Страницы

16.11.2011

Pəncərə


Sayman Aruz

Səndən yol çəkmişəm pəncərəmizdə
Hər gün pəncərədə yol gedirəm mən.
Pəncərə divarın inqilabıdır
Mənsə pəncərənin dalında gəzən.

Oturub radiyonun dalğalarında
Səni mahnılarla dodaqlayıram.
Sənə darıxıram yorqanın altda
Və alt paltarını qucaqlayıram.

Bilmirəm nədəndir sən olmayanda
Bütün pəncərələr divarlanırlar.
İndiki sevgilər mahnılar kimi
Hər gün radiyolarda təkrarlanırlar.

Bütün dastanların pis adamıydım
Özümü çəkmişdim sənin darına.
Bağşla diktator bağrımı kəsdi
Bağışla səpildim divarlarına.


Diksinir hər gecə yuxuda kimsə,
Çırpınır başında saksafon, fülut.
Qucağın hardadır? Üşüyürəm mən!
Başağrı, yalvarış, siqaret, süküt.

Yuxudan diksinir: acıdır həyat!
Yuxudan diksinir: qəhər və nəfəs...
Üç noqtə həyatın son noqtəsində
Tərləyir hər gecə, bir yerdə bir səs!

İzlərin dolaşır pəncərəmizdə
Yuxu həbləri də onu silənmir.
Bir nəfər hər gecə darıxır sənə
Yuxlaya bilənmir, yata bilənmir!

Комментариев нет:

Отправить комментарий