəğmən Amerikadakı yoxsulların sayı yüksək rəqəmləri göstərməkdədir. Amerika xalqının təqribən 15 faizi dövlət tərəfindən verilən ərzaq məhsulları yardımları ilə güzəran keçirir və əksəriyyəti sığınacaq məkanı, müalicə sığortaları, münasib yemək-içmək və ən məhdud təhsil imkanlarından məhrumdurlar.
Ötən il isə 18 yaşından aşağı olan gənclərin 18 faizi yoxsullar qrupu içərisində idilər. Hər halda 14 trilyon dollar xarici və daxili borca malik olan və adam başına düşən borcun 44 min dollardan çox olduğu bir ölkədə yoxsulluğun daim artması təəccübləndirici deyil.
Təəccübləndirici məsələ budur ki, ABŞ hər il dünyanın bütün ölkələri qədər hərbi məsələlər və müharibə üçün pul xərcləyir. Halbuki, əgər bu pulun yalnız bir hissəsi Amerika xalqının həyat vəziyyətinin yaxşılaşdırılması üçün xərclənsə idi, milyonlarla amerikan sürətlə yoxsulluq səviyyəsindən də aşağı vəziyyətdən çıxa bilərdi.
Amerikan xalqının pulları hara xərclənir? Bu suala aydınlıq gətirmək üçün bir neçə fakta nəzər salaq. Dünyada 243 hərbi müdaxilə etməyə, siyasi səbəblərdən kimisə cəzalandırmağa, hər yerdə hərbi baza yaratmağa böyük vəsaitlər sərf olunur. ABŞ-ın 170 ölkədə 1000-dən artıq bazası var. 700 milyardlıq hərbi büdcə nəyə görə amerikan xalqının cibindən çıxarılır, burası aydın deyil.
.
ABŞ: böhranlar silsəsinin son akkordu
.
Hələ 1-2 il öncədən sosialistlər deyirdi ki, əsas hakimiyyətlərin maliyyə siyasəti böhranın dəf edilməsinə deyil, onun uzadılmasına gətirib çıxarır. Belə də oldu. Onlar xəbərdarlıq edirdi ki, struktur dəyişiklikləri ilə bağlı olmayan aparıcı iqtisadiyyatların pulla doldurulması pulun dəyərdən düşməsinə və maliyyə alətlərinin səmərəliliyinin azalmasına gətirib çıxaracaq. Bu da baş verdi.
Solçu iqtisadçılar proqnozlaşdırırdı ki, tez və ya gec Avropada “domino prinsipi” işə düşəcək- dövlət maliyyəsi böhranı daha zəif ölkələrdən daha güclü ölkələrə, onlar təsərrüfatlarının ölçülərinə proporsional olaraq yayılmağa başlayacaq. Bu gün biz məhz bunu izləyirik- Yunanıstan və Portuqaliyanın ardınca İspaniya, İspaniyanın ardınca İtaliya gəlir, İtaliyadan sonra isə Fransa, İngiltərə, ABŞ təzyiq altındadır.
Sol təmayüllü iqtisadiçı ekspertlər bəyan etmişdi ki, böhranın “ikinci dalğası” qaçılmazdır və o qalxmaqdadır. Neft qiymətlərinin düşməsi, əmlakla bağlı spekulyativ sxemlərin dağılması...
Defoltdan qutrulmağın yolu heç də borclanma limitini artırmaq deyil, hökmün təxrə salınması onun yerinə yetməsini nəinki ləğv etmir, əksinə, zəmanət verir ki, o, ən dramatik və amansız şəkildə yerinə yetəcək. İlin sonuna faktiki və rəsmi defolt gözlənilir.
Və nəhayət ən əsası: böhranın gedişi hələ 2 il əvvəl solçuların təsvir etdiyi ümumi qrafikə tam şəkildə uyğundur. 2008-ci ildə maliyyə böhranı, 2009-cu ildə iqtisadi böhran, 2010-cu ildə sosial, 2011-ci ildə siyasi böhran.
Beləliklə, ABŞ-da iqtisadi, maliyyə, sosial böhranların son nəticəsi kimi siyasi böhran başlanıb. Əgər bu böhran artıq ABŞ-ın timsalında qlobal miqyasda fakta çevrilirsə, irəlidə bu təcavüzkar dövləti və onun söykəndiyi imperializmi nə gözləyir? Tarixi təcrübənin bizə pıçıldadığı cavab məlumdur- inqilab və imperializmin süqutu.

Комментариев нет:

Отправить комментарий