Страницы

25.11.2011

OVQATIMIZIN REYTİNQİ

Без названияOktay Salamov


   Ovqatımızın reytinqini müəyyənləşdirən bir neçə amillər var ki, birini digərindən ayrı təsəvvür etmək olmur. Məsələn, cibimizin vəziyyəti ilə ovqatımızın vəziyyəti düz mütənasibdir- cibdəki qalın olduqca ovqat da yüksək olur. İşlərimizin düz gətirməsi ilə ovqatımızın yaxşı olması da əvvəl dediyim amillə müəyyən qədər bağlıdır. Amma bir məqam var ki, eşitdiyimiz informasiya, verilən xəbərlər istənilən adamın ovqatını yüksəldə də, təlx edə də bilər. Burada şəxsi cibin içindəkilərin az və ya çox olması, adamın öz şəxsi işlərinin düz və ya nadüz gətirməsi ümumi ovqata az təsir edir. Belə çıxır ki, gündəlik, işçi ovqatımızın reytinqi əsasən eşitdiyimiz xəbərlərdən, aldığımız informasiyadan asılı olur.
   

   Nə qədər də yerin isti, əynində paltar olsa da, havaların belə keçdiyi vaxtda Türkiyədə, Vanda olan zəlzələnin fəsadları ovqatımıza təsir edir, yediyimiz canımıza sinmir. Pirquluda kiçik bir yer titrəməsi olduğunu eşidəndə ürəyimiz qorup ki, onsuz da qışa hazır deyilik, Allah eləməmiş, bir qəza da olsa, neynəyrikg
 
    Gəncədə 82 yaşlı dəllək sünnət elədiyi vaxt uşağın cinsiyyət orqanını kəsib. Bilmirəm həkimlərin dəlləklərlə pul davası üçün reklam xəbəridir, yoxsa bu kişinin pensiyaya çıxmaq vaxtı geçib, cavan dəlləklərin at oynatmaq həvəsi gəlib ya nədi, amma adam balasının, nəvəsinin müsəlman olma əlamətlərinin birindən, yəni sünnət adətindən imtina etmək istəyir. Həkimlər müsəlman qaydası ilə etmirlər, dəlləklər də belə. İndi ovqatın reytinqi qalxsın görək necə qalxırg
 
   Xəbərdə deyilir ki, dəlləkliklə məşğul olan 82 yaşlı Şəmsəddin Tağıyev polisə gətirilib. Dediyinə görə, 60 ildir bu işlə məşğul olan bu adam fəaliyyəti dövründə 4 günlük uşaqdan tutmuş 36 yaşına qədər olan kişiləri sünnət edib. Saxlanılan şəxs ona qarşı yönələn ittihamları qəbul etmir. Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasının cərrahiyə şöbəsinin baş həkimi Rahət Hüseynov isə zərərçəkən Nihat Rzayevin vəziyyətini normal qiymətləndirib. Həkim xəstənin gələcəyi üçün elə də ciddi problemin olmadığını qeyd edib.
 
   Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 131, yəni ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərbə vurma maddəsi ilə iş açılıb, istintaq aparılır. Yaxşı ki, başqa maddə ilə asmayıblar. Birdən sağlamlığa çox, aradan qaldırılması mümkün olayan ağır zərbə vursaydı ovqatımızın reytinqi necə olardı?..
 
   Bu xəbərlə sizi bir az hazırlamaq istəyirdim ki, sonrakı iki xəbəri yüngül qarşılaya biləsiniz. Əslində bir-biri ilə qəti əlaqəsi olmayan, eyni zamanda birbaşa əlaqəsi olan xəbərlərdir. Sadəcə olaraq xəbərə hansı tərəfdən yanaşmağıdan asılıdır. Dünən xəbərlərdə dedilər ki, Bakı funikulyorunun yenidən qurulması üçün büdcədən 8 milyon manat pul ayırılması nəzərdə tutulub. Sozsüz ki, büdcəni hazırlayanlar, təsdiq edənlər, nəyi necə etməyi ekspertlər, iqtisadiyyatçılar və başbilənlər daha yaxşı bilirlər. Amma bir, ayıb da olsa, vətəndaş kimi adamın soruşmağı gəlir ki, ay balam, bu funikulyoru sonuncu dəfə təmir edəndən sonra dediniz ki, əladır, bir neçə on il işləyəcək. İşləmədi! İndi yerli-dibli sökdülər, təzəsini tikirlər. Çox mübarək! Heç soruşan da olmadı ki, bəs bundan qabaqkı qurulmaya sərf olunan, indiki sökülməyə xərclənən pullar hara getdi? Nə isə... Varlığa nə darlıq, 8 milyon bizim üçün nədir ki?...
 
   Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov "İnterfaks-Azərbaycan" agentliyinə məlumatında deyib ki, "Bu gün Rusiyanın informasiya-analitik mərkəz statusuna malik Qəbələ RLS-in icarəsinə görə hər il ödədiyi $7 mln. məbləğində vəsait qeyri-adekvatdır". Diqqət yetirsəniz funikulyorun tikinitsinə ayrılan vəsait 8 milyon manatdırsa, Qəbələ RLS-in icarə məbləği ildə 7 milyon ABŞ dollarıdır, yəni 5 milyon 600 min manatdan da az. Bax, ovqatı aşağı olan bir adam soruşa bilər ki, bizim nəyimizə lazımdır o RLS?
 
   Bilirəm, ağıllı, siyasətdən baş çıxaran adamlar dünya siyasəti, qonşuluq əlaqələri, raketdən müdafiə kompleksləri, nə bilim nələr deyəcəklər və ola bilsin ki, düz də deyəcəklər. Amma lap rəsmi adamın dediklərindən də belə çıxır ki:
 
   Rusiya Federasiyasının Qəbələ RLS-in icarəsinə görə ödədiyi məbləğ stansiyanın dəyəri və Azərbaycanın risklərinə qeyri-adekvatdır.
 
   Ödənilən məbləğ, bir tərəfdən, RLS-in Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik üçün dəyəri və vacibliyinə adekvat deyil. Digər tərəfdən isə, bu məbləğ stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə icazə verən Azərbaycanın riskləri və təhlükələrinə uyğun deyil.
 
   RLS-in icarə haqqı bir neçə dəfə artırılmalıdır.
 
   Deyirəm, bir sözü keçən ekspet ola, təklif edə ki, bir halda ki, bu RLS burada tikilib, başımıza bəladər, deməli, onun icarəsi üçün verilən vəsait də bu qurğudan zərər çəkənlərə, Qəbələ, Oğuz, İsmayılı əhalisinə kompensasiya kimi verilməlidir. Buyurun, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına baxın və RLS-in vurduğu ziyanları görün. Necə olur ki, yüksək dağlıq ərazilərdə, ziyanlı sahələrdə yaşayan və işləyənlərin əməkhaqqına əlavə ödəmələr verilir, RLS-in ziyan vurduğu ərazilərdəki yaşayanlara verillmir?
 
   Ay ola daa! Bilirəm ki, bu replikadan sonra bəzilərinin ovqatlarının reytinqi düşəcək, amma kimlərinsə ovqatları yüksələcək. Siz hansılardan sınız?..

ogtaysalamov@rambler.ru 

Комментариев нет:

Отправить комментарий