Страницы

25.11.2011

Mir Bağır Marsel Prustun suallarına cavab verir


1.Ən sevdiyiniz söz hansıdır?
-Zaratustra.

2.Nifrət etdiyiniz söz hansıdır?
-Qulluğun-zadun?

3.Sizi nə həyəcanlandıra bilər?
-Susmaq.

4.Həyəcanınızı nə öldürə bilər?
-Jim etmək.

5.Hansı səsi çox sevirsiniz?
-Eniqma səsini.

6.Hansı səsə nifrət edirsiniz?
-Generatorun səsinə.

7.Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?
-Rəssamlıqla.

8.Hansı fitri istedada sahib olmaq istərdiniz?
-Selincer kimi yazmaq.

9.Özünüz olmasaydınız kim olmaq istərdiniz?
-Tarantino olmaq istərdim, bomba kinolar çəkmək.

10.Harda yaşamaq istərdiniz?
-Tokioda.

11.Ən başlıca çatışmazlığınız nədir?
-Arada hirslənirəm.

12.Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz?
-Konkretlik.

13.Qəhrəmanınız kimdir?
-Çovdarlıqda uçurumdan qoruyan. Selincer.

14.Çox istifadə etdiyiniz söyüş hansıdır?
-Dostlar bilir.

15.Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?
-Lənətə gələsən, saytda yazışmaq bundan yaxşıdı.

16.Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
- Torpaq, Mən və Avesta.

17.Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?
-Bir dəfə Tokioda olmaq.

18.Sizcə, bədbəxtliyin tərifi nədir?
-Bura Azərbaycandır.

19.Necə ölmək istərdiniz?
-Bax bunu özüm də bilmirəm, amma heeeç istəməzdim.

20.Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?
-Ürəyin nə istəyir?

Bu sualları Marsel Prust hazırlayıb. O, bu sualları cavablarıyla bir yerdə bir dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi verəndə 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına isə Bernard Pivot və Ceyms Lipton yardım edib. Suallardan indi də ən maraqlı anket sualları kimi istifadə edilir.

Комментариев нет:

Отправить комментарий